Peyvənd olunmayan taksi sürücüləri cərimələndi - VİDEO
23-10-2021, 01:14
45

Peyvənd olunmayan taksi sürücüləri cərimələndi - VİDEO

Sumqayıtda peyvənd olunmadan taksi fəaliyyəti ilə məşğul olan sürücülərə və avtobuslarda tibbi maskadan istifadə etməyən şəxslərə qarşı profilaktik tədbir keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, əvvəlcədən elan edildiyi kimi, oktyabrın 1-dən avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması ilə məşğul olan, o cümlədən taksi sürücülərindən 2-ci doza peyvənd olunmalarına dair COVID-19 pasportu tələb olunur. Qeyd edilən qaydalara əməl olunmasına nəzarəti gücləndirmək məqsədi ilə polis əməkdaşları tərəfindən nəzarət-profilaktik tədbirlər davam etdirilir. Növbəti belə tədbir bu gün Sumqayıt Şəhər Polis İdarəsinin və Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilib. Tədbir zamanı peyvənd olunmadan, yəni 2-ci dozanı qəbul etmədən taksi fəaliyyəti ilə məşğul olan sürücülər saxlanılıblar. Həmin sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tədbir görülüb.
Profilaktik tədbirlər zamanı taksilərdə şəffaf arakəsmələr quraşdırmayan sürücülər, eləcə də, avtomobilin ön oturacağında əyləşən və tibbi maskadan istifadə etməyən sərnişinlər barədə də qanunauyğun tədbirlər görülüb.
Tədbir nəticəsində ictimai nəqliyyatda maskadan istifadə etməyən sərnişinlər, eləcə də sürücülər polis əməkdaşları tərəfindən müəyyən ediliblər. Tibbi maskadan istifadə etməyən şəxslər avtobuslardan düşürülüb, onlar barəsində inzibati tənbeh tədbiri görülüb. Sumqayıt şəhərində keçirilən profilaktik tədbir zamanı sanitar-karantin qaydalarını pozan 50-yə yaxın sürücü və sərnişin barəsində protokol tərtib edilib.
Qeyd edək ki, Sumqayıt şəhəri ərazisində karantin qaydalarına əməl olunmasına nəzarəti gücləndirmək məqsədi ilə ictimai nəqliyyatda və digər qapalı məkanlarda polis əməkdaşları tərəfindən profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.


Oxşar xəbərlər

Peyvənd olunmadan taksi fəaliyyəti ilə məşğul olan şəxslər CƏZALANDIRILDI
DYP-dən taksi sürücülərinə XƏBƏRDARLIQ
Taksi sürücülərinə bəd xəbər - Oktyabrın 1-dən... - VİDEO
Taksi sürücülərinin vaksin pasportu belə yoxlanılacaq - RƏSMİ
Sumqayıtda şadlıq evinin sahibinə cinayət işi açıldı
Maskadan istifadə etməyənlər CƏRİMƏLƏNDİ
Taksi fəaliyyəti ilə bağlı qaydalar açıqlandı
Bu sürücülər cərimələndi
COVID pasportu olmayan marşrut sürücüləri reysə buraxılmayacaq - RƏSMİ
Bölgələrdən qanunsuz sərnişin daşıyan sürücülər yaxalandı - Video
Həftəsonu lisenziyası olan taksilər işləyəcək - DİN açıqladı
DYP avtobus və taksi sürücülərinə müraciət etdi
Taksi fəaliyyəti ilə məşğul olan COVİD-19 xəstəsi saxlanıldı
Bakıda 80-ə yaxın avtobus sürücüsü cəzalandırılıb
Maska taxmayan sərnişinlər avtobusdan düşürüldü - VİDEO
Polis maskadan istifadəyə nəzarəti gücləndirib
Polis karantini pozanları belə cərimələdi - VİDEO
Yalnız bu taksi sürücüləri şəhərlərarası sərnişin daşıya biləcəklər
Su Polisi əməliyyat keçirdi - Saxlanılanlar var
Sumqayıtda restoran sahibi barəsində cinayət işi başlanıldı
Bu şəxslərdən də COVID pasportu TƏLƏB EDİLƏCƏK
Sumqayıtda idman zalında məşq edənlər cərimələndi
Bakıda məşhur restoranda nişan mərasimi keçirildi, polis cərimələdi - Video
Su Polisindən daha bir uğurlu əməliyyat - VİDEO
Nəsimi rayonunda quldurluq və oğurluq edən şəxslər saxlanıldılar - FOTO
Balakəndə karantin rejimi ilə bağlı reyd keçirilib
“No name” çay evi qanunsuz işləyirmiş - FOTOLAR
Yas mərasimi keçirənlər cərimələndi
Mingəçevirdə yol polisi ictimai nəqliyyatda reyd keçirib
Polis Cəlilabadda reyd keçirib