“Qaydaların pozulması və bunun acı nəticələri hər kəs üçün dərs olmalıdır” - İlham Əliyev
24-08-2020, 16:35
202

“Qaydaların pozulması və bunun acı nəticələri hər kəs üçün dərs olmalıdır” - İlham Əliyev

“Siz, eyni zamanda, öz davranışınızla insanların hörmətini qazanmalısınız. Təvazökar olmalısınız, həm işdə, həm məişətdə, həm özünüz, həm yaxın qohumlarınız. İnsanları qıcıqlandıra biləcək addımlar atmamalısınız. Özünüzü hamıdan yuxarıda hiss etməməlisiniz”.
Gündəlik Bakı xəbər verir ki, bunu prezident İlham Əliyev yeni təyin olunan icra başçılarını videoformatda qəbul zamanı deyib. Prezident bildirib ki, bəzi hallarda bəzi xırda səviyyəli məmurlar özlərini elə aparırlar ki, sanki bütün dünya bunlara borcludur:
“Özlərini ağa kimi, xan kimi aparırlar, insanlara yuxarıdan aşağı baxırlar. Mən dəfələrlə demişəm ki, Prezident başda olmaqla, bütün dövlət məmurları xalqın xidmətçisidir. Məhz buna görə biz bu vəzifədəyik. Buna görə xalq mənə etibar edib və mən təyin etdiyim bütün kadrlardan bunu tələb edirəm. 
Ancaq əfsuslar olsun ki, bir çox hallarda, bəzi hallarda yox, bir çox hallarda dövlət məmurları özlərini apara bilmirlər. Onlar hesab edirlər ki, onlara hansısa xüsusi imtiyaz verilib. Onlar qanunları pozurlar, bəzi hallarda çox ciddi pozurlar. Cəmiyyətimizdə formalaşmış ənənəvi davranış qaydalarını pozurlar. Özünü xalqdan yuxarıda hiss edirlər, təkəbbürlə yanaşırlar. Ona görə belə hallar mənə məruzə ediləndə dərhal müvafiq göstərişlər verilir və bu insanlar ya inzibati qaydada cəzalandırılır, ya da ki, cinayət məsuliyyətinə cəlb edilir. 
Ona görə rəhbərin təvazökarlığı rəhbərin yaraşığıdır, bu birincisi. İkincisi, rəhbərin mənəvi haqqı olmalıdır ki, öz tabeliyində olan insanlardan nəyisə tələb etsin. Əgər bu mənəvi haqq yoxdursa, nə istəyirsiniz deyin, nə istəyirsiniz edin, sizə nə hörmət, nə də ki, rəğbət olacaq. Ona görə, siz məişətdə də, işdə də nümunə olmalısınız və özünüzü təvazökar aparmalısınız. Bu, bütün məmurlara, ictimai işlərdə çalışan bütün insanlara aiddir. Bizim bu məsələ ilə bağlı siyasətimiz, eyni zamanda, konkret işlərdə də özünü göstərir. 
Hesab edirəm ki, hər kəs artıq bunu özü üçün yəqin edib. Qaydaların pozulması və bunun acı nəticələri hər kəs üçün dərs olmalıdır.
Kadr siyasətində gərək düzgün addımlar atılsın. Bəzi hallarda rəhbərlər özlərinə yaxın olan, özlərinə sadiq saydıqları kadrları önə çəkirlər və o kadrların digər xüsusiyyətləri nəzərə alınmır. İlk növbədə, hansısa məmura yox, dövlətə, Vətənə sədaqətli insanlar önə çəkilməlidir. Müstəqilliyi, müstəqil həyatımızı hər şeydən üstün tutan, vətənpərvər, milli ruhda, milli dəyərlər əsasında tərbiyə alan insanlar önə çəkilməlidir və əlbəttə ki, bu insanların peşəkarlığı da yüksək səviyyədə olmalıdır. Kadr siyasəti məhz bu prinsiplər əsasında qurulmalıdır. Sizin də icra başçıları kimi, işinizin əsas prinsipləri məhz bu olmalıdır - Vətənə, dövlətə sədaqət, peşəkarlıq, şəffaflıq, dürüstlük. Belə olan halda həm vətəndaşlar sizi dəstəkləyəcək, mən də sizin işinizə yüksək qiymət verəcəyəm. Əks təqdirdə, əgər əyri yolla getsəniz, onda qanun qarşısında cavab verəcəksiniz”.

Oxşar xəbərlər

Biləsuvarda özünü ağa kimi aparan məmur kimdir? – Yeni İcra başçısının diqqətinə
Prezidentdən sahibkarlara mane olan məmurlara XƏBƏRDARLIQ
“İnhisarçılığa qarşı çox ciddi mübarizə aparılmalıdır” - Prezident
“Köçkünlər üçün nəzərdə tutulan binada başqa insanlar yaşayır, kim yerləşdirib onları?”
“Siz öz işinizdə həmişə insanlarla bir yerdə olmalısınız" - İlham Əliyev
"Mənə müxtəlif dövlət qurumları fərqli rəqəmlər təqdim edib" - İlham Əliyev
Prezident: "Bütün kəndləri bir-bir gəzib problemləri həll etməlisiniz"
Əflatun Amaşov "toy olayı"ndan danışdı
"Mən vətəndaşlardan minlərlə məktub alıram" - İlham Əliyev
İcra məmurlarına rəqib gəlir - ÖZƏL İCRA XİDMƏTİ
Gəncədə vergi işçisindən ÖZBAŞINALIQ
Prezident İlham Əliyev: "Ölkəmizin uğurlu dayanıqlı iqtisadi inkişafı bundan sonra özəl sektor hesabına təmin edilməlidir"
İlham Əliyev ölkə iqtisadiyyatının vəziyyətindən DANIŞDI
Prezident İlham Əliyev: "Dağlıq Qarabağla bağlı həqiqəti elə kürsülərdən deyirəm ki, bütün dünya eşitsin"
“İcra başçılarının həbsləri vicdanını itirmiş digər məmurlara mesajdır”
“Belə gedərsə, bizim də səhiyyə sistemimiz buna davam gətirə bilməz“ - İlham Əliyev
“Belə gedərsə, bizim də səhiyyə sistemimiz buna davam gətirə bilməz“ - İlham Əliyev
Rüşvətxor və korrupsionerlərin “qara günləri” başlayır
"Vergini verməyən cinayət məsuliyyətinə cəlb edilməlidir" - İlham Əliyev
Nabranda sahibkarlar imdad diləyir- obyektlər buldozerlə uçurulur
Prezident: “İşçilərin ixtisarına yol verilməməlidir”
"Bu qədər vəsait barədə rəqəmi haradan götürürsən!?" - İlham Əliyevdən sərt XƏBƏRDARLIQ
Prezident İlham Əliyev: Bəzi indiki dırnaqarası özünü lider adlandıran qorxaqlardan fərqli olaraq, Heydər Əliyev hər bir təhlükəyə, məhrumiyyətə getməyə hazır idi
Deputatdan Kamran Əliyevin baş prokuror təyin edilməsinə MÜNASİBƏT
“Onlara inzibati deyil, ciddi qanunlar tətbiq edilməlidir” - Sabiq baş nazirdən ÇAĞIRIŞ
Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alır
"Sosial paket vətəndaşları bu böhrandan qoruyacaq" - Prezident
Təhsilə ayrılmış dövlət vəsaiti hara yoxa çıxır
Prezident mükafatına layiq görülən sənətkarlar: “Sevincimizin həddi-hüdudu yoxdur”
Hikmət Babaoğlu: "Azərbaycan mediası Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatları dəstəkləyir"