Bakıda polis COVID-19 xəstəsini küçədə yaxaladı
25-08-2020, 10:47
199

Bakıda polis COVID-19 xəstəsini küçədə yaxaladı

Paytaxtın Sabunçu rayonunda Covid-19 infeksiyasına yoluxmuş xəstə müəyyən olunub.  
Bakı şəhər BPİ Mətbuat Xidmətindən Gündəlik Bakıya verilən məlumata görə, Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşları tərəfindən Maştağa qəsəbəsində qəsəbə sakini, 1989-cu il təvəllüdlü Anar Cəfərov vətəndaşların intensiv hərəkət etdiyi istirahət parkında aşkar olunub.  
Covid-19 infeksiyasının daşıyıcısı olan şəxslə profilaktik  söhbətlər aparılıb, onun bu hərəkətlərinin digər şəxslərin həyat və sağlamlığı üçün təhlükə olduğu diqqətinə çatdırılıb, ona digər şəxslərlə təmasda olmaması üçün tövsiyələr verilməklə, müalicəsini davam etdirmək üçün müvafiq ünvana yerləşdirilib. 
Qeyd olunan hərəkətlərdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması halları həyat və sağlamlıq üçün real təhlükə mənbəyidir. Bunu nəzərə alaraq, hər bir şəxs tətbiq olunan qaydalara, sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər şəxsləri qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da buna çağırmalıdır.

Oxşar xəbərlər

Daha bir istirahət mərkəzində karantin qaydaları pozuldu
Bakı polisi nəzarəti gücləndirdi - Xüsusi karantin rejim ilə bağlı (FOTO)
Polis və hərbi qulluqçular Bakı küçələrində nəzarəti gücləndirdi
Karantin qaydalarına​ əməl etməyən restoran və kafelər aşkarlanıb
Maskaya görə sürücünü vuran sərnişin həbs olundu - VİDEO (YENİLƏNİB)
Maskaya görə sürücünü vuran şəxs belə üzr istədi - VİDEO
Bakı polisi karantin qaydalarına görə nəzarəti gücləndirdi
Bakını tərk etmək istəyən koronavirus xəstəsi postda saxlanıldı
Polis maska taxmayanlara qarşı tədbir keçirdi
Azərbaycanda 16 COVID-19 xəstəsi barəsində cinayət işi başlanılıb
Polis məhəllədaxili yerlərdə nəzarəti gücləndirib
Bakıda qızlar arasında kütləvi dava: “Üzr istə” deyə-deyə döydülər
Bakıda marketlərdə reyd keçirilib - Cərimələnənlər var
Məhkəmə Mehdi İbrahimovla bağlı qərar verdi
Karantin qaydalarının pozulmasına görə yeni cərimələr təsdiqləndi - 10 min manata qədər...
Gəncədə karantin rejimini pozan sakinlərə protokol tərtib edilib
Qubada polis reyd keçirdi - Velosipedçilər cərimələndi
Bakıda karantini pozan restoran aşkarlandı,  46 nəfər cərimələndi
Gizli nişan mərasimi keçirmək istəyən şəxslər saxlanılıb
Yasda iştirak edən axund və 20 nəfər cərimələndi
Daha 16 Qazaxıstan vətəndaşı ölkələrinə yola salındı
Şəmkirdə “Aşura” mərasimi keçirmək istəyən şəxslər saxlanıldı
Xızıda 15 nəfər şəxs karantin rejimini pozduğuna görə məsuliyyətə cəlb olundu
Bakı polisi tələbələrin aksiyası ilə bağlı məlumat yaydı
Bakıda birgə reydlər keçirilir
Sərt karantin günlərində azadlığa buraxılmış şəxslər evlərinə necə gedəcək? - AÇIQLAMA
Azərbaycanda din xadimi həbs edildi
Metroda polisə müqavimət göstərən millimizin üzvü imiş - FOTO/VİDEO
Metronun açılmasıyla bağlı qərar verildi, bu tarixdən... - RƏSMİ
Sabahdan məhkəmələrin fəaliyyəti tam bərpa olunur