Noyabrın 3 dən 4 ə  keçən gecə Gűndəlik bakı qəzeti  və Bakitv.az internet televiziyasının yerləşdiyi ofisə cinayətkar dəstə tərəfindən basqın olub. Cinayətkar dəstə ofisin qapılarını sındırmağa cəhd etsə də alınmayıb, məcbur olub pəncərənin dəmir barmaqlıqlarını xűsusi alətlə kəsərək ofisin binasına daxil olublar.  Əməkdaşımız səhər saat 10 radələrində işə gələrkən redaksiyaya basqın olduğunu görűb və bu barədə DIN-ə məlumat verib. DIN əməkdaşları redaksiyaya gələrək əl izlərini götűrűb və ilkin təhqiqat aparıblar. Ilkin təhqiqat zamanı məlum olub ki, redaksiyadan muəyyən  avadanliqlar, qiymətli əşyalar pul vəsaiti oğurlanıb. Redaksiyanın texniki bazasına ciddi ziyan dəyib.  Televiziya rəhbərliyinin bildirdiyinə görə saytın və televiziyanın son vaxtlar reytinqinin artmasi və dərc olunan ciddi tənqidi araşdırma yazıları hansı qűvvələrinsə  narahatlığına  səbəb olub.  Umid edirik ki, yaxın zamanda  művafiq orqanlar sifarişçi və icraedici  cinayətkarları tapacaq və onlar layiq olduğu cəzanı alacaqlar. Baş redaktor onu da bildirdi ki, kimin hansı addımı atmasına baxmayaraq kimlərinsə təhdidinə, hədə qorxularına redaksiyamıza hətta silahlı hűcum olsa belə Gűndəlik bakını heç bir qűvvə haqq yolundan döndərə bilməz .