Mehdiyevsayağı toy ənənəsi geniş addımlarla irəliləyir: “Sadəcə oturmuşdular”
26-08-2020, 10:09
308

Mehdiyevsayağı toy ənənəsi geniş addımlarla irəliləyir: “Sadəcə oturmuşdular”

AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin qalmaqallı toy mərasimindən sonra yerli saytlar, Penitensiar Xidmətin Xaçmaz şöbəsinin müdiri Azər İbrahimovun karantin rejiminin tələblərini kobud şəkildə pozaraq, ad gününü Gədəbəy rayonunun Slavyanka kəndində yerləşən "Meh" istirahət mərkəzində qeyd etməsi barədə məlumat yaydı. Mediada yayılan məlumatlara görə, ad günü şənliyində, təxminən 150 nəfər iştirak edirdi. Bildirilir ki, ad günü şənliyində ədliyyə generalı Məhərrəm Qafarov, regional xəzinədarlığın rəhbəri Namiq Məmmədov və Gədəbəy rayonunun hüquq mühafizə orqanlarının əməkdaşları da iştirak ediblər.
Xatırlatmaq istərdik ki, ad gününün 150 nəfərin iştirakı ilə keçirilməsi karantin rejiminin kobud şəkildə pozulmasıdır. AYNA bu məlumatın doğru olub-olmadığını öyrənməyə qərar verib.
İstirahət mərkəzin adının çəkilməsini istəməyən əməkdaşı bizimlə söhbətində “Meh”də heç bir ad günü şənliyinin keçirilmədiyini söylədi: “Biz qanunları pozmuruq”.
Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Natiq Nağıyev də bildirib ki, Azər İbrahimov 18 avqust 2020-ci il tarixində “Meh” istirahət mərkəzində ad gününü keçirməyib: “Onun ad günü sentyabr ayındadır. Avqustun 18-də o, sadəcə beş dostu ilə birgə istirahət mərkəzində oturub”.
Maraqlıdır, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, işçisi tərəfindən karantin rejiminin pozulması barədə mediada yayılan məlumatları yoxlamağa borcludurmu? Bu sualı Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrətə ünvanladıq.
“Penitensiar Xidmətin rəhbərliyi, ümumiyyətlə bu məlumatları yoxlamağa borclu deyil. Çünki bu strukturun işçisinin iş vaxtından kənarda nə etməsinin Penitensiar Xidmətin rəhbərliyinə heç bir aidiyyatı yoxdur”, - o bildirdi.
“Yeni nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev isə hesab edir ki, qanun pozuntuları barədə məlumatların hazırlanması ilk növbədə hüquq-mühafizə orqanlarının vəzifəsidir: “Lakin Penitensiar Xidmətin rəhbərliyi işçiləri tərəfindən karantin rejiminin pozulması ilə bağlı məlumatları da yoxlamalıdır”.
Öyrəndik ki, Penitensiar Xidmət artıq bu məlumat üzrə ilkin yoxlama da keçirib. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mehman Sadıxovun sözlərinə görə, yayılan xəbərlər reallığa uyğun deyil: “Bununla əlaqədar olaraq, Penitensiar Xidmət rəsmi açıqlama vermək niyyətindədir”.
Ən azından, Ədliyyə Nazirliyinin rəsmi açıqlamasına qədər Azər İbrahimovun ad günü təşkil edib-etmədiyini təsdiqləmək və ya inkar etmək niyyətində deyilik. Bir şey maraqlıdır, niyə Gədəbəy Rayon İcra Hakimiyyətinin (RİH) əməkdaşları Penitensiar Xidmətin Xaçmaz şöbəsinin müdirinin doğum tarixini dəqiq bilirlər?
Kütləvi informasiya vasitələrində yayımlandıqdan sonra onlar ad günü şənliyinin təfərrüatları ilə maraqlanıblarsa, "18 avqustda o, sadəcə 5 dostu ilə istirahət mərkəzində oturub" ifadəsinə görə RİH-dəkilər bununla dəqiq maraqlanıblar. O zaman RİH-in nümayəndələri niyə bilmirlər, ya da "anlamırlar” ki, Ədliyyə Nazirliyinin bir işçisinin bu addımı karantin rejiminin pozulmasıdır? Axı qanuna görə, istənilən yerdə 5 nəfərdən çox olan qruplara toplaşmaq qadağandır. Amma RİH rəsmisinin sözlərinə görə, həmin gün “Ədliyyə Nazirliyinin əməkdaşı beş dostu ilə birgə oturub”. Deməli, 5+1=6... Faktlar inadkar şeydir.

Oxşar xəbərlər

Gədəbəydə Ramiz Mehdiyev nümunəsi- 150 nəfərlik vəzifəli təmtaraqlı ad gününə yığışıb
Gədəbəydə məmurlar yas mərasimi keçirərək karantini pozdular - Əhali ayrıseçkilikdən narazıdır...
Özünə ad günü şənliyi keçirən Nüşabə Musayeva CƏRİMƏLƏNDİ
Ramiz Mehdiyev ölübmü? - AMEA-dan AÇIQLAMA
Mehdiyevin nəvəsinin toyuna gedən lisey direktoruna TÖHMƏT VERİLDİ
“Bakcell” əməktaşı 180 nəfərin iştirakı ilə qanunsuz toy etdi – Foto, Video.
İsa Həbibbəyli açıqlama yaydı
Düşmən minaatanlarla atəş açdı - Gornaboy, Gədəbəy, Tərtər...
Ermənilər yenidən Tovuzu atəşə tutdu - Nazirlik məlumat yaydı
İsmayıllıda ad günü məclisi təşkil edənlər cərimələndi
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı
Azərbaycanda 4 gün ardıcıl qeyri-iş günü olacaq
Karantin qaydalarını pozaraq ad günü keçirənlər cərimə olunub
Gecə cəbhədə nə baş verib?
Ramiz Mehdiyev maral buynuzu ilə bu xəstəliklərini aradan qaldırırmış - İDDİA
Gecə cəbhədə nə baş verib? - Nazirlik məlumat yaydı
Ehsan Zahidovdan Ramiz Mehdiyevin nəvəsinin toyu ilə bağlı açıqlama
Gülçöhrə Məmmədova toyda olmayıb – Açıqlama
Gizli şəkildə xınayaxdı mərasimi keçirənlər saxlanıldı - FOTO
Karantinə rəğmən kafe işlədən sahibkar həbs edildi
Ramiz Mehdiyevin nəvəsinin qalmaqallı toyundan yeni görüntülər yayıldı - Video
Ermənilər yenidən Tovuzu atəşə tutdu - Nazirlik məlumat yaydı
Gizli fəaliyyət göstərən çayxananın sahibi və 7 müştəri cərimələndi
Balakəndə nişan mərasimi keçirən 8 nəfər saxlanıldı - FOTO
Hadi Rəcəbli nəvəsinə toy etməsindən danışdı: “Burada pis nə var axı?” (VİDEO)
Ramiz Mehdiyev yavaş-yavaş kapitulyasiya edir... - Daha bir bağını satışa çıxardı
Bu ay 10 gün qeyri-iş günü var
Deputat DİN-i tədbir görməyə çağırdı
Azərbaycanın Ombudsmanı fəaliyyətini dondurub
Mehdiyevin nəvəsinin toyunda oynayan Ombudsmanın geyiminin gözqamaşdıran qiyməti