Sex rəhbərindən rüşvət alan vergi müfəttişlərinin işi məhkəməyə göndərildi
24-08-2020, 14:57
132

Sex rəhbərindən rüşvət alan vergi müfəttişlərinin işi məhkəməyə göndərildi

Əvvəllər Baş Prokurorluq və İqtisadiyyat Nazirliyinin birgə verdikləri məlumata əlavə olaraq bildirilir ki,  Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin Monitorinq şöbəsinin böyük dövlət vergi müfəttişi Azər Allahverdiyev və həmin İdarənin Nərimanov rayon şöbəsinin müfəttişi Cahid Tahirov vətəndaşa məxsus çörək sexinə gələrək cari il ərzində vergi yoxlamalarının keçirilməməsi müqabilində 6 min manat məbləğində pulun bir qismini  rüşvət kimi alarkən cinayət başında yaxalanıblar.
Gündəlik Bakı xəbər verir ki, faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmış, Azər Allahverdiyev və Cahid Tahirov şübhəli şəxs qismində tutularaq, onlara Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilməklə barələrində Binəqədi rayon məhkəməsinin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Aparılmış istintaqla Azər Allahverdiyevin Cahid  Tahirovla cinayətkar əlaqəyə girməklə “Laçın Çörək Evi” adlı çörək istehsalı sexinə rəhbərlik edən vətəndaşdan vergi yoxlamalarından kənarda qalması, ümumi himayədarlıq, eləcə də, digər qanunsuz hərəkətlər müqabilində 2019-cu ilin iyul - avqust ayları ərzində ümumilikdə 3500 manat məbləğdə pulu rüşvət qismində istəyərək almasına, bundan əlavə 2020-ci ilin mart ayında Cahid Tahirovla birlikdə həmin sexə rəhbərlik edən vətəndaşdan öz qanunsuz hərəkətləri üçün 10 min manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində istəməsinə, nəticədə  isə 6 min manata razılaşmasına əsaslı şübhələr müəyyən edilib.
21 avqust 2020-ci il tarixdə cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq aidiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
 

Oxşar xəbərlər

Daha bir vəzifəli şəxs rüşvət alarkən tutuldu - RƏSMİ
Azərbaycanda vəzifəli şəxs cinayət başında yaxalandı - Anbaan video
Rüşvət alan iki vəzifəli şəxs həbs edilib - Rəsmi
Azərbaycanda daha bir nazirliyin vəzifəli şəxsi HƏBS EDİLDİ
DGK-dan həbs olunan şöbə rəisi ilə bağlı RƏSMİ AÇIQLAMA
Azərbaycanda pensiya və müavinətləri "yeyən" MƏMUR TUTULDU
"Proqnozdan 200 milyon manat çox vergi toplanılıb" - Mikayıl Cabbarov
Bakıda məktəb direktoruna cinayət işi açıldı - Korrupsiya
Ceyhun Cəfərov məhkəməyə gətirildi
Baş Prokurorluğun sabiq əməkdaşının cinayət işi məhkəməyə göndərildi
Nazirlik "Funda" tibb mərkəzində qanun pozuntuları aşkarladı
Kürdəmir icra başçısı Ceyhun Cəfərovun aldığı rüşvətlər açıqlandı
Saxlanılan icra başçısının ittihamları məlum oldu
“Baku Steel Company” və törəməsinin 1,3 milyon manat vergi borcu var
Bakıda xadimə işlədiyi evi "silib süpürdü"
DSX-nin rəis müavini və digər yüksək rütbəli hərbçiləri saxlanılıb
Azərbaycanda kişinin təmirə pulu olmadı, qonşuların evlərini soydu
Şirkət rəhbərinin cinayət işi məhkəməyə göndərildi
Bakıda gözəllik salonundakı qətllə bağlı cinayət işi başlanıldı, saxlanılan var - RƏSMİ
Azərbaycanda vəkil məhkəmə zalında həbs EDİLDİ
Daha bir neçə vəzifəli şəxs rüşvətə görə həbs edildi
"Bandotdel" əməliyyat keçirdi - SAXLANILANLAR VAR
Bakıda tibb mərkəzində qanunsuzluqlar aşkarlandı - Direktor yoxlamaya mane oldu
Nazirlikdən daşınmaz əmlakla bağlı QƏRAR
Dövlət Vergi Xidməti 3 milyon manatlıq tenderi yekunlaşdırıb
Balakəndə narkotacir tutuldu - FOTO
Rüşvətlə tutulan məmurun rəisi Ramiz Mehdiyevin qardaşı oğludur
Gəncə şəhər İcra Hakimiyyətinin saxlanılan sabiq vəzifəli şəxsləri məhkəməyə gətirildi
Şirkət əməkdaşlarının cinayət işi məhkəməyə göndərildi