DİN-dən yas mərasimi təşkil edənlərə xəbərdarlıq
22-10-2021, 17:21
66

DİN-dən yas mərasimi təşkil edənlərə xəbərdarlıq

Bu  gün Salyanda evi tərk edən COVID-19 xəstəsi saxlanılıb. Məlumata görə, Salyan rayon sakini İbrahim Məmmədova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib. Adı çəkilən şəxs yaşayış yerini tərk edərək rayon ərazisində keçirilən yas mərasimlərinin birində iştirak edib.
Məlumdur ki, pandemiya dövründə yas mərasimlərinin təşkili ilə bağlı Operativ Qərargahın qadağası hələ də qüvvədədir. Lakin qanunları pozaraq yas məclisləri təşkil edənlərin sayı heç də az deyil. Bəs görəsən, bu şəxslərlə bağlı hansı tədbirlər görülür?

Mövzu ilə bağlı Redaktor.az-ın suallarını Daxili İşlər Nazirliyinin (DIN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev cavablandırıb. O bildirib ki, belə məclisllərin təşkili aşkar edildikdə hüquqi və fiziki şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin birinci hissəsinə uyğun olaraq tərtib olunur: "Ümumilikdə dəfn mərasimləri istisna olmaqla yas mərasimləri ilə bağlı hansısa formada kütləvi toplaşmağa Nazirlər Kabinetinin yanında Operativ Qəraragah tərəfindən qadağa qoyulub. Bu nümunədə də konkret şəxslərlə bağlı qanunvericiliyə uyğun olaraq tədbirlər görülür. Aşkarlanan hallarla bağlı tədbirlər davam etdirilir".
Pandemiya dövründə yas mərasimlərinin təşkili ilə bağlı saxlanılan şəxslərin sayına gəlincə, DİN rəsmisi bildirdi ki, bununla bağlı dəqiq statistika yoxdur.
"Vətəndaşları pandemiya şəraitində qoyulan qadağalara əməl etməyə çağırırıq", - deyə Elşad Hacıyev bildirib.

Oxşar xəbərlər

Qubada Covid-19 xəstəsi küçədə rahat gəzirmiş...
Qubada koronavirus xəstəsi qaydalara tabe olmadı
Qaydaları pozan COVID-19 daşıyıcısına xəbərdarlıq edilib
Cəlilabad və Masallıda yaşayış yerini tərk edən COVID-19 xəstəsi aşkarlandı
3 koronavirus xəstəsi saxlanıldı
Cəlilabadda evi tərk edən üç koronavirus xəstəsi saxlanıldı
Masallı, Cəlilabad və Astarada yaşayış yerini tərk edən COVID xəstələri aşkarlanıb
Astarada koronavirus xəstəsi evdən çıxdı, polis saxladı
Astarada yaşayış yerini tərk edərək mağazaya gedən koronavirus daşıyıcısı saxlanılıb
Yaşayış yerini tərk edən COVID-19 xəstəsi saxlanıldı
Qubada yaşayış yerini qanunsuz tərk edən koronavirus xəstəsi saxlanılıb
Cəlilabadda gizli fəaliyyət göstərən iki kafe aşkar edilib
Şəhər ərazisinə daxil olmaq istəyən COVID-19 xəstələri saxlanıldı
Evdən çıxan daha bir koronavirus xəstəsi saxlanıldı
Koronavirus xəstəsi marketdə yaxalandı
Qusarda COVID-19-a yoluxan şəxs saxlanıldı
Gəncədə stasionar postda COVID-19 xəstəsi müəyyən edilib
Balakəndə yaşayış yerini tərk edən COVİD-19 xəstələri saxlanılıb
Salyanda restoran sahibi cərimələndi
Koronavirus xəstəsi bazarda satıcılıq edərkən saxlanıldı
Polis evi tərk edən koronavirus xəstəsini saxladı
Koronavirus xəstəsi çayxanada saxlanıldı
Mingəçevirdə koronavirus xəstəsi evini tərk etdi
Şəkidə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanıldı - FOTO
Şəkidə yaşadığı ünvanı tərk edən daha bir COVİD-19 xəstəsi barədə araşdırmalara başlanılıb
Xaçmazda gizli toy keçirən şəxslər saxlanılıb
DİN-dən vətəndaşları qanunsuz dini mərasimlərə çağıran şəxslə bağlı AÇIQLAMA
Müalicə aldığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanıldı
Qubada iki koronavirus xəstəsinə cinayət işi açıldı
Koronavirus xəstəsi karantin postundan keçməyə cəhd etdi