"Paşinyan yenə çərənləyib ki, Ermənistan ərazisi boyunca nəqliyyat dəhlizlərinin açılmasına imkan verməyəcək. O, öz fikrini bununla əsaslandırır ki, üçtərəfli bəyanatda dəhliz ifadəsi yoxdur. Başqa sözlə, üçtərəfli bəyanatın 9-cu bəndində dəhliz ifadəsi işlədilməmişdir. Amma Paşinyan unudur ki, həmin bənddə "maneəsiz hərəkət" ifadəsi yer almışdır ki, bu da nəzarət-buraxılış məntəqəsi olmadan hərəkəti nəzərdə tutur".
Bunu Milli.Az-a açıqlamasında siyasi şərhçi Ceyhun Əhmədli deyib.
O bildirib ki, Zəngəzur dəhlizinin açılması ilk növbədə Ermənistanın öz maraqlarına xidmət edəcək:
"Əgər Zəngəzur ərazisindən Naxçıvan MR ilə Azərbaycanın hərb rayonları arasında nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili nəzərdə tutulubsa, deməli, burada söhbət dəhlizdən gedir. Və həmin yolda Ermənistanın heç bir nəzarət imkanı olmayacaq. Ermənistan yalnız həmin dəhliz üzərində təhlükəsizliyə zəmanət verən ölkədir. Necə ki, üçtərəfli bəyanatın 6-cı maddəsində Azərbaycan Laçın dəhlizi üzərində nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir, eləcə də Ermənistan Zəngəzur dəhlizi üzərindən eyni qaydada təhlükəsizlik zəmanətini vermişdir.
N.Paşinyan iddia edir ki, dəhliz ifadəsi Laçın dəhlizinə münasibətdə işlədilmişdir. Amma o bununla yaddan çıxarır ki, Laçın dəhlizi ifadəsinin yanında maneəsiz hərəkət ifadəsi yoxdur. Digər tərəfdən əgər Ermənistan Laçın dəhlizindən istifadə edirsə, bəs onda Azərbaycan niyə Naxçıvanla əlaqə üçün Ermənistan ərazisindən keçən dəhlizdən istifadə etməsin? Əlbəttə, bu cür linqivistik barrikadalar qurmaq son nəticədə regionda kommunikasiyaların açılmasına maneə törədəcək. Ermənistan söz oyunu oynamaqdansa, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir. Əks halda, proses Ermənistanın ziyanına işləyəcək. Çünki o dəhliz nəyin bahasına olursa-olsun, açılacaq.
Ermənistan hələ başa düşə bilmir ki, regionda Zəngəzur dəhlizinin açılması ilk növbədə Ermənistanın öz maraqlarına xidmət edəcəkdir. Azərbaycan İran vasitəsilə və hava yolları ilə Naxçıvanın blokadadan çıxmasını hələ uzun müddət bundan əvvəl təmin edib. Eyni zamanda Naxçıvanın Türkiyə və İranla sərhədi vardır.
Ermənistana artıq ilkin dərs verilib. Gorus-Qafan yolunun Azərbaycanın Qubadlı rayonundan keçən hissəsində nəzarət-buraxılış məntəqələri qurulub. Ermənistan qeydiyyatında olan nəqliyyat vasitələrindən Azərbaycan qanunlarına uyğun olaraq rüsum toplanılır. Vəziyyətin bu həddə gətirilməsində günahkar Ermənistan özüdür.
Ermənistan əgər Zəngəzur dəhlizinin açılmasına qarşı çıxmaqda davam etsə, Azərbaycan da Laçın yolu ilə bağlı əlavə tədbirlər həyata keçirə bilər".
Azərbaycan Laçın yolu ilə bağlı TƏCİLİ ADDIM ata bilər
24
noyabr
21:38

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Naxçıvanı Azərbaycanla birləşdirəcək dəhliz haqda açıqlama
Paşinyan “Meğri dəhlizi”ndən danışdı – “Məsələ bir qədər fərqlidir”
Naxçıvana iki dəhliz ola bilər - Prezident açıqladı
Zəngəzur yollarında hazırda vəziyyət necədir?
Zəngəzur dəhlizi Azərbaycana nə verəcək?
Ceyhun Bayramov Zəngəzur dəhlizindən DANIŞDI
“Laçın dəhlizində Azərbaycanın sərhəd qoşunları, gömrüyü durmalıdır”
Real vəziyyəti əks etdirən XƏRİTƏ - Ermənilər Zəngəzur dəhlizinin əvəzinə...
