Rektor təhsil qaydalarına QARŞI... - İDDİA
22-10-2021, 17:43
80

Rektor təhsil qaydalarına QARŞI... - İDDİA

Dəyərli oxucularımız yaxşı xatırlayır ki, bu yaxınlarda aktualxeber.az saytında “ADAU-da Musa Bayramov kabusu”, “ADAU-nun dərsə gəlmiyən müəllimləri”, “ADAU-da DİM-in nüfuzuna kölgə salanlar”, “Rektorun Ramiz Mehdiyev “sevgisi””, “Oliqarx rektorun yeni tikdiyi 5-ci villası” və digər başlıqlı məqalələr dərc etmişdik.

Məqalələrdə qeyd etmişdik ki, Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) təkcə elmi-tədris mühitindəki geriləmələri ilə diqqət çəkmir, eləcə də həcmi 100 minlərlə ölçülən korrupsiya bataqlığına bənzəyir. ADAU-da önəmli vəzifələri qəsb etmiş məlum bir qrup əsas qanunları və dövlətin təhsil strategiyasını ayaqlar altına sərərək, aqrar mütəxəssis hazırlığında elmi potensiala gerilikçi davranışları ilə maliyyə və inzibati maxinasiyalara da qorxmadan imza atırlar.Adı keçən təhsil ocağının rektoru başda olmaqla, əsabələrinin də etdiklərinin cəzasızlıq mühitində yoğrulmasından ortaya çıxan bir çox eybəcərliklər özünün ölçü meyarlarına görə ölkəmizdə analoqu olmayan rəzaləti yaradır. ADAU-da saxta elmi adların daşınmasından və paylanmasından tutmuş, plagiatlığın başbilənlər tərəfindən normal qarşılanması tədris mühitilə bərabər, digər maddi maxinasiyalar üçün də qızıl açar rolu olub.

Bu maxinasiyalarda təbii ki, rektorun dostu, Aqronomluq fakültəsinin 13 illik dekanı və rektorun “aradüzəldəni” Məhərrəm İsmayılovun da fəal iştirak etdiyini yazmışdıq. Onu da qeyd edək ki, Məhərrəm İsmayılovu UNEC rektoru Ədalət Vəliyevin xahişi ilə işdə saxladığını İbrahim Cəfərov daim öz yaxın ətrafına çəkinmədən deyir. Bu vəzifəyə real namizəd olan və rektorun da dəstəklədiyi Hüseyn İdrisov isə bu “təyinatdan” sonra universitetdən və kafedra müdirliyindən inciyərək çıxıb getmişdir. Çünki İ.Cəfərov “ikibaşlı”oyun oynamışdır.

Xatırladaq ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 15.11.2017-ci il tarixli, 5/5 nömrəli qərarı ilə təsdiq edilmiş, Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması qaydalarında deyilir: “…1.6.2. dekan vəzifəsinə fakültədə kadr hazırlığı aparılan ixtisaslara uyğun, ən azı 5 il elmi-pedaqoji təcrübəyə və peşə-ixtisas hazırlığına, elmi ad və elmi dərəcəyə malik Azərbaycan Respublikası vətəndaşları, həmçinin xarici ölkə vətəndaşları iştirak edə bilərlər. Eyni şəxs eyni ali təhsil müəssisəsində dekan vəzifəsinə ardıcıl olaraq 2 dəfədən artıq seçilə bilməz”. Dekanlıq müddətinin həmin qaydaya əsasən 5 il olduğunu nəzərə alsaq aydın olur ki, M. İsmayılov 3 ildir qanunsuz işləyir və üstəlik yenidən namizədliyini vermək istəyir. ADAU-da deyirlər ki, rektor Rusiya səfərindən qayıdan kimi həmin şəxsi yenidən saxta yolla dekan seçdirəcəkdir. Biz isə əlaqədar qurumların vaxtında hərəkətə keçərək bu saxtakarlığın qarşısını alacaqlarına ümid edirik.

Mövzuya qayıdacağıq və yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq.
//aktualxeber.az//

Oxşar xəbərlər

ADAU rektoru özünə SƏRVƏT TOPLAYIR... - İLGİNC İDDİA
Sosial şəbəkə qəhrəmanı olan rektor
ADAU-da DİM-in nüfuzuna kölgə salanlar... - İTTİHAM
ADAU rektorunun Ramiz Mehdiyev MÜBHƏM SEVGİSİ - İLGİNC İDDİALAR...
Daha iki universitetdə ənənəvi tədris bərpa olunmayacaq
ADAU-nun kafedra müdiri vəfat edib
ADAU rektoru üçün ÇƏTİN DÖNƏM... - İTTİHAM
ADAU rektoru İbrahim Cəfərov həbs oluna bilər: MALİYYƏ FIRILDAĞI, MEHDİYEVƏ 'XİDMƏT', DÖVLƏTƏ XƏYANƏT
ADAU-nun rektoru İbrahim Cəfərov necə professor, rektor oldu?
ADAU-nun “dərsə gəlməyən müəllimlər”i
Ramiz Mehdiyev  rektorun sədaqətini ödülləndirdi-İLGİNC
ADAU-da məmurlara maaş necə yazılıb və ayrılan pullar hansı cibə girib? - Sənəd
Rektordan Nazirlər Kabinetinin qərarına hörmətsizlik - İLGİNC FAKT
“Universitetdə Təhsil Nazirliyinin məktubu qulaqardına vurulur” - NARAZILIQ!
Aqrar Universitetdə nələr baş verir? - Prezidentə müraciət olundu
Kasıb rektorun milyonluq villaları, bahalı maşınları,dəbdəbəli həyatı haqda..
ADAU-da NƏLƏR BAŞ VERİR? - İTTİHAM
Dövlət Aqrar Universitetində NƏLƏR BAŞ VERİR? - İTTİHAM
Dövlət Aqrar Universitetində NƏLƏR BAŞ VERİR? - İTTİHAM
Gəncədə nə qanun var, nə də qayda... - Belə də olmaz axı...
Azərbaycanda professor koronavirsdan öldü
Ramiz Mehdiyevdən yeni TƏYİNAT
İDDİA: Rektor nazirliyin komissiyasını qovub... - Əmirullayevə "əzələ nümayişi"
"Rektor birbaşa Mikayıl Cabbarova zəng edib?" - Yusif Yusibovla bağlı ŞOK İDDİA
Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibova dur deyən tapılacaqmı?
Prezidentdən ADPU ilə bağlı SƏRƏNCAM
Gəncənin qocalmış rektorları yola salınır - Meydan gəncliyindir
ATU rektoru yenə ara qarışdırır - Zamdekan üsyan edir
Sabiq şöbə müdiri insanları Milli Məclisdə işə düzəltmək adı ilə aldadıb
Ceyhun Bayramov Hafiz Paşayevi təbrik edib