ABŞ Azərbaycana 1,47 milyon dollar yardım etdi
24-08-2020, 20:01
229

ABŞ Azərbaycana 1,47 milyon dollar yardım etdi

ABŞ hökuməti, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) və Dövlət Departamenti vasitəsi ilə Azərbaycana COVİD-19 pandemiyasının təsirlərinə cavab verməsi üçün əlavə 1,47 milyon dollar yardım edəcək. 
ABŞ-ın Azərbaycandakı səfirliyindən Gündəlik Bakıya verilən məlumata görə, Azərbaycan hökümətinə məsləhət xidmətləri və kiçik və orta kənd təsərrüfatı və aqroturizm müəssisələrinə pandemiyanın yaratdığı çətinliklərin öhdəsindən gəlmək məqsədilə  texniki yardım göstərmək üçün USAID-in Şəxsi Sektor Fəaliyyətinə əlavə 1 milyon dollar ayrılacaqdır. 
Ayrıca, Dövlət Departamentinin ayırdığı məbləğin 471 000 ABŞ dolları, pandemiyadan əziyyət çəkən miqrantlar üçün sığınacaq, qida və tibbi və sosial xidmətlərdən istifadə təmin edəcəkdir. 
ABŞ səfiri Li Litzenberger qeyd etdi ki: “COVID-19 pandemiyası və onun yayılmasına nəzarət səyləri ABŞ-da, Azərbaycanda və dünyada kiçik və orta biznes üçün çətinliklər yaratdı. Amerika xalqının verdiyi bu əlavə maliyyə vəsaiti Azərbaycanda kiçik və orta biznes sahiblərinə və onların işçilərinə böhrandan çıxmaqda və uğur qazanmaqda kömək edəcəkdir. Biz Azərbaycan xalqının bilməsini istəyirik ki, COVID-19 böhranı boyunca və onun təsirlərindən qurtarana qədər biz onların yanında olacayıq”. 
Amerika Birləşmiş Ştatları, COVID-19 pandemiyasının dərhal üzə çıxan və uzunmüddətli səhiyyə və iqtisadi təsirlərinə Azərbaycanın cavab tədbirlərini dəstəkləmək üçün artıq 5 milyon dollardan çox vəsait ayırmşdır. Bu vəsaitlər ölkə daxilində 3 600-dən çox ehtiyacı olan şəxsin ərzaq və gigiyena vasitələri ilə təmin olunmasına; virusun yayılmasının qarşısını almaq və ona cavab verə bilmək üçün lazımi addımlar barədə insanların maarifləndirilməsinə; və yerli xəstəxanaların işinin yaxşılaşdırılmasında kömək etmək üçün Türkiyədən 19 həkimi məsləhətçi olaraq ölkəyə gətirən uğurlu REACT-C19 layihəsinə ayrılmışdır. Birləşmiş Ştatlar Azərbaycanda COVID-19 pandemiyasına cavab tədbirləri üçün Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası, Beynəlxalq Qızıl Xaç Komitəsi, Beynəlxalq Miqrasiya Təşkilatı, Azərbaycan Qızıl Aypara Cəmiyyəti və BMT Uşaq Fonduna (UNİCEF) maliyyə vəsaiti ayırıb. 
COVID-19 virusunun yayılmasından bu yana ABŞ bütün dünyada pandemiya ilə mübarizəyə xüsusi olaraq 20,5 milyard dollar yardım etmişdir. 
USAİD-in COVID-19 pandemiyasına cavab tədbirləri barədə daha çox məlumat əldə etmək üçün //www.usaid.gov/coronavirus-covid-19 keçidindən istifadə edin.  

Oxşar xəbərlər

Əlişir Usmanovun ayırdığı 5 milyon 20 min insan arasında paylandı
Böhran zamanı kiçik biznesə dəstək olan dörd sosial şəbəkə
ÜST-dən Azərbaycana növbəti dəstək
Azərbaycana ağır koronavirus xəstələri üçün oksigen konsentratorları gətirilib
ABŞ-da lentə alınan bu film 2019-cu ilin ən gəlirli ekran əsəri oldu
Vahid Ələkbərovun oğlu ehtiyacı olan ailələrə 10 milyon rubl ayırdı
Alimlər daha 800 milyon insanın qidalandırılmasının yolunu tapıblar
Nazir Çinə səfər edəcək
Bu gün ünvanlı dövlət sosial yardım ödənişləri veriləcək
İqtisadiyyat Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul köçürdü
Pakistanın yeni səfiri bu tarixdə Azərbaycana gələcək
“Azərbaycan xalqı dünyanın ən çox dərman yeyənləri siyahısındadır” – Qubad İbadoğlu
"TikTok"dan ən çox pul qazananlar açıqlandı
Siqaretlərin yeni QİYMƏTLƏRİ - SİYAHI
BMT: Dünya pandemiyadan sonra əvvəlki həyatı gözləməsin
"Azərbaycanda həyata keçirilən sosial dəstək tədbirləri nümunəvi xarakter daşıyır"
Gələn il büdcədən elmə ayrılan xərclər əsaslı şəkildə artırılacaq
İş arxasınca Rusiyaya getmək yolu çətinləşir
Daş 2 milyon dollara satışa çıxarıldı - FOTOLAR
Kasıblara qəpik-quruş, zənginlərə milyardlar
Azərbaycanda aqrar məhsulların qıtlığı yarana bilər - “İdxalın həcmi azalarsa...”
Ünvanlı sosial yardımın alınması qaydası dəyişir
"ABŞ Azərbaycana dəstək verməyə hazırdır" - Li Litzenberger
Xarici borcumuz böhranlı həddən iki dəfə azdır - ekspert danışır
Qələbəsi Teymura 110 min dollar qazandırdı
Azərbaycanda koronavirusa görə atılacaq addımlar - Açıqlandı
BMT: Bəşəriyyəti “İncil miqyaslı” qıtlıq gözləyir
Xocavənddə  ermənilər üçün yeni təcili yardım stansiyası açıldı...-FOTOLAR
Nazirlik 1 milyon manatlıq dərman alır
Mikayıl Cabbarov Dünya Bankının regional direktoru ilə görüşdü