“Nəvəmi bizə gətirəndə gördüm ki, qarnı şişib. Dedilər bir az kökəlib. Mən də dedim uşaqdır da, kökələr də, arıqlayar da. Xəstəxanaya aparanda həkim uşaq hamilədir deyəndə, dəhşətə gəldim”.
Bu sözləri İmişlidə zorlanmaya məruz qalan 11 yaşlı A.N.-in (şərtidir) nənəsi Oxu.Az-a baş verənlər barədə danışarkən deyib.
O bildirib ki, gəlini oğlu vəfat etdikdən bir neçə il sonra nəvələrini də götürüb evdən gedib:
“Oğlum 2014-cü ildə qaraciyər sirrozundan vəfat edib. Ondan sonra 2020-ci ilə qədər gəlinim uşaqlarla birlikdə bizim yanımızda yaşayırdı. Sonra dedi ki, mən daha belə yaşamaq istəmirəm, ailə qurmaq istəyirəm. Uşaqları da götürdü getdi. Övladlarından biri qız uşağıdır deyib, məhkəməyə müraciət etdim ki, qızı bizə versinlər. Elə oldu ki, nəvəm bizimlə qalmaq istəmədi. Qayda-qanuna uyğun qərar verdilər ki, anası ilə qalsın uşaqlar. Mən də daha heç nə demədim. Ötən ilin dekabr ayında gəlinim uşaqları da götürüb getdi atası evinə. Bir müddət keçdi, bildik ki, bəs belə bir adam var, onunla birlikdə İmişlidə kirayə mənzil tutub, yaşayırlar.
Bu söhbətin üstündən bir xeyli keçmişdi həmin S.C. (ad şərtidir) 11 yaşlı nəvəm A.N.-i (şərtidir) gətirdi bizə ki, uşaq qardaşı ilə yola getmir, sizdə qalsın. Biz də nəvəmizi çölə atası deyildik ki. Dedik qalsın. Uşağa hazırlıq üçün müəllim tutduq. Babası özü uşağı dərsə aparıb-gətirirdi. Sonra qızın anası gəlib dedi ki, uşağımı aparıram. Nəvəm dedi getmək istəmirəm, amma apardılar. Uşağı aparıb gəzdirdilər, nə dedilər, nə demədilər nəvəm daha bizə gəlmək istəmədi”.
Nənəsi deyir ki, 11 yaşlı nəvəsi bir də bu məsələlərin mətbuata çıxmasından bir müddət əvvəl onlara gəlib:
“Gəlinimin anası qarnının şişinə görə nəvəmə deyib ki, sənin o biri nənən xəstəxanada işləyir, get, denən səni aparsın həkimə. Birinci deyirdilər ki, uşaq da atası kimi sirroz olub. Uşağı gətirdilər bizə, mən də apardım həkimə. Həkim uşağı yoxlayanda təəccübləndi. Dedi bu uşağın neçə yaşı var? Dedim 11 yaşı, nə olub ki? Dedi bu uşaq hamilədir. Mən dəhşətə gəldim. Mənim öz atam 42 yaşında rəhmətə gedib, dörd bacı biz heç birimiz belə hərəkətlərə yol verməmişik. Anamız bizə nəzarət edib.
Xəstəxanada uşaq heç nə demədi. Evə gələndən sonra divanda uzandı. Sual verdim ki, görüm bu nə işdir? Elə soruşdum ki, ay bala sənin başına nə hadisə gəlib? Səndən bunları soruşacaqlar. Dedi atalığım qorxutmuşdu məni, anama deyə bilmədim. Anası soğan yığmağa gedirdi və çörək sexində növbəli işləyirdi. Yəqin ki, hadisə o işə gedəndə bu uşaqla evdə tək qalan zaman baş verib. Məni yandıran odur ki, gətirib qoymadı mənim yanımda. Gəlinim bu səhvə necə yol verib, qəbul edə bilmirəm. Oğlumun yadigarının başına bu oyun gəlməməli idi”.
Zorlanmaya məruz qalan 11 yaşlı qızın nənəsi deyir ki, bundan sonra nəvəsinə sahib çıxa bilməzlər:
“Mən də, yoldaşım da xəstə adamlarıq. Bu saatdan sonra ona baxa bilmərik, gəlinim özü bilsin. Mənim oğlum çox qeyrətli oğlan idi. Kaş onun yerinə mən ölərdim. Sağ olsaydı, yığardı ailəsini başına, baxardı. Belə hadisələr də baş verməzdi. Üç qız böyütmüşəm, evləndirmişəm, heç kim deyə bilməz ki, qızlarım haradan gəldi, haraya getdi. Ana da uşağından bezər heç? Qızının 11 yaşı var, oğlunun 10 yaşı. Oğlan indi bizim yanımızdadır, qız isə Bakıda xəstəxanadadır. Biz bu məsələdən uzaq dayanırıq, heç nə edə bilmərik”.
Qeyd edək ki, İmişlidə zorlanmaya məruz qalan 11 yaşlı qızın qeysəriyyə əməliyyatı ilə dünyaya gətirdiyi uşaq Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının neonotologiya şöbəsinə yerləşdirilmişdi. Körpə ötən gün xəstəxanada vəfat edib.
