Şair Alxasov Qusar rayonunda qubalı bacılarla nə kimi işbirliyi görür?
25-08-2020, 16:27
549

Şair Alxasov Qusar rayonunda qubalı bacılarla nə kimi işbirliyi görür?

Son zamanlar rayon İcra Hakimiyyəti orqanları ətrafında baş verən hamıya məlum olaylar yerli sakinlərin də gözünü müəyyən qədər açıb. Ayrı-ayrı rayonlardan ölkə başçısına olunan müraciətlərin,şikayətlərin əsas motivi yerli İcra Hakimiyyəti orqanlarının özbaşınalıqlarına son qoyulmasıdır.Belə müraciətlərin əsas mövzusu isə rayon İcra Hakimiyyəti başçılarının insanlara biganə münasibəti,vəzifələrindən sui-istifadə edərək qanuqsuz əməllərə yol vermələri,xalqın,dövlətin malını müxtəlif yollarla talanması təşkil edir.Qeyd edək ki,son vaxtlar bir çox rayon İcra Hakimiyyətinin başçısı barələrində olunan şikayətləri ustalıqla ört-basdır edə bilirlər.

Qusar rayon İcra Hakimiyyətinin başçıs Şair Alxasov da indiyə qədər barəsində olunan şikayətləri ustalıqla gizlədə bilənlərdəndir. Milyonlarla dövlət vəsaitini mənimsəmək hesabına var dövlət sahibi olan digər başçı həmkarlarından heç də geri qalmayan Şair Alxasovun da sözügedən rayonda qanunsuz yollarla əldə etdiyi mal,mülk barədə məlumatlar dolaşmaqdadır.Tikinti biznesindən birbaşa İcra Hakimiyyəti sitemində rəhbərliyə keçmiş Şair Alxasov məlum olduğu kimi artıq on üçüncü ildir ki,Qusar rayonuna başçılıq edir.Bu müddət ərzində rayonu bir biznesmen kimi idarə etmiş Şair Alxasovun yol verdiyi qanunsuzluqların nə qədəri gizlədilib,bizlərə bəlli deyil.Amma son aylarda üzə çıxan bəzi məsələlər Şair Alxasovun da heç də az qanunsuzluqlara yol vermədiyini göstərir.

Aktualinfo.org Qusar rayon İcra Hakimiyyəti tərəfindən elə son bir neçə ayda keçirilmiş tender prosedurlarında yol verilmiş bəzi nöqsanları araşdırıb.Bu ictimai nəzarət artdıqdan sonra tenderlərdə yol verilmiş qanunsuzluqların bir qismidir.İndi təsəvvür edin bir neçə il əvvəl Şair Alxasovun rəhbərlik etdiyi İcra Hakimiyyəti nə qədər belə qanunsuzluqlara yol verib.

Qeyd edək ki,Qusar rayon İcra Hakimiyyəti başçısının aparatı tərəfindən elan olunmuş tender prosedurlarına yekun vurulub və 13.08.2020-ci il tarixdə inventarların satın alınması üzrə 23245 manat,maşın və avadanlıqların satın alınması üzrə 5110 manat dəyərində və minik avtomobillərinə ehtiyyat hissələrinin satın alınması üzrə 6503 manat dəyərində satınalma müqavilələrini “Raul-2018” MMC ilə bağlayıb. Əsaslı təmir işlərinin satın alınması üzrə isə 24567.6 manat dəyərində müqavilə “Aysu-2012″MMC ilə bağlanıb.

İcra Hakimiyyətinin 05.08.2020-ci il tarixdə dəftərxana və təsərrüfat malların satın alınması üzrə 5932.05 manat dəyərində müqavilə də “Raul-2018” MMC ilə bağlanılıb.

07.08.2020-ci il tarixdə şəhər yollarının əsaslı təmiri üzrə 539 097.75 manat dəyərində müqavilə “EVEREST TİKİNTİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanılıb.

Qusar rayon İcra Hakimiyyəti başçısının Qusar şəhər inzibati ərazi üzrə nümayəndəliyinin abadlaşdərma iş və xidmətlər üzrə 588654.33 manat dəyərində müqavilə də “EVEREST TİKİNTİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanılıb.

Qeyd edək ki,Qusar rayon İcra Hakimiyyəti başçısının aparatının qalib elan etdiyi “EVEREST TİKİNTİ” Məhdud Məsuliyyətli Cəmiyyət cəmi bir il yarım olar ki,yaranıb.Cari ilin may ayından başlayaraq respublikanın şimal bölgəsində Siyəzən və Şabran rayonlarında küçə yollarının əsaslı təmiri,abadlıq işlərinin görülməsi,işıqlandırma işləri,mənzil fondunun əsaslı təmiri işləri kimi 8 tenderin qalibi olub.Maraqlıdır cəmi 10 manat nizamnamə kapitalı ilə yaradılmış sözügedən MMC-nin maddi texniki bazası eyni anda bir neçə rayonda müxtəlif işlər görməyə imkan verirmi?Qusar rayon İcra Hakimiyyətinin Tender Komissiyası bu MMC-nin maddi-texniki bazası barədə bizə nə kimi məlumat verə bilər?

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “EVEREST TİKİNTİ” Məhdud Məsuliyyətli Cəmiyyətinin 8 saylı Ərazi Vergilər İdarəsində 11.03.2019-cu il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Beyləqan rayonu,Beyləqan şəhəri, Əzizbəyov ev 28,qanuni təmsilçisinin isə Abdulov Zəfər Yusif oğlunun olduğu göstərilir. Sözügedən MMC-nin iyunun 25 də tutduğu vəzifədən azad edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinin keçmiş rəisi Zəfər Abdulova məxsus oldiğu bildirilir.

