Kremldən Navalnı açıqlaması
25-08-2020, 20:13
250

Kremldən Navalnı açıqlaması

Kreml avqustun 25-də bəyan edib ki, Aleksey Navalnının xəstələnməsi üzrə dərhal təhqiqat başlatmağa ehtiyac yoxdur və almaniyalı həkimlərin zəhərlənmə sözünü deməyə tələsməsinin səbəbi aydın deyil.
Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə deyib ki, Almaniyadakı klinika Navalnının xəstəliyinə səbəb olan maddəni hələ dəqiq müəyyənləşdirməyib. “Almaniyadakı həmkarlarımızın ‘zəhərlənmə’ sözünü istifadə etməyə belə tələsməsini anlamırıq. Maddə, bunun zəhərlənmə olduğu müəyyənləşsə, onda əlbəttə ki, təhqiqat üçün səbəb yaranar”, – Peskov vurğulayıb.
Moskvanın Tibbi Ekspertiza Bürosunun rəhbəri Sergey Şigeyev isə avqustun 25-d deyib ki, Navalnının zəhərlənməsini iddia etmək üçün Almaniyanın əlində yetərincə dəlil yoxdur. “Xolinesterazanın fəaliyyəti müxtəlif adamlarda, xüsusilə müəyyən xroniki xəstəliklərdən asılı olaraq dəyişir”, – Şigeyev vurğulayıb.
Xatırladaq ki, Almaniya kansleri Angela Merkel və xarici işlər naziri Heyko Maas Rusiya hakimiyyətini müxalifət lideri Aleksey Navalnının zəhərlənməsinin bütün təfərrüatlarını təcili araşdırmağa, günahkarları məsuliyyətə cəlb etməyə çağırıblar.
Merkel və Maas belə bir bəyanatı avqustun 24-də ''Charite '' xəstəxanasının Aleksey Navalnın zəhərlənməsi ilə bağlı yaydığı açıqlamadan sonra veriblər. Beləki, xəstəxananın bazar ertəsi yaydığı açıqlamada Navalnının"xolinesterazanın inhibitorları qrupu"ndan olan toksiki maddənin təsirinə məruz qaldığı deyilir. Açıqlamada deyilir ki, xüsusi maddə hələlik məlum deyil və daha geniş miqyaslı təhlil başlanıb.
Prezident V. Putinin köməkçisi Dmitri Peskov yuxarıda qeyd olunan açıqlamasında Almaniya rəhbərliyinin çağırışına cavb verib.

Oxşar xəbərlər

Peskov: “Navalnının tezliklə sağalmasını arzulayırıq”
Klinika: Navalnının vəziyyəti stabildir
Tramp Navalnının zəhərlənməsi ilə bağlı vəziyyəti şərh edib
Almaniya Navalnının analizlərinin nəticələrini Rusiyaya vermir
Aleksey Navalnı komadan ayılıb
Navalnı komaya girdi
Aİ Aleksey Navalnı ilə bağlı vəziyyətin araşdırılmasını istəyir
Navalnının Almaniyaya aparılması üçün təyyarə yola düşüb
Putinin zəhər kimi siyasəti: Berezovski, Litvinenko, Navalnı... - analitikdən şok detallar
Navalnının orqanizmində ölümcül təhlükəli maddə tapılıb
Dmitri Peskov koronavirusa necə yoluxmasından danışıb
Merkeldən bədbin proqnoz - “Vəziyyət daha da pişləşəcək”
Sərdar Cəlaloğlunu həbsdə olarkən kim zəhərləyib?
Putinin “zəhərli” mədəniyyəti... – Qərb mətbuatı Navalnıya sui-qəsddən nələr yazır?
“Navalnı zəhərlənməyib” - Rəsmi
Rusiya tarixində ilk dəfə prezident əbədi məşəl önünə tək gedəcək
Toyda kütləvi zəhərlənmə - 31 nəfər xəstəxanada
ABŞ 9 500 əsgərini Almaniyadan çıxarır
Azərbaycanda 36 nəfər dərmandan zəhərlənib
Merkel böyük siyasətdən gedir - Özü açıqladı
Rusiya müxalifətinin lideri Navalnı zəhərlənib - Vəziyyəti ağırdır
Merkel: “Pandemiyanın hələ başlanğıcındayıq”
Lavrov Putinin mesajını çatdırdı: Hər zaman yanınızdayıq
“Uzun pandemiya dövrünə hazırlaşmalıyıq”
Putin Avropa liderlərinə Belarusu əldən verməyəcəyini açıq şəkildə bildirib
Putin İrəvana əliboş gəlmir: Nələr olacaq?
“"Belarusa rəhbərlik etməyə hazıram” - Tixanovskaya əhaliyə müraciət etdi
Bu insanlar xərçəng xəstəliyinə meyillidirlər
Almaniyada bütün ticarət mərkəzləri və mağazalar fəaliyyətini bərpa edir
Öz siyasətçilərini öldürən, zəhərləyən dövlət böyük ola bilməz