Azərbaycanda qarğıdalı sahələrinin dərmanlanmasında dronlar işə salındı
25-08-2020, 23:24
224

Azərbaycanda qarğıdalı sahələrinin dərmanlanmasında dronlar işə salındı

Ağcabədi rayonunun Hacılar kəndində təkrar qarğıdalı əkini sahələrinin müasir dronlar vasitəsilə dərmanlanması prosesi həyata keçirilib. 
Bu barədə Gündəlik Bakıya Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, fermer Ümidvar Məmmədovun sahəsində keçirilən dərmanlama prosesini Kənd Təsərrüfatı naziri İnam Kərimov da izləyib. Tədbirdən əvvəl nazir fermerlərlə təkrar qarğıdalı əkininin təşkili, məhsuldarlığın artırılması istiqamətində fikir mübadiləsi aparıb, onların təkliflərini dəyərləndirib. 
Daha sonra Aqrar Elm və İnnovasiya Mərkəzinin xüsusi təlim keçmiş pilotları tərəfindən sahənin dronlarla dərmanlanması prosesinə başlanıb. Sahə zərərvericilərə qarşı mübarizədə istifadə olunan preparatların qarışığından hazırlanmış məhlullarla dərmanlanıb. 
Jurnalistlərə açıqlama verən Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov bildirib ki, Azərbaycanda aqrar sahədə innovasiyaların tətbiqi genişlənir: "Hazırda biz Azərbaycanda ilk dəfə qarğıdalı sahələrində yaşıl qurda qarşı dronlar vasitəsilə havadan dərmanlama aparırıq. Qarğıdalı bitkisinin hazırkı vegetasiya dövründə boy hündürlüyünün yüksək olması dərmanlama prosesinin hansısa texnika və aqreqat vasitəsilə dərmanlanmasına imkan vermir. Dünya praktikasında belə hallarda dərmanlama havadan dronlar vasitəsilə həyata keçirilir. Hazırda biz də Azərbaycanda təkrar qarğıdalı əkini sahələrində bu prosesi gerçəkləşdiririk. Gələcəkdə fermerlərin təsərrüfatlarda müasir innovasiya və texnologiyalardan istifadəsi daha da genişləndiriləcək".
Nazir İnam Kərimov Ağcabədi rayonuna səfəri çərçivəsində Qarabağ Atçılıq Kompleksində, Dənli Bitkilərin Toxum Emalı Zavodunda olub, rayonun Hacıbədəlli kəndində fermerlər İsa Mürşüdov, Hətəm Nağıyev və Qənbər Əliyevin, Pərioğlular kəndində Raquf Qasımovun pambıq sahəsi ilə tanış olub, pambığın vəziyyəti ilə maraqlanıb. Fermerlər dövlət dəstəyinin genişləndirilməsi sayəsində pambıq əkininə marağın daha da artdığını deyiblər. Fermerlər bildirib ki, yeni subsidiya mexanizmi məhsuldarlığı  stimullaşdırır. Bu səbəbdən bu il ölkənin digər bölgələrində olduğu kimi Ağcabədi rayonunda da sahələrdən bol məhsul gözlənilir. Nazir fermerlərin pambıqçılığın inkişafı ilə əlaqədar təkliflərini dinləyib, onlara öz tövsiyələrini verib.
 

Oxşar xəbərlər

AFAQ layihəsi çərçivəsində qadın fermerlərə dəstək göstərilir
İnam Kərimov Fermerlər Şurasını topladı
Azərbaycanla Çin müştərək aqrar-sənaye kompleksi yaradacaq
“Kənddən Şəhərə” ilə əməkdaşlıq edən fermerlərin sayı artır
Azərbaycanda aqrar məhsulların qıtlığı yarana bilər - “İdxalın həcmi azalarsa...”
"Kənd təsərrüfatında gənc kadrlar yetişməlidir" - deputat
Bu il Azərbaycanda ÜDM 50 milyard manatı ötüb
Hava meyvələrin görkəmini dəyişir: Karantin də bahalaşdırır
Ölkə ərazisində 56 min hektar sahədə səpin işi aparılıb
Maliyyə Nazirliyi məlumat yaydı: Ərzaq və su təhlükəsizliyi gücləndirilir
Nazirlik 1 milyon manatlıq dərman alır
Bal yarmarkasında iştirak edən arıçılar təltif olunub
Bu qurumun adı dəyişdirildi
Novruz Məmmədov nazirləri topladı
Azərbaycanda quraqlıq təhlükəsi - Fövqəladə vəziyyət yaranarsa, nə etməli?
Qazaxda Samir Şərifovun rəis işçisi sahibkar çıxdı - ARAŞDIRMA
İlham Əliyev Biləsuvara 455 min manat ayırdı
Rüşvət alan iki vəzifəli şəxs həbs edilib - Rəsmi
Bu il ümumi daxili məhsul istehsalı azalıb
Prezident 700 min ayırdı
Korrupsiyaya yol vermiş şirkət rəhbəri həbs edildi
"Qaçqınkom"un vəzifəli şəxsləri barədə cinayət işi başlandı
Professor oğlu olan universitet müəllimi külli miqdarda dələduzluqda ittiham olunur
Prezidentdən 62 916 nəfəri sevindirəcək SƏRƏNCAM
Anar Kərimov incəsənət xadimləri ilə videogörüş keçirdi
Ağcabədidə narkotik vasitə yetişdirən şəxs saxlanıldı - FOTO
Prezident İlham Əliyev Avstriyanın Nəqliyyat, İnnovasiya və Texnologiya nazirini qəbul edib
Daha bir şirkət rəhbərinin korrupsiya əməlləri İFŞA EDİLDİ
Şəmkirdən KTN-ə qədər uzanan subsidiya maxinasiyası – İnam Kərimovun “sağ əli” həbs olunub?
Yevlax sakininin plantasiyasında külli miqdarda narkotik aşkarlandı