Ağdaşlı gənclərin iştirakı ilə onlayn görüş keçirildi - FOTOLAR
25-08-2020, 15:33
152

Ağdaşlı gənclərin iştirakı ilə onlayn görüş keçirildi - FOTOLAR

Ağdaş rayonunda gənclərin nümayəndələri ilə onlayn görüş keçirildi. Görüşü YeniAzərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri, millət vəkili Cavid Osmanov açaraq ölkədə həyata keçirilən gənclər siyasətindən bəhs etdi, Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkə gənclərinə göstərdiyi xüsusi diqqət və qayğının hər zaman yüksək səviyyədə olduğunu və bu siyasətin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd etdi.
Gündəlik Bakı xəbər verir ki, görüş zamanı Cavid Osmanov ölkəmizdə gənclər hər zaman dövlət qayğısının mərkəzində yer aldığını bildirib. Gənclərimiz ölkəmizdə bu sahədə qəbul olunan Dövlət proqramlarının yaratdığı imkanlardan geniş bəhrələnirlər. Bu mühüm və çoxşaxəli proqramlarda vətənpərvərlik, Azərbaycançılıq məfkurəsi, gənclərin beynəlxalq inteqrasiyası və dünyagörüşünün artırılması və sair məsələlər xüsusilə diqqət mərkəzində saxlanılır.
Görüşdə erməni silahlı qüvvələri tərəfindən bu il iyulun 12-də Tovuz istiqamətində törədilən təxribatdan danışan Cavid Osmanov bildirdi ki, bu təxribata Azərbaycan  Ordusu
layiqli cavab verdi. Düşmən tərəf çox böyük canlı və texnika itkisinə məruz qaldı. Azərbaycan tərəfi də itki verdi. Həm şəhidlərimizin dəfnində, eyni zamanda iyulun 14-də axşam saatlarında insanların Bakıda küçələrə axışması şəhidlərimizin ruhuna göstərilən hörmət, eyni zamanda Ali Baş Komnadanımıza və Milli Ordumuza dəstəyin bariz nümunəsi oldu. Həmin aksiya zamanı kiçik qrupun təxribatı isə bağışlanmazdır. Çünki belə bir vətənpərvərlik, orduya dəstək aksiyasının mahiyyətini  dəyişməyə cəhd göstərmək düşmən dəyirmanına su tökmək idi və burada ermənipərəst dairələrin, anti-azərbaycançı mərkəzlərin, onların əlaltısı olan “beşinci kolon”un birbaşa rolu var idi. Bu cür məsələlərdə daha diqqətli olmalı, vəziyyəti daha dərindən analiz etməli və heç bir emosiyaya yol verməməliyik. Sağlam əqidəli gənclər yenə də Ali Baş Komandanımızın yanında olduqlarını bir daha sübut etdilər. İndiyədək 23 milyondan artıq insanın yoluxması, 800 mindən çox insanın ölümünə səbəb olan koronavirus infeksiyasından danışan millət vəkili qeyd etdi ki, COVİD-19 hələ də bəşəriyyəti təhdid etməkdədir.
Virusa qarşı peyvəndin tapılmadığı indiki şəraitdə bu xəstəlikdən qorunmağın yeganə yolu insanlar arasındakı təmasları azaltmaq üçün tətbiq edilən karantin rejiminin qaydalarına ciddi əməl etməkdir. Respublikamızda ilk vaxtdan vəziyyət düzgün dəyərləndirildi, Prezident İlham Əliyevin göstəriş və tapşırıqları ilə koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün ciddi mübarizə tədbirləri görüldü. Prezident İlham Əliyevin koronavirusla mübarizəni xüsusi diqqət mərkəzində saxlaması, Birinci vitse- prezident Mehriban Əliyevanın insanlara müraciəti, sosial təşəbbüsləri göstərir ki, Azərbaycan hakimiyyəti virusa son qoyulması üçün əlindən gələni edir. Görüşdə  pandemiya  ilə  mübarizədə gənclərin xüsusilə fəal rol oynadığı qeyd edildi. Pandemiya dövrünün ən vacib elementinə çevrilən könüllülərin fəaliyyəti sosial müdafiəyə xüsusi ehtiyacı olan insanlara dövlət qayğısının necə gerçəkləşdirildiyini əyani şəkildə göstərdi. Bir daha şahidi olduq ki, könüllülər hərəkatı koronavirusla mübarizədə həkimlərlə, polislərlə, digər mühüm sektorlarda çalışanlarla çiyin-çiyinə duraraq, cəmiyyətimiz üçün nə qədər əhəmiyyətli olduğunu sübut etdi.  
Pandemiya ilə mübarizədə könüllülərin önə keçməsi  gənc  nəsil üçün  böyük  bir təcrübə  məktəbidir. Pandemiya ilə mübarizədə  Azərbaycan gənclərinin  fəal iştirakı dünyada nümunə  sayıla bilər.
Gənclərimiz sosial izolyasiya dövründə dövlətin gördüyü bütün tədbirləri dəstəkləyib və həyata keçirilməsində fəal iştirak ediblər. Gənc könüllülərimiz xüsusilə əhalinin xəstəliklə bağlı maarifləndirilməsində, qayğıya ehtiyacı olan insanlara sosial xidmətlərin yerinə yetirilməsində, hazırlanmış sosial yardım paketlərinin aztəminatlı ailələrə çatdırılmasında iştirak etmiş, “Böyüklərimizi qoruyaq” və “Biz birlikdə güclüyük” şüarları ilə keçirilən aksiyalarda 65 yaşdan yuxarı tənha insanların zəruri ehtiyaclarının qarşılanmasında köməklik göstərmiş, vətəndaşlara tibbi ləvazimatların, gigiyenik və metodiki vasitələrin paylanmasında yaxından iştirak etmişdilər.
Qarşılıqlı diskussiya şəraitində baş tutan görüşdə gəncləri maraqlandıran suallara
Cavid Osmanov tərəfindən cavablar da verildi.
Ağdaşlı gənclərin iştirakı ilə onlayn görüş keçirildi- FOTOLAR

