İmişli rayon sakini fəryad edir...- Rayon icra hakimiyyətinin başçısı müharibə iştirakçısını niyə süründürür?
24-11-2021, 17:26
132

İmişli rayon sakini fəryad edir...- Rayon icra hakimiyyətinin başçısı müharibə iştirakçısını niyə süründürür?

İmişli icra hakimiyyəti isə deyir ki,  vəsaitimiz yoxdur...


İmişli rayonu, Qaradonlu  kənd sakini  Mirzəyev  Faiq Qurban oğlu  dövlət qurumlarına müraciət edərək kömək istəyir. 
Faiq  Mirzəyev  öz müraciətində bildirir ki, 2 il sovet ordusunda hərbi qulluq etmişəm: “ 1993-cü ildə  Ulu Öndər Heydər  Əliyevin  elan etdiyi səfərbərliyə könüllü qoşularaq  döyüşlərdə iştirak etdim. 1993-96-cı illərdə Milli Orduda qulluq etmişəm və  1996-cı ildə ordudan tərxis olunmuşam. Qarabağ veteranıyam və dövlətdən  80 manat veteran pulu alıram”. 
Müraciətin davamında Qarabağ veteranı qeyd edir ki, imkansız olduğum üçün qohum-əqrəbanın köməyi ilə ailəm üçün  ev tikdim: 
“Ancaq baş verən yanğın nəticəsində evim yanıb kül oldu. 
Hazırda yaşamağa yerim yoxdur, bir balaca daxmada  gecələyirik”. 
Qarabağ veteranı  Faiq  Mirzəyev  iki övlad atasıdır. Onun oğlu hərbi xidmətini başa vursa da, ötən il  2-ci Qarabağ müharibəsində iştirak edib və göstərdiyi igidliyə görə,  4 medalla təltif olunub  və hazırda Gəncədə kollecdə təhsil alır. 
Qarabağ qazisi Faiq Mirzəyev müraciətinin davamında qeyd edir ki, oğlum tələbədir, ona kömək etməyə imkanım  yoxdur, özüm də işsizəm, ayda dövlətdən 80 manat veteran pulu alıram. 
Bütün bunlar azmış kimi Qarabağ qazisinin evi yanıb və kömək edən yoxdur. 
Faiq Mirzəyev qeyd edir ki, dəfələrlərlə İmişli Rayon İcra Hakimiyyətinə müraciət etsəm də kömək etmirlər, deyirlər bizim vəsaitimiz yoxdur. 
Ata-oğul, yəni 2  Qarabağ qazisi  hazırda bir uçuq-sökük, heç bir şəraiti olmayan  daxmada yaşayırlar. 
Qarabağ qaziləri  ata-oğul dövlət qurumlarından kömək istəyir. 
Redaksiyadan: İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevdən soruşuruq ki, o boyda rayonun imkanı yoxdur ki, iki Qarabağ qazisinin bir evini təmir etsinlər ?



Oxşar xəbərlər

Ata-oğul Qarabağ qazilərinin evi yanıb, daxmada gecələyirlər…- İMİŞLİNİN İCRA BAŞÇISI HARA BAXIR ?
Qarabağ qazisi veteran statusu ala bilmir - ŞİKAYƏT
"İcra başçısına yaxınlaşmaq olmur..." - İmişlidən ŞİKAYƏT
Həbs edilən icra başçısının oğlu bu rayona müstəntiq təyin edildi
Bura səhiyyə ocağı deyil, əsl bazardır... - GİLEY
“İmişli-Quşçuluq” MMC özünü müflis elan edir
"İcra başçısı gəldi, şəkil çəkdirib getdi, vəssəlam, heç kim maraqlanmır" - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR
Azərbaycanda bu məşhur broyler müəssisəsi iflas etdi
Şuşa fatehi Hikmət Mirzəyevin doğum günüdür
"Yardımlı rayonuna yardım edin, bizi Mirzəyev klanından qurtarın..." - Sakinlər müraciət etdi...
Daxili Qoşunların Şuşada şəhid olan çavuşu
1-ci Qarabağ Savaşının veteranlarından müraciət - GİLEY
Deputat Qarabağ Qazisinə vəd versə də... - İndi ortalıqda görünmür...
İmişlidə başçı dəyişsə də, tender oyunbazlığı davam edir... - FAKT
“Bir dəfə getdim işdə olmadı, amma ondan sonra qapımı açan olmayıb...” - İmişlinin ica başçısının diqqətinə
Qarabağ qazisi ona ayrılan müavinətin ödənilmədiyini söyləyir - GİLEY
"İcra hakimiyyəti vəziyyətimdən xəbərdardır" - GİLEY
Lerikdə məktəb direktorunun özbaşınalığı - Xadimədən 4000 manat məbləğində rüşvət istəyib?
Keçmiş başçının oğlu icra hakimiyyətində birinci müavin oldu - Neftçalada
Qanunsuz balıq ovlayanlar 13 min cərimələndi
İmişlidə yük maşınları toqquşdu: Ölən var
İmişlidə kənd sakinləri ilə icra hakimiyyəti arasında nə baş verir?
Göyçay icra başçısı sakini belə aldatdı - İTTİHAM
Siraqəddin Cabbarov Qazi ailəsi ilə maraqlanmır - Elvin Babayev maaşını da ala bilməyib
“Bir mayor və iki erməni əsgərini öldürmüşəm” Qazimizdən ölkə başçısına müraciət + VİDEO
28 yaşlı gəncin güllələnməsi ilə bağlı cinayət işi başlandı: Saxlanılan var - YENİLƏNİB
Vilyam Hacıyevə rüşvət verən şəxs necə oldu təkrar vəzifəyə qaytarıldı... - İLGİNC FAKT
İmişlidə büdrəyən səfərbərliyimiz... - İTTİHAM
“İcra nümayəndəsi deyir ki, sənə yardım düşmür” - Qazi diqqətsizlikdən fəryad edir
Cəlilabad rayon icra hakimiyyətində məmur özbaşınalığı davam edir