İlham Əliyev üçtərəfli bəyanatın detallarını açıqladı - İLK DƏFƏ
Ceyhun Bayramovdan Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
“Paşinyan erməniləri eşşək yerinə qoyub“ - Armen Aşotyan
"Laçın dəhlizi erməni işğalçı qüvvələrindən təmizlənib" - Prezident
“Heç bir “Zəngəzur dəhlizi” olmayacaq” - Paşinyandan şok açıqlama
"Hazırda “Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışırıq" - İlham Əliyev
Paşinyan Azərbaycanla dəmir yolu əlaqəsinin bərpasını elan etdi
“Dəhliz məsələsi heç vaxt müzakirə edilməyəcək” - Rəsmi İrəvan
“Azərbaycan Naxçıvanla, Türkiyə ilə birləşir”
Üçtərəfli bəyanatın imzalanmasından 1 il ötür – “Qalib dövlət Azərbaycandır və şərtləri yalnız Azərbaycan diqtə edir”
Paşinyan Zəngəzurun rəhbərlərini topladı: Sərhədlərin delimitasiyasından danışdı
Ermənistan bugünədək axıtdığı qanların cəzasını çəkdi - Bahçeli
ERMƏNİSTANA “YENİ NƏFƏS” VERMƏK CƏHDİ – Paşinyan 10 noyabr bəyanatını “kağız” adlandırır, Sarqsyan “dəhliz olmayacaq” deyir
Ermənilərin Mehri iddialarına faktlarla cavab
Azərbaycan və Türkiyə arasında yeni müqavilələr imzalanacaq - ŞƏRH
İlham Əliyev Zəngəzur dəhlizindən danışdı: “Çox fəal çalışırıq”
Ermənistan öz sərhədlərinə qayıdır - Əks halda müharibə başlayacaq
Sahibə Qafarova Zəngəzur dəhlizindən DANIŞDI
"Bu, Ermənistanın növbəti uğursuz cəhdidir" - Azərbaycan XİN
Ermənistanın xaricə çıxış yollarının ikisi də təhlükədədir - Zəngəzur dəhlizi həyati əhəmiyyət daşımağa başlayır...
Prosesin gedişi sülh müqaviləsinin imzalanacağını deməyə əsas verir (ŞƏRH)
Laçın dəhlizində 15 erməni əsgəri əsir götürüldü
- Tokayev Aİ-yə Qazaxıstan neftini almağı təklif edib
- “Qarabağ“lı Rüstəm Əhmədzadə “Zirə“yə keçdi
- Roza: “Məni çox adam istəyə bilər, hələ cavanam“
- “2018-ci ilin hadisələrinə hüquqi qiymət verilməlidir“ - Erməni deputat
- Türk ordusu daha 9 terrorçunu zərərsizləşdirdi
- "Rusiyanın ölü və yaralı hərbçilərinin sayı 115 minə çatıb" - Podolyak
- BMqT: "Müharibə başlayandan 12 minədək azərbaycanlı Ukraynadan təxliyə olunub"
- Bir avro 64 rubla çatdı
- Dolların məzənnəsi sabit qaldı
- Məşhur film ulduzu Ukraynadakı müharibədə ağır yaralandı
- İrəvanda Baş Prokurorluğun qarşısında etiraz aksiyası keçirilir - VİDEO
- Ali təhsilin ACINACAQLI VİLAYƏTİ... - İTTİHAM VAR!
- Azərbaycan nefti bahalaşdı
- Azərbaycanda ən yüksək balı onlar topladı - Fotolar
- Kuleba iranlı həmkarını Ukraynaya dəvət etdi
- Şirvanda mikroavtobusdan 10 min manat oğurlandı
- Misirdə akula turist qadını parçaladı - Video
- “Avtodetal”ın sahibi Əfqan Abdullayev həbs olundu… - Şirkətin bütün işçiləri məsuliyyətə cəlb oluna bilər...
- Mərhum müğənninin xatirə abidəsi qarət olundu
- Hacıqabulun 24 yaşlı sakini özünü güllələdi
- Mərdəkanda qadın evdən 10 min avro oğurladı
- AZAL-ın ölçüyəgəlməz İŞTAHASI... - BELƏ HARA GEDİRİK?
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb Ətraflı
- Bazar günü hava necə olacaq?