Deputat: Beynəlxalq aləmdə hökm sürən hazırki etimadsızlıq mühitində Azərbaycan-Türkiyə qardaşlığı dünya üçün əsl örnəkdir
26-10-2021, 16:01
37

Deputat: Beynəlxalq aləmdə hökm sürən hazırki etimadsızlıq mühitində Azərbaycan-Türkiyə qardaşlığı dünya üçün əsl örnəkdir

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində iştirakı, Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mövqe ortaya qoyması regionda yeni əməkdaşlıq mühitinin yaranmasına, formalaşmasına xidmət edən hadisədir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov söyləyib.
“Biz oktyabrın 26-da növbəti tarixi anların şahidi olduq. Füzuli Beynəlxalq Hava Limanının rəsmi açılışı məhz bu günə təsadüf edir. Açılış mərasimində qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak etməsi bir daha göstərir ki, Azərbaycan və Türkiyə dostluğu, qardaşlığı sarılmazdır. Nəzərə alsaq ki, hazırda dünyada ölkələr arasında bir etimadsızlıq mühiti var, Azərbaycan-Türkiyə dostluğu dünya dövlətləri üçün bir örnəkdir. “Dövlətlərarası münasibətlər, əslində, necə olmalıdır” sualına cavab tapmaq üçün dərin xəyallara qapılmağın mənası yoxdur. Azərbaycan-Türkiyə münasibətlərinə nəzər yetirilsə və bu əlaqələr öyrənilsə, eyni qənaət hasil olacaq”, - deyə Milli Məclisin deputatı qeyd edib.
O bildirib ki, Azərbaycan-Türkiyə münasibətlərinin çox böyük inkişaf perspektivləri var. Bizi qarşıda yeni-yeni hədəflər gözləyir. Bütün bunlara çatmaq üçün ölkəmizdə xalq-hakimiyyət birliyi, dövlətimizin başçısının möhkəm siyasi iradəsi var.

Oxşar xəbərlər

Ərdoğan Füzuliyə GƏLƏCƏK
Azərbaycan və Türkiyə Prezidentləri Füzuli Beynəlxalq Hava Limanının açılışını etdilər
Prezidentlər Əhmədbəyli-Füzuli-Şuşa yolunda tikinti işlərinin gedişi ilə tanış olublar
Prezidentlər Füzuli Beynəlxalq Hava Limanının açılışında - FOTOLAR (YENİLƏNİB)
İlham Əliyev Ərdoğanı Füzulidə qarşıladı - CANLI (YENİLƏNİB)
Ərdoğanın təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına eniş edəcək
Ərdoğanın təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi (YENİLƏNİB/VİDEO)
Bu gün Ərdoğan Azərbaycana gəlir
"Türkiyə və Azərbaycan dövlətinin bu məsələdə mövqeyi bəllidir" - DEPUTAT MÖVQE BİLDİRDİ
Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı
Ərdoğanın Azərbaycan səfərinin proqramı AÇIQLANDI
Ərdoğan Azərbaycana yola düşdü - YENİLƏNİB
İlham Əliyevlə Ərdoğanla danışdı
Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı
Prezidentlərin təkbətək görüşü olub
İlham Əliyev və Ərdoğan bu tarixdə Füzuli Hava Limanının açılışını EDƏCƏK
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib
İlham Əliyev və Ərdoğan Şuşada - VİDEO (YENİLƏNİR)
İlham Əliyev Ərdoğana zəng etdi
Türkiyəli nazir Azərbaycan xalqını təbrik etdi
İlham Əliyev Ərdoğana zəng etdi
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşdü
İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı Füzuli rayonunda qarşıladı - FOTO
Ərdoğanın Rusiyaya səfəri başladı - YENİLƏNİB
Prezident Zəngilan Hava Limanının istifadəyə veriləcəyi vaxtı AÇIQLADI
Ərdoğan Azərbaycana gəlir
Ərdoğan İlham Əliyevə zəng etdi
Ərdoğan İlham Əliyevə zəng etdi
Ərdoğan Azərbaycanla bağlı daha bir sənədi TƏSDİQLƏDİ
"Türkiyənin kimsənin torpağında gözü yoxdur" - Ərdoğan