“Razvetçik” minanı partlatdı: Mehdiyev Təhlükəsizlik Şurasından uzaqlaşdırılacaq?
24-08-2020, 12:33
148

“Razvetçik” minanı partlatdı: Mehdiyev Təhlükəsizlik Şurasından uzaqlaşdırılacaq?

Yeni Azərbaycan Partiyasının (YAP) bu gün vəzifəsindən istefa veerən icra katibinin müavini, deputat Siyavuş Novruzovun Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirakla bağlı son açıqlaması bomba effekti verib. 
Gündəlik Bakı xatırladır ki, bu məsələ barəsində ilk açıqlamasında “İştirak etmişəm düz etmişəm”, növbəti açıqlamasında “O toya getməsəydim gərək şərəfsizlik paltarını geyinərdim. Mən kişiyəm” deyən Siyavuş Novruzov üçüncü açıqlamasında Ramiz Mehdiyev tərəfindən aldadıldığını bildirib. 
“Mən Ramiz Mehdiyevin dəvət zəngi zamanı möhtərəm Prezident İlham Əliyevin adını çəkdiyinə görə toyda iştirak təklifini tərəddüdsüz qəbul etmişəm və sözügedən mərasimdə ailəlikcə iştirak etmişik. Çünki mən hər zaman ümummilli liderimizin layiqli davamçısı olan cənab Prezidentimizə sədaqətlə xidmət etmişəm və onun yolunda hər cür mübarizəyə, hətta ölümə də getməyə hazıram. 
Yalnız bir gün sonra məlum olmuşdur ki, bizi ailəlikcə toya dəvət edərkən “Cənab Prezidentdən icazəsini almışam” deyən Ramiz Mehdiyev səhv məlumat vermişdir. Hətta məclis zamanı onun “Cənab Prezident bu gün səhər zəng edərək təbriklərini və xoş arzularını çatdırıb” deməyi də həqiqəti əks etdirmir. Yəni cənab Prezident İlham Əliyevin bu toy məclisindən xəbəri olmamışdır və bizi aldatmışlar", - deyə YAP-çı deputat bəyan edib. 
Hələ ki, Siyavuş Novruzovun bu iddialarına qarşı tərəfdən cavab gəlməyib. Ramiz Mehdiyev susduqca YAP-çı deputatın akademikə böhtan atmadığı qənaəti güclənir. 
Ramiz Mehdiyev AMEA-nın prezidenti vəzifəsini daşımaqla yanaşı Təhlükəsizlik Şurasının üzvüdür. Bu təsisat Prezidentin yanında məşvərətçi orqandır. Konstitusiyasının 109-cu maddəsinin 27-ci bəndinə uyğun olaraq Prezident tərəfindən yaradılır. 
1997-ci ildə yaradılan Təhlükəsizlik Şurası vətəndaşların hüquq və azadlıqlarının, ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün qorunması sahəsində Prezidentin öz Konstitusiya səlahiyyətlərini həyata keçirməsinə şərait yaradılmasını təmin edir.
Ramiz Mehdiyev 22 il Prezident Admnistrasiyasının (PA) rəhbəri kimi Təhlükəsizlik Şurasının üzvü olub. O, 2019-cu ildə PA rəhbəri vəzifəsindən azad edilsə də, qurumun üzvlüyündə saxlanıldı. Hələ o zaman Ramiz Mehdiyevin hansı statusda Təhlükəsizlik Şurasının tərkibinə daxil edilməsi müzakirə mövzusu olmuşdu. Lakin buna hər hansı rəsmi izahat verilməmişdi.
“Toy qalmaqalı” və Siyavuş Novruzovun son açıqlamasından sonra siyasi ekspertlər hesab edir ki, Ramiz Mehdiyev ilk növbədə Təhlükəsizlik Şurasının tərkibindən çıxarıla bilər. Hər halda ortada Prezidentin adından yalan danışmaq ittihamı var. Əgər bu ittiham sübuta yetirilsə, o zaman Ramiz Mehdiyevin Prezidentin yanında məşvərətçi orqanda təmsilçiliyi məqsədəuyğun hesab edilməyə bilər.

Oxşar xəbərlər

“Necə getməyim toya, axı mən kişiyəm” – Siyavuş Novruzov
Siyavuş Novruzovun boş qalan yerinə təyinat necə olacaq? - AÇIQLAMA
Siyavuş Novruzovdan başqa hansı deputat Ramiz Mehdiyevin toyunda iştirak edib?
Ehsan Zahidovdan Ramiz Mehdiyevin nəvəsinin toyu ilə bağlı açıqlama
Gülçöhrə Məmmədova toyda olmayıb – Açıqlama
“Aldanmaq adamı məsuliyyətdən azad etmir” - Elman Nəsirov
Ombudsman 82 min manata avtomobil aldı
Ağsaqqal niyə cəzalandırılmır? - Açıqlama
Ramiz Mehdiyevin nəvəsinin qalmaqallı toyundan yeni görüntülər yayıldı - Video
Ramiz Mehdiyev ölübmü? - AMEA-dan AÇIQLAMA
Bahar Muradova Ramiz Mehdiyevin nəvəsinin toyunda olub? — Özündən açıqlama
Ramiz Mehdiyev də karantin qaydalarını pozub nəvəsinə toy etdi - Video,Foto
“Karqo Şamil”  də Ramiz  Mehdiyevin nəvəsinin toyunda iştirak edib
Mehdiyev müxalifətə keçsə, nə baş verəcək? – Arif Hacılının baxışı
Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etdiyi deyilən deputat vəzifəsindən İSTEFA VERDİ
Siyavuş Novruzovun istefası qəbul edildi RƏSMİ
Ramiz Mehdiyevin nəvəsinin toyunda Ombudsman qol götürüb oynadı - Video
Mehdiyevin nəvəsinin toyunda oynayan Ombudsmanın geyiminin gözqamaşdıran qiyməti
İsa Həbibbəyli açıqlama yaydı
Ramiz Mehdiyev Elşad Abdullayevi niyə deputat seçdirmək istəyirdi?
Azərbaycanın Ombudsmanı fəaliyyətini dondurub
Mehdiyevin nəvəsinin toyuna gedən lisey direktoruna TÖHMƏT VERİLDİ
Ramiz Mehdiyevin qızı kimdir? - Fotolar
Ramiz Mehdiyevlə Zeynəb Xanlarova arasında nə baş vermişdi?
“Ramiz Mehdiyev dövlətə meydan oxuyursa ...” - Abid Şərifov
Sabir Rüstəmxanlı Ramiz Mehdiyevin toy qalmaqalı haqda
Əli Kərimli Ramiz Mehdiyevə işləyib – ŞOK açıqlama
Ramiz Mehdiyevin qızına toy edən kurəkəni məhkəmə qarşısına çıxarılır
Məşhur icra başçısı da Mehdiyevin nəvəsinin toyunda olub - Video
Siyavuş Novruzov İSTEFA VERDİ