“Bu saatdan sonra ona baxa bilmərik" - 11 yaşlı zorlanmış qızın nənəsi DANIŞDI
03
noyabr
15:11

Qarabağ
OXŞAR XƏBƏRLƏR
İmişlidə 11 yaşlı qızın uşaq dünyaya gətirməsinin təfərrüatları - VİDEO
Gəlinindən danışan Mətanət: "Dedi ayrılıram, azad olmaq istəyirəm!" - VİDEO
“O həkim uşaqları həmin gün Bakıya göndərsəydi, ölməzdilər” - Bayram Nurlu
ŞOK: Vətən müharibəsi şəhidinin arvadı ərinin evli döyüş yoldaşı ilə qaçdı - FOTO
İsmayıllı icra hakimiyyəti nə işə yarayır? - GİLEY
"Uşaqlarımı məndən alıblar" - Mətanət İsgəndərlinin gəlini
İmişlidə zorlandıqdan sonra hamilə qalan 11 yaşlı qız: “Dedi heç kimə demə” - VİDEO
"40 ilin sənətkarı qolunu açıb efirə çıxmamalıdır"
Sahil Babayev narazılıq yaratmaqda davam edir... - Özbaşınalıq...
Əsirlikdəki əsgərimizin anası danışdı: “Dedi Şuşaya gedirəm...”
Diktor gəlinini və nəvəsini qəbul etmir: "Oğlum bir gecənin bədnamı olub"
10 yaşlı oğlanın cinsiyyət orqanını kəsən qadın EFİRƏ GƏLDİ: "Peşman deyiləm" - VİDEO
“Boşanandan sonra dost qalmaq...“ - Aynişan keçmiş həyat yoldaşından danışdı
Nəvə nənəsi ilə babasını barışdırmaq üçün dövlətdən yardım istədi - Türkiyədə (FOTO)
Nişanlandığı deyilən 8-ci sinif şagirdi olan qızla bağlı AÇIQLAMA - YENİLƏNİB
Oğlu Baloğlan Əşrəfovun ölümündən danışdı: Təcili yardım çatdırmadı
Mətanət İsgəndərlinin gəlinindən şok ittihamlar: “Görüm səni...“
“Annanın erməni əri Arturu hər gün döyürdü, ona zülm edirdi” (AÇIQLAMA)
Xalq artisti şəhid oğlundan danışdı: “9-cu sinifdə oxuyanda...“
Azərbaycanda 13 yaşlı qız atası və qardaşı tərəfindən ZORLANDI
Gəlini Mətanəti yenə biabır etdi: “Gördüm ki, ayağında iz var“
Şəhid övladıyla bağlı QALMAQAL: “Üstümə bıçaq çəkdilər...“
Şəhid qardaşların ailəsində FACİƏ: - 1 yaşlı qızı öldü
Xəstəxanaya yerləşdirilən 11 yaşlı qız uşaq dünyaya gətirdi - YENİLƏNİB
Xudatda Qazi ailəsini incidən kimdir? - torpaq dələduzluğu...
Evinə bomba düşən Gəncə sakini çarəsiz durumda - "Adım heç zərərçəkmişlərin siyahısında yoxdur"
Anası və ögey atası tərəfindən işgəncə görən uşaqdan XƏBƏR VAR
Cananadan "nankor gəlin" sözünə cavab - “Səkkiz il nişanlı saxladılar, universitetdən çıxartdırdılar“
Şəhid anası kimlərdən narazılıq edir... - "Sonradan öyrəndim ki..."
“Xankəndində yaralanan oğlumun kəllə qapağı çıxarılıb və..." - Qazimizin anası kömək istəyir
- 6 ayın qəza statistikası: 328 ölü, 161 yaralı
- Alina Kabayeva və daha 15 rusiyalıya sanksiya tətbiq edildi
- Təhlükəli asteroid Yerə yaxınlaşır
- Qətər Livan ordusuna 60 milyon ayırır
- "Hələ də kifayət qədər hərbi yardım yoxdur" - Danilov
- Lukaşenko Putinə dəstək olmayanları bununla HƏDƏLƏDİ
- Buçada qətliam törətmiş rusiyalı komandir beynəlxalq axtarışa verildi
- Uşaqlara qoyulan rayon və şəhər adları - SİYAHI
- Dollar yeni həftəyə belə başlayacaq
- Meymun çiçəyinə yoluxan məşhur aktyor: “Bədənimdə 25-dən çox...”
- NATO yeni silahlanma yarışına başlayır
- Səfər Əbiyevin, Nəcməddin Sadıkovun kadrı Valeh Nəcəfovun əməlləri...- ASTARADA NƏ BAŞ VERİR ?
- Bakı sakini 3 kq heroinlə tutuldu
- Bu il 97 uşağa Polad, 37 uşağa Xudayar adı verilib
- Ukraynada müharibədə 339 uşaq ölüb
- Ukrayna Rusiyanın itkilərini AÇIQLADI
- Yaponiyada rekord istilər qeydə alınıb
- Qaribaşvili: “Ukrayna və Moldova namizəd statusunu həvəsləndirici hədiyyə kimi alıb”
- “Qarabağ” yoxlama oyunu keçirəcək
- "Mən də xəyanət etmişəm" - Nadir Qafarzadə
- Elman Nəsirov: “Hər bir hərbçi fərqindədir ki, Vətənə ləyaqətlə xidmət göstərəcəyi təqdirdə mükafatlandırılacaq”
- Nəvəsi tərəfindən qətlə yetirilən Qənirə Mehdixanlı tanınmış şəxs olub
- Azərbaycan Ordusu 104 yaşında
- "Kurtlar vadisi"nin "Tuncay"ı vəfat etdi