Nazirlikdən hamilələrə peyvənd vurulmasına REAKSİYA
26-10-2021, 12:44
48

Nazirlikdən hamilələrə peyvənd vurulmasına REAKSİYA

"Hamiləlik fizioloji olaraq immun sistemin zəiflədiyi dövrdür. Bu səbəbdən hər hansı bir bakteriya və ya virus xəstəliyini hamilələr daha ağır keçirirlər. Eyni zamanda COVID-19-da istisna deyil".
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis- eksperti, ginekoloq cərrah Emin Haqverdiyev deyib.
Onun szölərinə görə, hamilə qadınların digər əhali qrupu ilə müqayisədə COVID-19-a yoluxma ehtimalı daha yüksək olmasa da, araşdırmalar COVID-19-un hamiləlikdə daha ciddi nəticələrə səbəb olan risk faktoru olduğunu ortaya qoyur: "Hamiləliyə bağlı piylənmə, diabet, hipertenziya, böyrək və qaraciyər xroniki xəstəlikləri, autoimmun sistem xəstəlikləri olan qadınlarda risk daha da artır. 18 ölkədən 2 130 qadının iştirak etdiyi araşdırmada COVID-19 olan qadınlarda ana ölümü, preeklampsi və vaxtından əvvəl doğuş riskinin daha yüksək olduğu göstərilib".

O qeyd edib ki, xroniki xəstəlikləri olan hamilə qadınların COVID-19-dan ciddi ağırlaşmalarla üzləşmə riski daha yüksəkdir: "ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) 11 avqust 2021-ci il tarixində dərc etdiyi hesabatda COVID-19-a yoluxan hamilə qadınların sayının son bir neçə ayda artdığı bildirilir. Delta variantının daha yoluxucu olması və hamilə qadınlarda ağır xəstəlik riskinin yüksək olması, ancaq qorxuya görə peyvəndlənmənin aşağı olması bu artımın əsas səbəblərindən biri olaraq hesab edilib. Aparılan araşdırmalar göstərir ki, ana südündən körpəyə COVID-19 keçə bilməz. Virus anadan körpəyə yalnız süd verərkən tənəffüs yolları vasitəsi keçə bilər. Bu səbəbdən COVID-19-a yoluxmuş analara süd verərkən tibb maskadan istifadə etməyi və gigiyena qaydalarına əməl etmək tövsiyə edirik".
Nazirlik rəsmisi eyni zamanda hamilə qadınların məzh 12 həftədən sonra peyvənd olunmasına da aydınlıq gətirib: "Çünki 12 həftəyə qədər bətndaxili körpənin orqanlarının yaranma prosesi sona çatır. Daha sonrakı mərhələ isə yaranmış orqanlarının inkişaf və böyümə mərhələsidir. İlk 12 həftə hamiləliyin hər hansı təsirlə qarşı-qarşıya qaldığı halda risk daşıyan mərhələsidir. Bu səbəbdən peyvəndlərin tövsiyə olunduğu mərhələ 12 həftədən sonrakı zamandır. COVID-19 peyvəndi sonsuzluğa səbəb olmur. COVID-19 peyvəndinin qadınlarda və ya kişilərdə sonsuzluq problemlərinə səbəb olduğuna və ya plasentaya və dölə zərər verdiyinə dair heç bir sübut yoxdur. Hamilə olmağa çalışan qadınlar COVID-19 peyvəndi ola bilərlər, bəzən əksi iddia edilsə də hamiləliyin təxirə salınması üçün heç bir səbəb yoxdur".
"Ümumiyyətlə, peyvəndlərin yan təsirləri yüngüldür və qısamüddətlidir. Peyvənddən sonra ilk iki gündə ən çox rast gəlinən yan təsirlər; yorğunluq, ağrı, titrəmə və inyeksiya edilən qolda ağrı və ya həssaslıqdır. COVID-19 peyvəndlərinin bir və ya iki gün davam edən qızdırma və ya əzələ ağrısı kimi yüngül və qısamüddətli yan təsirləri olduğu bilinir. Allergik reaksiya və ya laxtalanma problemləri kimi ciddi yan təsirlər çox nadirdir. Qripə bənzər simptomlar da ola bilər. Məsləhət üçün həkimə müraciət etmək lazımdır" - ginekoloq əlavə edib.

Oxşar xəbərlər

Hamilə qadınlar bu müddətdən sonra peyvənd olunsun! - Nazirlikdən AÇIQLAMA
Hamilə qadınlara koronavirus XƏBƏRDARLIĞI: Çox təhlükəlidir
Bu xəstələr də peyvənd oluna bilər - AÇIQLAMA
Hamilə qadınlara koronavirusla bağlı ŞAD XƏBƏR
Azərbaycanda ilkin mərhələdə bu şəxslərə peyvənd vurulacaq - SİYAHI
Yeni növ Covid-19 daha çox qadınları öldürür - ARAŞDIRMA
Virusa yoluxanların 80 faizində nevroloji əlamətlər özünü göstərir
Bu gündən koronavirusa qarşı vaksinasiyaya başlanılır
Fevralın 15-dən bu şəxslərə ikinci doza vaksin VURULACAQ
"Yaşlı şəxslər arasında koronavirusa yoluxma artıb" - Həkim
Vaksinasiyanın ikinci mərhələsi başlayır - RƏSMİ
Koronavirus daha çox kişiləri öldürür - SƏBƏB
Allergiyası olanlar peyvənd vurdura bilər? - AÇIQLAMA
Bu şəxslərin koronavirusun yeni ştammına yoluxma riski çox azdır
"Kimsə xəstəlik keçirib peyvənd olunursa..." - Səhiyyə Nazirliyi
Bu şəxslər 3-cü doza peyvənd oluna bilər
İkinci mərhələdə koronavirusa qarşı peyvənd kimlərə vurulacaq?
“Uşaqlara COVID-19 vaksini vurula bilər“ - Baş pediatr
COVİD-19 vaksini sonsuzluğa səbəb olur? - Rəsmi cavab
Azərbaycanda koronavirusa görə vaksinlər ilk kimlərə vurulacaq? – TƏBİB açıqladı
Hamilə qadınlara COVID-19 vaksini vurula bilər? - CAVAB
“Delta peyvənd olunmayanların pandemiyasıdır“ - Türk həkim
Peyvənd olunan şəxslər "yoluxmayacağam” deyib rahatlanmamılıdırlar - TƏBİB
Bu peşə sahiblərinə XƏBƏRDARLIQ: Koronavirusa yoluxma riskiniz yüksəkdir
"Şəkərli diabet xəstələri mütləq vaksin vurdurmalıdır" - Həkim
"Azərbaycanda COVID-19-a üç dəfə yoluxan şəxs var"
Ramin Bayramlı: “Vaksinasiya könüllü olacaq”
3-cü doza peyvəndi bu şəxslər vurdurmalıdır - RƏSMİ
Təcili yardımın yalnız bu hallarda yaxma analizi götürəcək - RƏSMİ
Digər əhali qrupları da 3-cü doza vaksinasiyaya cəlb olunacaq