ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevlə AzTV sədri Rövşən Məmmədli arasında qalmaqal baş verib.
Bakupost.az xəbər verir ki, buna səbəb V. Mustafayevin AzTV-də yayımlamaq istədiyi videoçarxa imtina cavabı alması olub.
Bununla bağlı ANS Şirkətlər Qrupu prezidentinin müşaviri Mais Məmmədov bəyanat yayıb.
Həmin bəyanatda deyilir:
"Saat fabriki olan VMF Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ordumuzun Ermənistan Silahlı Qüvvələri üzərində möhtəşəm qələbəsini əbədiləşdirmək üçün 2020-ci ildə fabrik "Qələbə vaxtı” kolleksiyasının istehsalına başladı və düşməndən azad olunan rayonlarımızın adlarını saatlara həkk etdi. Həmin dövrdə ANS-in reportyorları ön cəbhədən məlumatları tamaşaçılara çatdırırdı. Arxa cəbhədə də VMF fabriki gərgin işləyərək, düşmən üzərində zəfər çaldığımız ərazilərin adlarını əbədiləşdirirdi.
Zəfər günü ərəfəsində də VMF fabriki bu saatları nümayiş etdirmək üçün videoçarx hazırlayaraq, onu ölkə telekanallarında nümayiş etdirmək istədi. Bu həm də VMF fabrikinin vətəndaşlar qarşısında hesabatı idi. Təbii ki, bu yayım üçün vəsait də ayrıldı. Lakin maraqlı bir hadisə baş verdi: dövlət kanalı olan AZTV bu çarxı olduğu kimi yayımlamaqdan imtina etdi. Bildirdi ki, reklam çarxı AzTV-yə uyğun gəlmir. Amma Rövşən Məmmədli onu da deyib ki, videoçarx hər hansı problemsiz Mədəniyyət və İdman kanallarında yayımlana bilər. Sual çıxır: əgər bu çarx AzTV-də yayımlana bilməzsa, həmin TV-nin o biri kanallarında necə yayımlana bilər?! Bu mövqe anlaşılan deyil axı, AzTV kommersiya qurumu deyil, büdcədən maliyyələşən kanaldır. Büdcəni maliyyələşdirən şirkətlər sırasında VMF NF də var, yeri gəlmişkən...
AzTV-nin sədri Rövşən Məmmədli belə bir "irad” da tutub ki, "Qarabağ Azərbaycandır!” ifadəsini hərbçilərin səsi ilə vermək olmaz! Bundan əlavə, AzTV sədrindən daha bir "göstəriş”: VMF-in reklam çarxından erməni işğalından azad edilən rayonların şərəfinə xüsusi olaraq buraxılmış "Qələbə kolleksiyası”ndan olan saat görüntüləri çıxarılmaldır. Niyə? Əsgərlərimizin canı, qanı bahasına aldığımız rayonların adlarını niyə və kimdən gizlətməliyik? Bunu düşmən tərəfi desəydi, təbii, anlaşılan olardı. Axı niyə bizim dövlət kanalı Azərbaycan malını reklam etməkdən boyun qaçırır? Özü də elə bir zamanda ki, televiziyalar maliyyə çatışmazlığından gileylənirlər.
VMF fabriki bu möhtəşəm qələbəni əbədiləşdirmək istəyirdi. Fabrikin əməkdaşları bu işi o qədər entuziazmla görürdülər ki... Amma bu gün hamı AzTV rəhbərliyinin mövqeyindən şoka düşüblər və anlamırlar ki, nə pis iş görüblər. 1941-45-ci illərdə Böyük Vətən müharibəsindən sonra Rusiyada qəhrəman şəhərlərin adları ilə saatlar buraxıla bilərdi, amma biz istehsal etdiyimiz saatları "Qələbə vaxtı” kolleksiyamızı nümayiş etdirə bilmərik?! Axı niyə? Niyə yerli sahibkarlarımızı, yerli istehsalımızı belə "əzməliyik”?!
Bu adamlar və onların rəhbərləri baş verənlərin əsl məqsədini anlamırlar. Düşmən üzərində möhtəşəm qələbə müasir Azərbaycan tarixində yeni səhifə yazdı. Azərbaycan bu gün təkcə neft-qaz istehsal edən ölkə deyil, biz gəmi tikirik, kosmosu fəth edirik, magistral yol çəkirik və... əvvəllər yalnız İsveçrə, Yaponiya və s. ölkələrdən aldığımız dəqiq mexanizmləri indi özümüz istehsal edirik. Bunun nəyi pisdir? AzTV-nin rəhbərliyinin qürur hissi yoxdur?”.