Oxşar xəbərlər

Sahibə Qafarova yüksək bal toplayan abituriyentlərlə görüşdü - Foto
Neftçalada ehtiyata buraxılan gənclərlə görüş keçirildi
Gənclər bu dəfə Mübariz Qurbanlı ilə görüşdü
Ülvi Mehdiyev: ""ASAN Xidmət"də 22 minə yaxın gənc könüllülük məktəbi keçib"
İsmayıllıda müstəqilliyimizin bərpasının 28-ci ildönümü qeyd edildi
Deputat: ""Əsrin müqaviləsi" müstəqil Azərbaycan dövlətinin inkişafında yeni mərhələnin əsasını qoydu"
Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının fəaliyyət perspektivləri müzakirə edilib
Xüsusi karantin rejimini pozaraq, həbs edilənlərlə görüş keçirildi - FOTO/VİDEO
"Azərbaycan qardaşının gücünə güc qatan dövlət olduğunu bir daha nümayiş etdirdi"
Əli Əhmədov: "YAP sıralarında sağlam, vətənpərvər, intellektual gənclər birləşib"
“Prezidentlərin Soçi görüşü mühüm əhəmiyyətə malikdir” - Hikmət Hacıyev
Müdafiə naziri Zakir Həsənov gənclərlə görüşdü
Əhalinin dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunması həyata keçirilən sosial siyasətin mühüm tərkib hissəsidir
"İlham Əliyevin Türkiyəyə dəstəyi qardaşlıq münasibətlərimizin nə qədər möhkəm olduğunu bir daha göstərdi"
Elmar Məmmədyarov türkiyəli həmkarı ilə görüşdü
Komitənin nümayəndə heyəti Nyu-Yorkda
Azərbaycanlı adıyla qeydiyyatdan keçən çoxlu ermənilər var" - Müdafiə naziri
Səfərbərlik və Hərbi Xidməti gəncləri yola saldı
Milli mətbuatın yaranmasından 145 il ötür
ATMU-də 2020-ci ilin abituriyentləri ilə görüş keçirildi
Rövşən Rzayev Sumqayıtda icma üzvləri ilə görüşdü
Dövlət müstəqilliyinin şərəfinə on minlərlə insan meydanda birləşdi!
AFAQ layihəsi çərçivəsində qadın fermerlərə dəstək göstərilir
Tanınmış diplomat Daşqın Şikarov Mehriban Əliyevanı təbrik etdi
Hikmət Babaoğlu: "Azərbaycan mediası Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatları dəstəkləyir"
“Bu gün bütün sahələrdə islahatların nəticələri vətəndaşlar tərəfindən də yüksək qiymətləndirilir”
ABŞ-da skandal görüş – Terrorçuları qəbul etdilər, üstəlik…
İlham Əliyev Mun Hini qəbul etdi
Soçidə Putinlə Ərdoğanın görüşü başladı
Səfər Mehdiyev və müavinləri vətəndaşlarla görüşəcək