Qusar rayon İcra Hakimiyyətinin tenderlərin qalibi elan edərək müqavilələr bağladığı digər MMC-lərə diqqət yetirək.Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “RAUL-2018” Məhdud Məsuliyyətli Cəmiyyətinin 3 saylı Ərazi Vergilər İdarəsində 05.12.2017-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Quba rayonu,Quba şəhəri məhəllə 32/33, qanuni təmsilçisinin isə Tahirova Turanə Arzuman qızının olduğu göstərilir.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AYSU-2012” Məhdud Məsuliyyətli Cəmiyyətinin 3 saylı Ərazi Vergilər İdarəsində 10.05.2012-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Quba rayonu,Quba şəhəri məhəllə 32/33, qanuni təmsilçisinin isə Tahirova Günel Arzuman qızının olduğu göstərilir.

Qeyd edək ki,apardığımız araşdırmalar nətizəsində 1983-cü il təvəllüdlü Tahirova Günel Arzuman qızının qanuni təmsilçisi olduğu “LUAR” Məhdud Məsuliyyətli Cəmiyyəti 19.07.2019-cu ildən 08.08.2019-cu il tarixlərdə Qusar rayon İcra Hakimiyyəti başçısının aparatı tərəfindən elan olunmuş inventarların satın alınması,maşın və avadanlıqların satın alınması,minik avtomobillərin ehtiyyat hissələrinin satın alınması,əsaslı təmiri işlərinin satın alınması üzrə ümumi dəyəri 56 714 manat olan 4 tenderin də qalibi olması məlum oldu.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “LUAR” Məhdud Məsuliyyətli Cəmiyyətinin 3 saylı Ərazi Vergilər İdarəsində 05.12.2017-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Quba rayonu,Quba şəhəri məhəllə 32/33, qanuni təmsilçisinin isə Tahirova Günel Arzuman qızının olduğu göstərilir.

Qusar rayon İcra Hakimiyyətinin daim iş gördüyü Quba rayonundan olun iki bacıya məxsus bu MMC-lər kimlər tərəfindən idarə olunur? İnventarların satın alınması,maşın və avadanlıqların satın alınması,minik avtomobillərin ehtiyyat hissələrinin satın alınması,əsaslı təmiri işlərinin aparılması kimi işləri bu qadınlar necə həyata keçirirlər?Ümumiyyətlə,görəsən bu qadınlar minik avtomobillərinin hər hansı bir ehtiyyat hissəsini tanıyırlarmı? Yoxsa bu Şair Alxasovun iz azdırmaq üçün formal olaraq yaratdığı MMC-lərdir ki,öz adamları tərəfindən idarə olunur.

gundelik-baku.com

Oxşar xəbərlər

Qusarın icra başçısı canını çox istəyirmiş..
İmişlidə kənd sakinləri ilə icra hakimiyyəti arasında nə baş verir?
İcra başçısı əhalinin siyahıyaalınmasıyla bağlı iclas keçirdi
Azərbaycanın ən uzun ömürlü icra başçıları: onlar kimdirlər? - SİYAHI
Kürdəmir icra başçısı Ceyhun Cəfərovun aldığı rüşvətlər açıqlandı
Həbs olunan icra başçılarının taleyi: Onları nə gözləyir?
Başçı ilə müavini Daşkəsəndə yolkəsənlik edir...
“Yerli hakimiyyətlər xalqın iradəsi ilə formalaşmalıdır”
Naftalan icra başçısı çətin durumda - Saxta arayış məsələsinə görə
İcra başçısı məhkəməyə verildi
DTX Vilyam Hacıyevi belə həbs edib - VİDEO
Azərbaycanda yüksək vəzifəli şəxs öz bacanağına vəzifə verdi - FOTO
Azərbaycanda icra başçısı belə tutuldu - ANBAAN VİDEO
Daha altı rayonda vəzifəli şəxslər barəsində cinayət işi başlanıldı
Milli Məclisin yeni şöbəsindən gözləntilər: “Problemlər zamanında həllini tapacaq”
Prezident Səhiyyə Nazirliyinə yeni səlahiyyət verdi - FƏRMAN
İcra hakimiyyəti "1 manatlıq" şirkətə milyonluq tender verdi - İLGİNC
İcra başçısı ilə birgə saxlanılan müavinləri - FOTO
İcra başçısının “yaylaq biznesi” haqda maraqlı məlumatlar
Qusarın icra başçısından şikayət var – Foto
Şəmkirin başçısı bu təfəkkürlə düzələsi deyil...
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
Abıyev 190 minlik" Lexus LX 570"-dən imtina edib “NAZ Lifan” aldı
Gəncə Şəhər İcra Hakimiyyəti həbslərlə bağlı məlumat yaydı
Azərbaycanda görünməmiş “tender müəmmasi” – Şirkət 3 gün sonra niyə imtina etdi?
İcra başçısı karantinə alındı
Elə bil bu adda icra başçısı yoxdur... - Qəzənfər Ağayev rayonu da, özünü də təcrid edib...
Prezident Ənvər Seyidəliyevi vəzifəsindən AZAD ETDİ
Yüz minlərlə manat rüşvətə görə həbs edilən sabiq icra başçısından xəbər var
35854 başlıq qoyun ferması və 300 minlik Range Roveri olan icra başçısı da həbs oluna bilər