Məsələylə bağlı qarşı tərəf – AzTV-dən Bakupost.az -ın sorğusuna cavab olaraq bildirilib ki, həmin vedeoçarxın efirə verilməməsinin peşəkarlıq və ideoloji baxımdan ciddi əsasları var:
"Azərbaycan Televiziya və Radio Verilişləri” QSC olaraq bildiririk ki, Vətən müharibəsinin ildönümü ilə bağlı bütün fəaliyyətimiz və efir siyasətimiz məhz müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun Qarabağın azadlığı uğrunda qəhrəmanlığına, canından keçən şəhidlərimizin igidliyinə və qazilərimizin şərəfli döyüş yoluna həsr olunub. Bu mövzuda hər gün müxtəlif sənədli və bədii filmlər, videoçarxlar, siyasi-ideoloji verilişlər hazırlanır. Eyni zamanda, kanala kənardan da qeyd olunan mövzuda filmlər, videoçarxlar, kliplər təqdim olunur. Lakin AzTV olaraq düşünürük ki, xüsusən 44 günlük Vətən müharibəsinin ildönümündə efirə təqdim edilən hər məhsul ciddi şəkildə təhlil edilməli, zəif və bayağı məhsullar verilməməlidir. Hətta reklam olsa belə.
Reklam kanalların əsas maliyyə mənbələrindəndir və hər bir kanal gəlir əldə etmək üçün reklamın verilməsində maraqlıdır. Lakin VMF şirkətinin hazırladığı reklam çarxı həm zəif olduğundan, eyni zamanda "multiplikasiya xarakter”i daşıdığından reklamın AzTV-də efirə təqdim olunması sədr tərəfindən məqbul bilinməyib. Bir qədər dəyişiklik etmək, xüsusən də "Vətən müharibəsinin əsas şüarı olan "Qarabağ Azərbaycandır” sözlərinin qol saatları fonunda primitiv şəkildə getməməsi şərtilə Mədəniyyət və İdman TV-də verilə bilər” deyilib.
Bilirsiniz, "Qarabağ Azərbaycandır” şüarı bizim üçün adi söz birləşməsi və ya lozunq deyil. Bu, Ali Baş Komandan İlham Əliyevin dəfələrlə dilindən səslənən, şəhidlərimizin gözünü belə qırpmadan döyüşə atılarkən dediyi sözlərdir. Bu sözlər bizim üçün zəfərin özü qədər əziz və müqəddəsdir və həmin sözlər hər videonun, yaxud şəklin fonunda verilə bilməz. VMF-in hazırladığı reklam çarxına diqqətlə baxan hər kəs onun qol saatlarının fonunda verilməsinin doğru olmadığını, primitiv xarakter daşıdığını və deyildiyi kimi, sanki cizgi filmi təəssüratı yaratdığını görə bilər. Odur ki, reklam çarxı haqlı olaraq efirə buraxılmadı.
Ümumiyyətlə, AzTV olaraq hər kəsə, o cümlədən reklam şirkətlərinə məsləhət görərdik ki, xalqımızın və dövlətimizin tarixinə qızıl hərflərlə yazılmış zəfər tarixini reklam etdikləri məhsullarla uyğunlaşdırarkən diqqətli olsunlar və bu müqəddəs tarixin çəkisinə azacıq da olsa xələl gətirən heç nəyə yol verməsinlər. Buna heç kəsin haqqı yoxdur”.
