Reket "bloger" Ata Abdullayev məhkəmədə şantaj etdiyi şəxslərlə üzləşdi
26-10-2021, 15:08
79

Reket "bloger" Ata Abdullayev məhkəmədə şantaj etdiyi şəxslərlə üzləşdi

Bloger Ata Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən iclasda zərərçəkmiş şəxslər ifadə verib.
Məhkəmədə zərərçəkmiş qismində ilk olaraq Elçin Əliyev dindirilib.
E. Əliyev bildirib ki, təqsirləndirilən şəxs tikinti aparılan zaman ağacların çıxarılmasını əsas gətirərək ondan 15 min manat istəyib: "Sabunçu rayonunda torpaq sahəsi götürmüşdüm. Ata Abdullayev mənimlə görüşəndə bildirdi ki, qanunsuz tikinti aparmaq üçün ağacları çıxarmışam. 15 min manat verməsəm, çəkib paylaşacaq. Mən də pulu vermədim. İki gün sonra o, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə həmin yerə gəldi. Sonralar görüşəndə mənə dedi ki, bu hələ harasıdır? 15 min manat versəydim, videonu siləcəkdi. Həmin ilin fevral ayının sonunda Dövlət Təhlükəsizliyi Xidmətinə məlumat verdim".
Vəkilin “Nəyə görə ilk olaraq polisə yox, DTX-yə məlumat verdiz” sualına zərərçəkmiş şəxs "İlk ağlıma ora gəldi", deyə cavab verib.
Daha sonra A. Abdullayev zərərçəkmiş şəxsdən adının videoda çəkilib-cəkilməməsini soruşub. E. Əliyev suala “xeyr” cavabı verib.
Prosesin davamında şahid qismində Cəmil Babayev ifadə verib.
C. Babayev ifadəsində Yasamal rayonu ərazisində obyektinin olduğunu və Ata Abdullayevin həmin obyektin qarşındakı külək nəticəsində aşan ağacı onun kəsdiyini deyərək, 7 min manat tələb etdiyini deyib: "Hələ tam istifadəyə verilməmiş obyektimin qarşıdakı ağacı külək avtomobilin üzərinə aşırmışdı. Mən də bununla bağlı müraciət etdim, ağac kəsilib götürüldü.
Hadisə baş verən günün səhəri Ata Abdullayev gəldi mənə dedi ki, ağacı mən kəsmişəm, 7 min manat verməsəm, video çəkib paylaşacaq. Mənsə ona bildirdim ki, qanunsuz nə isə varsa, çək paylaş”.
Zərərçəkmiş şəxs bildirib ki, Ata Abdullayevə pul verməyib.
Zərərçəkmiş şəxsin ifadəsinə münasibət bildirən A.Abdulayev deyib ki, çəkilişlərin hamısını canlı yayımla edib.
Proses noyabrın 2-də davam etdiriləcək.
Qeyd edək ki, A. Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən bu ilin mart ayında saxlanılıb.
O, hədə-qorxu ilə pul tələb etməkdə ittiham edilib. Barəsində Səbail rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Oxşar xəbərlər

Reket bloger Ata Abdullayev məhkəmədə AĞLADI
"100 min dolları öz maşınında şəxsən Rafael Cəbrayılova verdim" - Zərərçəkmiş
Sabiq nazir Hüseynqulu Bağırov məhkəmədə dindiriləcək - TƏFƏRRÜAT
Keçmiş nazir dövlətə vurduğu ziyanı ödədi - Azərbaycanda BİR İLK
"7 ayda nə çəkdiyimi bir Allah bilir" - Ata Abdullayev
Vilyam Hacıyevdə pnevmaniya aşkar edildi
Ruhinin müstəntiq yeznəsi HƏBS EDİLDİ (YENİLƏNİB)
Ata Abdullayev bu şəxsləri şantaj edib - SİYAHI
Əbülfəs Qarayevin məhkəmədə ifadə verməsi TƏLƏB EDİLDİ
Valideynləri qızlarını öldürən hakimin bağışlanmasını istəyiblər
Azərbaycanda partiya sədri məhkəmədə qandallandı
“Səhiyyə naziri olacam” demişdi, 9 il həbs verildi
Eldar Həsənov məhkəmədə ifadə verir - FOTO
XİN-in İşlər idarəsinin sabiq müdiri Fərhad Mollazadə ziyanın 2,3 milyon manatını ödəyib
Rafael Cəbrayılovun məhkəməsi başladı
Dövlətə xəyanətdə təqsirləndirilən şəxslərin məhkəməsi başladı
Hakim arvadını öldürdükdən sonra bir güllə də özünə vurmaq istəyib
Eldar Həsənovun məhkəməsində qudası ifadə verdi
Keçmiş DTX işçisi HƏBS EDİLDİ
Keçmiş bələdiyyə sədrinin rüşvət qalmaqalı - Müavini gizlinləri açır...
"Nazim İbrahimova cinayət işi açılsın" - Vəkil
“Yol Patrul Xidmətinə işə qayıtmağım üçün 15 min manat istədi” - TƏFƏRRÜAT
Rasim Quliyevin məhkəməsi keçirildi
“Mən ağıllı adamam, ona görə də imkanlıyam” – “Şərurlu İsfəndiyar”
Prokuror Rövşən Əkbərova 11 il cəza istədi
Azərbaycanda 16 milyon manat mənimsəyən iş adamını hansı vəzifəli şəxs himayə edib? — Şok cinayət işi
Yüz minlik dələduzluqda ittiham olunan partiya sədrinin məhkəməsi başlayıb
Eldar Həsənovun məhkəməsinin vaxtı məlum oldu - YENİLƏNİB
Sabiq baş memarın həbs müddəti uzadıldı
Meşələri qıran deputat atası 65 min manat cərimələndi