Nazir müəllimlərdən pul yığan direktoru işdən çıxardı
7-10-2019, 17:30
6 755

Nazir müəllimlərdən pul yığan direktoru işdən çıxardı

Sosial şəbəkələrdə müəllimlər arasında pul bölgüsü aparması ilə bağlı barəsində məlumatlar yayılan Kəlbəcər rayonunun 108 nömrəli tam orta məktəbinin direktoru vəzifəsindən azad edilib.
Təhsil Nazrliyindən Gundelik-Baku.com-a verilən məlumata görə, bir neçə gün öncə Suraxanı rayonunda yerləşən Kəlbəcər rayonu 108 nömrəli tam orta məktəbin direktorunun müəllimlər arasında pul bölgüsü aparması ilə bağlı kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə məlumatlar yayılmışdır.
Oktyabrın 7-də Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva və nazirliyin digər struktur bölmə rəhbərləri məsələnin yerində araşdırılması üçün qeyd olunan təhsil müəssisəsində olublar. Araşdırmanın nəticəsinə əsasən, məktəbin direktoru Bəsti Hüseynova dərhal vəzifəsindən kənarlaşdırılıb.
Məlum olub ki, Kəlbəcər Rayon Təhsil Şöbəsinin 20 iyun 2019-cu il tarixli müraciətinə əsasən, bu təhsil müəssisəsinin yerləşdiyi binanın qəzalı vəziyyətdə olduğu nəzərə alınaraq, yeni məktəbin tikintisi müddətində tədris prosesinin başqa binada aparılmasına icazə verilib. Avqustun 9-da Təhsil Nazirliyi tərəfindən təklif olunan binaya baxış keçirilib və məktəbin həmin binada yerləşdirilməsi razılaşdırılıb. Binanın daşınma və icarə haqqı xərclərinin isə dövlət vəsaiti hesabına maliyyələşdirilməsi barədə qərar qəbul olunub. Buna baxmayaraq məktəbin direktoru Bəsti Hüseynova təhsil müəssisəsinin icarə haqqının ödənilməsi adı ilə müəllimlərdən vəsait toplanılması üçün göstəriş verib. Məsələ ilə bağlı araşdırma davam edir.

Oxşar xəbərlər

Məktəb direktoru və müavinləri cəzalandırıldılar
Məktəb direktorundan qanunsuzluq: məktəbin təmirini müəllimlərə etdirir — Səs yazısı
Məktəbi müəllimlərə təmir etdirən direktorla bağlı ARAŞDIRMA BAŞLADI
Abşeronda müəllimlər günü qeyd edilib
Bakıda 4 məktəb direktoru vəzifəsindən azad edilib
Xaçmazda məktəb sahəsi 380 manata satılıb?
Bakı üzrə yüksək bal toplayan məzunlar - Siyahı
Təhsil naziri intihara cəhd edən şagirdə baş çəkdi - FOTO
Nazir bu məktəbdə baş verənlərdən xəbərdar olmalıdır...
Slovakiyada məktəbə silahlı hücum: Ölənlər var
Bakıda 18 məktəb direktoru işdən çıxarılıb
“Kaspi” Təhsil Mərkəzi bağlanır? - RƏSMİ CAVAB
Tələbələrin köçürülməsinin nəticələri məlum olub
Məktəbəhazırlıq mərhələsi ümumi təhsil pilləsinə daxil edilir
Əli Əsədovdan məktəbəqədər təhsil müəssisələri ilə bağlı QƏRAR
45  və  212 saylı  məktəblərdə nələr  baş verir ?
Atası ilə zibil yığan 10 yaşlı qız fərdi təhsilə cəlb olundu
Bakıda və rayonlarda şagirdlər həftədə neçə dəfə məktəbə gedəcək? - Nazir əmr imzaladı
Bu il birinci sinfə gedəcək şagirdlərin sayı açıqlandı
İntihara cəhd etdiyi deyilən qızın atası danışdı
Azərbaycanda vəzifəli şəxs öz istəyi ilə işdən çıxarıldı
Vüqar Səfərli işdən çıxarıldı (SƏRƏNCAM)
Gəncə təhsilində nələr baş verir? - İDDİA
“Elinanın gündəliyində "ölümümə 52 gün qalıb” yazılmışdı" - Məktəb direktoru
Yuxarı sinif şagirdləri üçün dərs başlayır?
Emin Əmrullayev təhsil naziri oldu - Foto
Azərbaycanda bu şəxslər kommunal xərclərdən azad olundu
Bakıda şagird səkkiz fəndən “iki” aldı...
Türkiyəli nazir Peşə Təhsil Mərkəzində oldu
Nazirlik: Kütləvi tədbirlər qadağan olunduğundan Bilik günü də keçirilməyəcək