Vahid Mustafayevlə AzTV sədri arasında çəkişmə - Qarşılıqlı ittihamlar - VİDEO
02
noyabr
17:00

Qarabağ
OXŞAR XƏBƏRLƏR
AzTV-yə 5 ay əvvəl təyin olunan müdir İŞDƏN ÇIXARILDI
Bakıda 22 il fəaliyyət göstərən “2№-li Tikiş Fabriki” ləğv edildi
Dövlət kanalında QALMAQALLI DƏYİŞİKLİK - AzTV sədri daha bir qohumuna yüksək vəzifə verdi
AzTV-də Rövşən Məmmədli “dərəbəyliyi”: - Şikayət edəni işdən qovurlar, maaşlar isə 250 manat
Tanınmış teleaparıcı yenidən efirə qayıtdı
AzTV Laçından veriliş yayımlayacaq - Video
AzTV-dən departament müdirinin işdən çıxarılması ilə bağlı AÇIQLAMA
Azərbaycanda yeni telekanal yaradılacaq
AzTV-də kütləvi ixtisarlar - Daha bir xarici büro bağlandı
AzTV-də Əli Kərimli sevdası – Rövşən Məmmədovun kadrlarından efir BİABIRÇILIĞI
Bu ay 8 milyon tibbi maska istehsal olunacaq
AzTV Şuşada yayıma başlayıb
Veysəloğlu Şirkətlər Qrupu və ona daxil olan şirkətlər “YAŞAT” Fonduna 1 milyon manat köçürdü
AzTV sədrinin gizli ləğvetmə əməliyyatı - "Azərbaycantelefilm" nəyin qurbanı oldu?
İlham Əliyev “DP World” şirkətlər qrupunun sədri və icraçı direktorunu qəbul etdi
DİN AzTV-nin əməkdaşının öldüyü qəza ilə bağlı məlumat yaydı
İsa Qəmbər Zəfər paradından yazdı: “Milli iradənin və milli həmrəyliyin gücü...“
Zaqatalada yeni fındıq emalı fabriki yaradılır
AzTV-də yeni təyinatlar - SİYAHI
Vətən müharibəsinin başlamasından bir il ötür
Dövlət televiziyasında AĞAYANA YEYİNTİ... - FAKTLAR
Zəfər Günü Azərbaycanda Amnistiya gözlənilir - KİV
Nərgiz Cəlilova AzTV-də yeni vəzifəyə təyin olunub
Hər il Zəfər Günü iş olmayacaq - VİDEO
AzTV-nin rejissoru koronavirusdan vəfat etdi
AzTV-nin sabiq əməkdaşı dünyasını dəyişdi (FOTO)
AzTV-nin əməkdaşı anasının meyiti ilə selfi etdi - FOTO
Bakıda möhtəşəm Zəfər paradı başa çatdı - VİDEO (YENİLƏNİB)
Şuşanın işğaldan azad olunduğu gün Zəfər Günü kimi qeyd ediləcək
AZTV 5000 manat cərimələndi
- 6 ayın qəza statistikası: 328 ölü, 161 yaralı
- Alina Kabayeva və daha 15 rusiyalıya sanksiya tətbiq edildi
- Təhlükəli asteroid Yerə yaxınlaşır
- Qətər Livan ordusuna 60 milyon ayırır
- "Hələ də kifayət qədər hərbi yardım yoxdur" - Danilov
- Lukaşenko Putinə dəstək olmayanları bununla HƏDƏLƏDİ
- Buçada qətliam törətmiş rusiyalı komandir beynəlxalq axtarışa verildi
- Uşaqlara qoyulan rayon və şəhər adları - SİYAHI
- "Bir böyrəyi olanlara əlillik verilməyəcək, onlar 30 il yaşaya bilərlər" - Nazirlik
- Dollar yeni həftəyə belə başlayacaq
- Meymun çiçəyinə yoluxan məşhur aktyor: “Bədənimdə 25-dən çox...”
- NATO yeni silahlanma yarışına başlayır
- Bakı sakini 3 kq heroinlə tutuldu
- Bu il 97 uşağa Polad, 37 uşağa Xudayar adı verilib
- Ukraynada müharibədə 339 uşaq ölüb
- Ukrayna Rusiyanın itkilərini AÇIQLADI
- Yaponiyada rekord istilər qeydə alınıb
- Qaribaşvili: “Ukrayna və Moldova namizəd statusunu həvəsləndirici hədiyyə kimi alıb”
- “Qarabağ” yoxlama oyunu keçirəcək
- "Mən də xəyanət etmişəm" - Nadir Qafarzadə
- Azərbaycanda vəzifədə olan altı diplomsuz şəxs işdən qovuldu
- “General-leytenant” rütbəsi alan hərbçilər kimdir?
- Vətən müharibəsində fərqlənən hərbi qulluqçular TƏLTİF EDİLDİ
- Prezident onlara general rütbəsi verdi - SİYAHI