Bakıda gecə saatlarında 30-a yaxın ağac ekskavatorla məhv edilib
25-08-2020, 16:18
222

Bakıda gecə saatlarında 30-a yaxın ağac ekskavatorla məhv edilib

Bakı şəhəri, Xətai rayonu Nobel prospekti 189 ünvanında gecə saatlarında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.
Bunu Trend-ə açıqlamasında nazirliyin mətbuat katibi İradə İbrahimova bildirib.
O qeyd edib ki, əraziyə keçirilən baxış zamanı sözügedən ünvanda hasara alınmış 0.2 hektar ərazidə 30-a yaxın ağac və kol bitkisinin gecə saatlarında ekskavatorla məhv edildiyi və 90-JX-379, 99-LJ-581 dövlət qeydiyyat nişanlı yük avtomobilləri vasitəsilə ərazidən daşındığı məlum olub: "Əməkdaşlarımız tərəfindən ərazidə görülən işlər dayandırılıb. Təqsirkarların tapılaraq barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə araşdırmalar davam edir".
İ.İbrahimova yaşıllıqlara qayğı ilə yanaşan və onların mühafizəsinə həssas münasibət göstərərək Nazirliyə məlumat verən ictimaiyyət və media nümayəndələrinə sayıqlıqlarına görə təşəkkür edib.

Oxşar xəbərlər

Bakıda 30-dək ağac və kol bitkisinin məhv edilməsi faktı araşdırıldı
Bakıda ağacların dibləri betonlanıb - Nazirlik işçiləri hadisə yerində - FOTO
Quba və Qusarda ağacları kütləvi olaraq qıran dəstə üzvləri saxlanıldılar
Muxtar Babayev onu sədr təyin etdi - FOTO
Bakıda oğurlanan avtomobilin sahibi: “Elə bil yer yarılıb...” - FOTO
Təbiətə ziyan vuran şirkət 14 min manat cərimələndi
Nazirliklə xəstəxana arasında qalmaqal - FOTO
Qubada cinayətkar dəstənin üzvləri ələ keçdi - FOTO
Bakıda kriminal aləmin 100-ə yaxın nümayəndəsi saxlanılıb
“Neolit”in ərazisində ağacların məhv edilməsi faktı ilə bağlı cinayət işi başlanıb
Dəniz kənarını çirkləndirən bələdiyyə sədri cərimələnib
Bələdiyyə sədri cərimələndi
Şahdağ Milli Parkında 16 ağac kəsilib
Bakıda çoxmərtəbəli yaşayış binasındakı yanğın söndürülüb
Şabranda 9 velosipedçi cərimələndi
Saray bələdiyyəsi 8 min cərimələnə bilər
Nazirlik əhalini ehtiyyatlı olmağa çağırdı: Küləyin maksimal sürəti saniyədə 30-35 metrə çatacaq
Bakıda sakinləri qorxuya salan qəribə hadisə - Polis hərəkətə keçdi
Oğucda meşədə ağac kəsən kişi öldü
Ağstafada 4 ədəd aviabomba tapıldı - Foto
Bakıda qanunsuz fəaliyyət göstərən masaj salonu aşkarlandı - FOTOLAR
Bakıda hasarlanmış ərazidə ağaclar kəsilir - Foto
Sabahdan Bakının girişindəki postlar yığışdırılır - Rəsmi açıqlama
Sabah hava necə olacaq? - PROQNOZ
Bakı və Abşeron iqliminə uyğun hansı ağaclar əkilə bilər?
Daha bir vəzifəli şəxsə cinayət işi AÇILDI
Nazirlik binasında baş verən yanğın söndürüldü (Yenilənib)
Azərbaycanda dəhşət: Ruhi xəstə atasının başını üzdü
Gecə yağış yağacaq, külək əsəcək - HAVA PROQNOZU
Qanunsuz ov edən şəxs saxlanıldı - VİDEO