Prezident 19 yaşlı Vətən Müharibəsi Qəhrəmanı ilə görüşdü - VİDEO
26-10-2021, 10:20
164

Prezident 19 yaşlı Vətən Müharibəsi Qəhrəmanı ilə görüşdü - VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Qubadlıda səfərdə olublar.
Dövlət başçısı səfər çərçivəsində Vətən Müharibəsi Qəhrəmanı Vüsal Yaqubovla da söhbətləşib:
Vətən Müharibəsi Qəhrəmanı: Mən ehtiyatda olan bir əsgər kimi bir çox tədbirlərdə iştirak eləmişəm. Orada qeyd edirdim, cənab Ali Baş Komandanımıza dərin minnətdarlığımı bildirirəm ki, məni 19 yaşımda “Vətən Müharibəsi Qəhrəmanı” adı ilə təltif edib. Şükür Allaha, bu gün öz doğma torpağımızda Sizinləyik. Sizə təşəkkürümü bildirirəm ki, məni və döyüş yoldaşlarımı yüksək fəxri adlarla qiymətləndirmisiniz. Çox təşəkkür edirəm.
İlham Əliyev: Çox sağ ol, mən sənə təşəkkür edirəm, sənin simanda bizim bütün qəhrəman övladlarımıza. Onlar sinəsini qabağa verib düşməni torpağımızdan qovublar. Bax, belə igidlər hesabına biz bu gün burada dayanmışıq.
Vətən Müharibəsi Qəhrəmanı: Hər an hər bir əmrinizi icra etməyə hazırıq.
İlham Əliyev: Sağ ol. Bu medallar hansı şəhərlər uğrundadır?
Vətən Müharibəsi Qəhrəmanı: Cəbrayıl, Füzuli.
İlham Əliyev: Sağ olun.
Birinci xanım Mehriban Əliyeva: Sağ olun.
Qeyd edək ki, əslən Qubadlının Yusifbəyli kəndindən olan V.Yaqubov, 2001-ci ildə Bakıda anadan olub. O, Vətən müharibəsində Xüsusi Təyinatlı Qüvvələrin əsgəri kimi iştirak edib. 19 yaşlı Vətən Müharibəsi Qəhrəmanı Füzuli və Cəbrayılın azad olunmasına görə medalları ilə də təltif olunub.


Oxşar xəbərlər

Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı təsis edilib
“Vətən Müharibəsi Qəhrəmanı” adı təsis edildi
Azərbaycanda “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı təsis olunur
Vətən Müharibəsi Qəhrəmanı adı verilən 26 yaşlı gənc kimdir?
Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməli qoyuldu
Hikmət Mirzəyevlə Zaur Məmmədov da mükafatlandırıldı
Birinci vitse-prezident Vətən Müharibəsi Qəhrəmanları ilə görüşüb
Vətən Müharibəsi Qəhrəmanlarına bu güzəştlər olunacaq - SİYAHI
Polkovnik: “Zəngilanı düşməndən ildırım sürəti ilə azad etdik“ - Video
Bakıda Vətən müharibəsi memorial kompleksi yaradılacaq - Sərəncam
Vətən Müharibəsi Qəhrəmanının şəhid olmasından bir il ötür
Hərbi qulluqçular bu medallarla da təltif olunacaqlar - SİYAHI
Əliyar Əliyevin oğluna yüksək VƏZİFƏ VERİLDİ
Yeni icra başçıları İlham Əliyevə söz verdilər
İlham Əliyevlə xanımı Şəhidlər Xiyabanında
Vətən Müharibəsi Qəhrəmanları və onların ailə üzvləri güzəştli ipoteka kreditindən istifadə edə biləcəklər - SƏRƏNCAM
"Həyat yoldaşımla bir daha fəxr etdim, qürur duydum"
Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi
Sabah sükut olacaq – Prezidentdən qərar
Cəbrayılın azad olunmasında iştirak edən generallar - FOTOLAR
Prezident Vətən Müharibəsi Qəhrəmanları ilə bağlı sərəncam imzaladı
Hərbçilərə yüksək hərbi mükafatlar təqdim edildi
Vətən Müharibəsi iştirakçısına VƏZİFƏ VERİLDİ - FOTO
Xərçəngdən əziyyət çəkən baş leytenantla bağlı ŞAD XƏBƏR
İcra başçısı Vətən Müharibəsi qazisinə VƏZİFƏ VERDİ
Vətən Müharibəsi iştirakçısı ev dustaqlığına buraxıldı
Prezident mükafatına layiq görülən sənətkarlar: “Sevincimizin həddi-hüdudu yoxdur”
Hikmət Mirzəyevin başçılığı ilə XTQ-in heyəti Zəfər paradında keçid etdi
Silahlı Qüvvələrin Qarnizon və qarovul xidmətləri nizamnaməsinə dəyişiklik edilir
Yeni orden və medallarla bağlı layihə ikinci oxunuşda təsdiqləndi