"Mən vətəndaşlardan minlərlə məktub alıram" - İlham Əliyev
24-08-2020, 13:44
147

"Mən vətəndaşlardan minlərlə məktub alıram" - İlham Əliyev

“Azərbaycanda biznes iqlimi ildən-ilə yaxşılaşır və hesab edirəm ki, biz “Doing Business” proqramı çərçivəsində tarixi nailiyyətlər əldə etmişik. Prezident və hökumət sahibkarları bundan sonra da dəstəkləyəcək. Ona görə, indiki şəraitdə böyük vəsaiti xarici ölkələrə qoymaq hesab edirəm ki, düzgün olmaz. Pandemiya başa çatsın, neft bazarlarında vəziyyət sabitləşsin, iqtisadi inkişaf öz tempini alsın, ondan sonra mən etiraz etmirəm, necə ki, bu günə qədər etiraz etməmişəm. Amma indiki şəraitdə hesab edirəm ki, bu, dözülməzdir və əlbəttə, biz bunu hansısa qanuni yollarla qadağan edə bilmərik və belə bir fikrimiz də yoxdur. Ancaq nəzarət edə bilərik və Azərbaycanın aidiyyəti qurumları buna gərək çox ciddi fikir versinlər. Əgər indiki şəraitdə Azərbaycan biznesmenləri, o cümlədən böyük biznesin nümayəndələri xarici ölkələrə vəsait qoymaq istəyəcəklərsə, gərək bunu əsaslandırsınlar və bu məsələ diqqət mərkəzində olmalıdır”.
Gündəlik Bakı xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də Faiq Qürbətovu Biləsuvar Rayon İcra Hakimiyyətinin, Elmir Bağırovu isə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən deyib.
“Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə Azərbaycanda sözdə yox, əməldə aparılır. Bu mübarizə xalq tərəfindən yüksək qiymətləndirilir. Mən vətəndaşlardan minlərlə məktub alıram. Onlar mənim bu addımlarımı alqışlayır və eyni zamanda, bəzi məsələlərə diqqətimi çəkir. Şadam ki, son vaxtlar ictimai nəzarət mexanizmi daha da mütəşəkkil forma alır. Mən bunu alqışlayıram”, dövlət başçısı bildirib.

Oxşar xəbərlər

Karantin rejimi uzadılacaq - Prezident açıqladı
Prezident İlham Əliyev: "Ölkəmizin uğurlu dayanıqlı iqtisadi inkişafı bundan sonra özəl sektor hesabına təmin edilməlidir"
“Elə addımlar atmalıyıq ki, ən hazırlıqlı ölkələr sırasında olaq” - İlham Əliyev
İlham Əliyev ölkə iqtisadiyyatının vəziyyətindən DANIŞDI
"Bu qədər vəsait barədə rəqəmi haradan götürürsən!?" - İlham Əliyevdən sərt XƏBƏRDARLIQ
Əhalinin dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunması həyata keçirilən sosial siyasətin mühüm tərkib hissəsidir
“İnhisarçılığa qarşı çox ciddi mübarizə aparılmalıdır” - Prezident
Prezident İlham Əliyev: Bəzi indiki dırnaqarası özünü lider adlandıran qorxaqlardan fərqli olaraq, Heydər Əliyev hər bir təhlükəyə, məhrumiyyətə getməyə hazır idi
"Biz pandemiyaya qarşı qlobal müstəvidə də fəal rol oynayırıq"
"Mənə müxtəlif dövlət qurumları fərqli rəqəmlər təqdim edib" - İlham Əliyev
Prezidentdən neftin ucuzlaşması ilə bağlı AÇIQLAMA
Azərbaycan Prezidenti: “Maksimum şəffaflıq olmalı, korrupsiyaya son qoyulmalıdır”
“Qaydaların pozulması və bunun acı nəticələri hər kəs üçün dərs olmalıdır” - İlham Əliyev
İlham Əliyev Mun Hini qəbul etdi
Hüquq-mühafizə orqanlarında da digər sahələrdə olduğu kimi, islahatlara böyük ehtiyac var
Prezident: “İşçilərin ixtisarına yol verilməməlidir”
İlham Əliyevdən sensasion mesaj: Yaşı 70-i keçən məmur...
Ərdoğan sərt və güclü bir liderdir
Qarabağ - Rusiya niyə Türkiyənin prosesdə yer almasına razılaşdı? - Müsahibə
İlham Əliyevdən  müəllim və şagirdlərə müraciət - VİDEO
Pandemiya məmurların biznesini də çökdürür...
"Sosial paket vətəndaşları bu böhrandan qoruyacaq" - Prezident
Vətəndaşlardan xahiş edirik ki, hotellərdəki problemlər barədə məlumat versinlər - Dövlət Turizm Agentliyi
“Prezident maska taxırsa, niyə başqası edə bilməz?“ - İlham Əliyevdən XƏBƏRDARLIQ
Prezident açıqladı: Bundan sonra neft gəlirləri...
Tapılan əşyanın sahibini tanımırıqsa bu əşya bizə halaldırmı?
Siyavuş Novruzovdan sosial şəbəkələrlə bağlı TƏKLİF
Mixail Qusman: “Bu, Heydər Əliyevin tarixi addımı idi” – MÜSAHİBƏ
Toy və nişan mərasimləri keçirilə bilər
“Gic-gic videolar yayırlar, bütün günü onları paylaşırlar...“ - Xalq artisti “od püskürdü”