Bundan sonra ayda cəmi bir dəfə onlayn sifariş verə bilərik
24-08-2020, 15:56
172

Bundan sonra ayda cəmi bir dəfə onlayn sifariş verə bilərik

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda dəyişiklik edib. Yeni qaydalara görə, fiziki şəxslər tərəfindən ölkəyə rüsumsuz gətirilə bilən malların maksimal məbləği aşağı salınıb. Belə ki, indiyədək vətəndaş şəxsi məqsəd üçün birbaşa özü 1500 dollar məbləğində, elektron ticarətlə - poçt vasitəsilə 1000 dollar məbləğində mal gətirə bilərdi. Yeni dəyişikliyə görə bu rəqəmlər müvafiq olaraq 800 dollar və 300 dollara endirilib. Yəni, vətəndaş artıq intenet üzərindən hansısa xarici mağazadan 300 dollardan baha olan malı alarsa, həmin artıq məbləğ üçün 36 faiz gömrük rüsumu ödəməlidir. Digər narahatlıq doğuran məqam isə bir nəfərin 300 və 800 dollarlıq limitdən ay ərzində cəmi bir dəfə istifadə edə bilməsi ilə bağlıdır. 
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Qafqazinfo”ya açıqlamasında Nazirlər Kabinetinin yeni qərarının elektron ticarəti məhdudlaşdırmağa yönəldiyini bildirib. O qeyd edib ki,  qərarı iki cür şərh etmək olar: “Gömrük Komitəsi istəsə bunu belə formada şərh edə bilər, bir ay ərzində 1 dollarlıq mal gətirmisinizsə, həmin ay heç nə gətirə bilməzsiniz. Yəni qalan 299 dollarlıq mal gətirə bilməzsiniz. Hesab edin iki ay ərzində iki dəfə Gürcüstana konfransa getmisiniz, bir dəfə gələndə bir corab gətirmisinizsə, gələn dəfə gələndə bir köynək gətirə bilməzsiniz. Ona görə də, bu çox biabırçı qərardır. Bu məqam əvvəlki dövrlərdə daha açıq şəkildə yazılmışdı. Bu dəfə elə yazılıb ki, iki cür anlaşılır. Bəlkə də qəsdən belə yazılıb”.
Ekspert əlavə edib ki, ölkədə bu cür qərarın qəbulunda maraqlı adamlar var:
“2015-ci ildə prezident öz fərmanı ilə fiziki şəxslər üçün rüsumsuz gətirilən malların məbləğini 10 min dollar müəyyənləşdirmişdi. Lakin sonradan hansısa maraqlı şəxslər bu fərmanı icra etməyə qoymadılar. Düşünürəm ki, əgər ölkədə yerli istehsal olsaydı, hökumət də yerli istehsalı düşünüb belə bir məhdudiyyət tətbiq edə bilərdi. Amma yerli istehsal, misal üçün telefon, tekstil və s. burada istehsal olunmur. Bunu xaricdən gətirməyə qoymamaq ölkədə istehsalı qorumaq yox, hansısa böyü idxalçını qorumaqdır. Bu qərar yerli istehsalı qorumağa yönəlməyib”, - Osman Gündüz qeyd edib.
Mütəxəssis hesab edir ki, hökumət təcili bu qərarına yenidən baxmalıdır. Ölkədə e-ticarətin inkişafı üçün, idxal sahəsində rəqabətli mühitin formalaşması üçün daha effektiv mexanizmlər tapılmalıdır. Yerli istehsal olmadığı şəraitdə vətəndaşın şəxsi məqsədlər üçün,  e-ticarət yolu ilə alış-verişini məhdudlaşdırmaq yolverilməzdir.
Qeyd edək ki, qərar sentyabrın 21-dən qüvvəyə minir.

Oxşar xəbərlər

DGK: Bəyannamə sayından asılı olmayaraq güzəşt qüvvədə qalır
Səfər Mehdiyev ha əsaslandırmağa çalışsa da... - NARAZILIQ...
Gömrükdə yeni qərar: Məhsullar bahalaşa, karqo şirkətləri bağlana bilər
Gömrük Komitəsi yeni daşınma qaydalarına aydınlıq gətirdi
Məşhur şirkət gömrüyün yeni qərarından yayınmağın üsulunu açıqlayıb
Monopolistlərin yenə "çiçəyi çırtladı" - Vətəndaş isə əlavə xərcə düşəcək
Kritik durum: Rusiyaya 24 təyyarə ilə dollar gətirildi
Koronavirus ABŞ milyarderlərinin sərvətini artırdı
“Azərbaycan xalqı dünyanın ən çox dərman yeyənləri siyahısındadır” – Qubad İbadoğlu
Azərbaycanın idxal-ixracında əsas məhsulların və tərəfdaş ölkələrin SİYAHISI
Sovet İttifaqı Azərbaycanın haqqını necə yeyirdi? – STATİSTİKA
Azərbaycanın ən böyük ixracatçı şirkətlərinin milyonlarla vergi borcu var – Siyahı, məbləğ
Rusiya muzdlu döyüşçülər göndərir: Hərəsinə ayda 1000 dollar
İlon Mask ilk dəfə olaraq dünyanın ən varlı insanlarının dördlüyünə daxil olub
“Finoko” BOKT BAĞLANMA YOLUNDA - Borcunu qaytara bilmir
Mərkəzi Bank göstəriş verdi: Azərbaycanda dollar alanlara nəzarət gücləndirildi
ABŞ Rusiyaya sanksiya tətbiq edir, Rusiya isə hələ də dollar alır – Dollar niyə bu qədər cazibədardır?
“Azəriqaz”dan vətəndaşa qarşı məhkəmə iddiası
Adamın 50 qəpiyi yoxdursa, canı çıxsın, 50 manat cərimə ödəsin...?
Azərbaycanda hər adam ayda bu məbləğdə - DOLLAR ALA BİLƏR​​​​​​​
Siqaretlərin yeni QİYMƏTLƏRİ - SİYAHI
Ucuz malları brend adı ilə baha satan mağazalar- SAXTAKARLIQ
Gələn ildən pensiyalar artacaq - Nazir
52 min nəfərə ŞAD XƏBƏR - Əmanətləriniz geri qaytarılacaq
Azərbaycanda məhkəmə proseslərinin əksəriyyəti yenidən təxirə salındı
Bakı Baş Gömrük İdarəsində nə baş verir?
Böhran zamanı kiçik biznesə dəstək olan dörd sosial şəbəkə
ARDNF-a indiyədək 155 mlrd. dollara yaxın vəsait daxil olub
Azərbaycan nefti cüzi ucuzlaşdı
“Qaçqınkom”-da maxinasiya – Nazirlər Kabinetinin qərarı olmadan 3 “JEK” yaradılıb