Azərbaycanda ginekoloqa elektron qolbaq taxıldı
25-10-2021, 17:01
77

Azərbaycanda ginekoloqa elektron qolbaq taxıldı

Bərdə Rayon Məhkəməsində səhlənkarlıqda təqsirləndirilən Tahirə Allahverdiyevanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
“Report”un xəbərinə görə, sonuncu keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, o, üç il altı ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.
Qeyd edək ki, 2020-ci ilin may ayının 19-da Bərdə Doğum Evində Mustafayeva Rufanə Elçin qızının bətnində olan dölün ölü doğulması faktı ilə bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb. İstintaqla Bərdə Doğum evinin həkim mama-ginekoloqu Allahverdiyeva Tahirə Ənvər qızının Səhiyyə Nazirliyinin “Qeysəriyyə kəsiyi əməliyyatı üzrə” Klinik protokoluna əsasən üzərinə düşən xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək hamilə qadın kimi qeydiyyata götürdüyü Bərdə rayonu, Qaradırnaq kənd sakini R.Mustafayevanın hamiləliyini təxirəsalınmaz qaydada operativ yolla yekunlaşdırmaması nəticəsində sonuncunun ölü uşaq dünyaya gətirməsi ilə ağır nəticələrə səbəb olan səhlənkarlıq etməsinə əsaslı şübhələr müəyyən edilib. Toplanan sübutlara əsasən T.Allahverdiyeva Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona ittiham elan edilib və barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib.

Oxşar xəbərlər

Bərdədə körpə ölü doğuldu, ginekoloq məhkəməlik oldu
Azərbaycanda yeni doğulan uşaq öldü - Cinayət işi açıldı
“Gəncəbank”ın sabiq rəhbərinə hökm oxundu
Xalq artistinin qızına hökm oxundu
Bərdədə 28 yaşlı qız əməliyyatdan sonra ölüb
Bərdədə körpə doğuşdan sonra ölüb
Başına daş düşən yeniyetmənin ölümü ilə bağlı cinayət işi başlandı
Məhkəmə müğənniyə bəraət verdi
Göyçayda usta faciəli şəkildə öldü
Kürdəmirin sabiq icra başçısına HÖKM OXUNDU
Qardaşını öldürən bacıya hökm oxunuldu
Ağstafanın sabiq icra başçısı və müavininə HÖKM OXUNDU
Azərbaycanda məktəb direktoruna hökm oxundu
Bərdə sakini 30 yaşlı həmkəndlisini qətlə yetirdi
Ağdaş xəstəxanasının baş həkimi cərimələndi
Qadınları fahişəliyə cəlb edən şəxs HƏBS EDİLDİ
Abşeronda fəhlə torpaq uçqununun altında qaldı
Bakıda başına dəmir lövhə düşən qadının ölməsi ilə bağlı cinayət işi başlandı
Bərdədə gənc oğlanın ölümü ilə bağlı Rəsmi açıqlama
Elektron qolbaq daşıyan şəxs narkotiklə tutuldu - FOTOLAR
Leylanı öldürən qardaşı imiş – Şabranda dəhşət
Dələduzluq edən "nazirlik əməkdaşı"na HÖKM OXUNDU
Rəşad Dağlının dostunu güllələyən şəxslə bağlı YENİ XƏBƏR
Azərbaycanda dəhşətli qətl: Bacı qardaşını bıçaqladı
Məhkəmə 3 kq-dan çox narkotiklə tutulan şəxsə bəraət verib - Belə də olurmuş...
Koronaviruslu həkim xəstələri qəbul edirmiş - Cinayət işi açıldı
“Azərtoxum” MMC-nin direktorunun bıçaqlanması işi üzrə məhkəmə başlayır
Bakıda başına dəmir parçası düşərək ölən qadınla bağlı bir nəfər istintaqa cəlb olunub
Qarabağda döyüşmüş livanlı terrorçuya HÖKM OXUNDU
Bərdədə ana-bacısını öldürən şəxslə bağlı – Yeni xəbər