Kəramət narkoloji dispanserdən çıxdı: atasından kövrək sözlər
26-10-2021, 14:47
58

Kəramət narkoloji dispanserdən çıxdı: atasından kövrək sözlər

"Çox xoşbəxtəm, Kəraməti xəstəxanadan çıxartdıq, evdəyik. Neçə gün idi ki, ev Kəramətsiz idi, narahatlığımız vardı”.
Bunu Qaynarinfo-ya açıqlamasında şair Qəşəm Nəcəfzadə oğlu, yazıçı Kəramət Böyükçölün xəstəxanadan evə buraxılmasından danışarkən deyib.
 
Şair oğlunun müalicəsində zəhməti olan bütün həkimlərə təşəkkür edib:
"Fikirləşdikcə narahat olurdum, həmişə bir yerdə olduğun adam daha yoxdur, birdən-birə azadlıqdan qapalı bir yerə gedir. Kəramət özünü yaxşı hiss edir, müalicə olunub, həkimlərə təşəkkür edirəm”.

Qəşəm Nəcəfzadə Kəramətə həsr etdiyi və sosial şəbəkədə paylaşdığı şeirdən də danışıb:
"Kəramətin 35 yaşı var, ona 35 şeir həsr etmişəm. Onun xəstəxanaya aparıldığı gün mən ona bir şeir yazdım və onu sosial şəbəkədə paylaşdım. Orada mən onun həyatını, yaşadığımız mühiti təsvir etmişəm, təkçə oğula olan məhəbbət deyil, həm də ictimai-sosial həyat var. Mən o həyatı yazmışam. Həmin gecə çox ağladım, Kəraməti evdə tapa bilməyəndə yoldaşımla onun xatirələri ilə baş-başa qaldıq. Həmin vaxt kitabların arasında onun göbəyini gördüm. Kəramətin göbəyini ilk kitabımın arasına qoymuşdum. Həmin şeirin hər misrasında göz yaşım var. Orada bir misra var, deyir, xəstəxanada sən doğulanda anasından soruşdum ki, birdən uşağımız dəyişik düşər. Dedi, yox, düşməz, qolunda qara xalı var. Deyir, bəs sən böyüyəndə kimdən dəyişik düşdün oğul? Əslində dəyişik düşməyib. Kəramət istedadlı, orjinal oğlandır. Mən yazılarımı yazanda ondan öyrənirəm, onu müşahidə edirəm, yazılarını oxuyuram, nəyisə mənə nişan verir. Kəramət övlad deyil, yazıçı kimi sevdiyim biridir. Azərbaycanda onu sevirlər, xalqımıza minnətdaram, Kəramət xəstəxanada olanda onunla maraqlandılar, narahat oldular, yazılar dərc etdilər. Bir daha oğlumal fəxr edirəm”.
Qeyd edək ki, yazıçı Kəramət Böyükçöl oktyabrın 7-də Maştağa Narkoloji Dispanserə yerləşdirilmişdi.

Oxşar xəbərlər

Kəramət Böyükçöl Narkoloji Dispanserə yerləşdirildi
"Səhər, günorta, axşam - həmişə içir" - Kəramətin atası
Murad Köhnəqala da saxlanılıb
Nəğməkar şair koronavirusa yoluxdu
“Kəramət Böyükçöllə ciddi danışmalıyıq” - Mirşahin qəzəbləndi
"Xalqdan oğurladıqlarını qaytarsınlar, sonra...” - AYB üzvlərindən Əjdər Olun həbsinə reaksiyalar...
Professor şəhid Xudayara şeir həsr etdi - Video
Yazıçı: “Keçmiş arvadlarıma demişəm, toyunuza məni də çağırın"
"Elə tanınmış müğənni var ki, onun da imkanı yoxdu"
Koronavirusa yoluxan Niyaməddin Musayevdən xəbər var
Niyaməddin Musayev evə buraxıldı: - “Özümü yaxşı hiss edirəm”
"Elzanın şeirindəki “tikim sənin ağzını” misrasıyla o birisi eyni şeydir də, fərqi var ki?"
Del Pyero xəstəxanadan evə buraxıldı
Alimpaşa Məmmədov həbsdə şeir yazır: "Gedişatdan razıdır"
Nura oğlundan yazdı - Röya yaxın bildiklərimdən doğmalıq etdi
Tahir Salahovun xanımı dünyasını dəyişdi
Ərdoğan Azərbaycana TƏŞƏKKÜR ETDİ
"Atamın o halını görəndə ürəyimiz partladı" - Arif Quliyevin qızı
Şahbaz Quliyev də evinə qayıtdı - VİDEO
"Şəkillərdə sənə yaxın durmaq üçün yekə-yekə kişilər bir-birlərinin belinə çıxırdılar..."
Elnur Məmmədlinin bacısı oğlu Avropa çempionatında medalın bir addımlığında
Röyanın atası xəstəxanaya yerləşdirildi - Video
“Qızıllarımı satıb yemişəm“ - Əməkdar artist
Koronavirusa yoluxan Niyaməddin Musayev xəstəxanaya yerləşdirildi
"Son dəqiqələrində anamın yanında ola bilmədim" - Bəhram Bağırzadə
Sevil Əliyeva “Rossiya-1” telekanalının efirində
Könül “Lider”dən getdi
Xanımından Rəmişin ölümü ilə bağlı şok açıqlama: korona xəstəsi deyildi, amma adını korona qoydular...
İki cüdoçumuz Tokio-2020-də mübarizəni dayandırdı
Səlim Müslümovun səhhəti necədir? - Atasından açıqlama