Dövlət qurumlarından balıq tutanlara xəbərdarlıq
26-08-2020, 11:14
165

Dövlət qurumlarından balıq tutanlara xəbərdarlıq

Balıqların kürüləmə dövrü ilə əlaqədar 1 may 2020-ci il tarixindən balıq ovuna tətbiq edilən moratoriumun müddəti sentyabr ayının 1-də bitir.
Gündəlik Bakı xəbər verir ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Su Nəqliyyatında Polis İdarəsinin birgə yaydığı məlumata görə,
balıq ovu ilə məşğul olmaq istəyən vətəndaşların nəzərinə çatdırır ki, balıq ovlayarkən yalnız qanunvericiliklə qadağan olunmayan ov alətlərindən istifadə etməlidirlər.
Ov zamanı zəhərli, kimyəvi və partlayıcı maddələrdən, eyni zamanda qanunla ölkədə dövriyyəsi qadağan olunmuş sintetik tor, elektrik cərəyanı, itiuclu qarmaq və digər alətlərdən istifadə edən şəxslər Su Nəqliyyatında Polis İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb ediləcəklər. Balıq və digər su bioresurslarının ov qaydalarının pozulmasına, o cümlədən qanunsuz tutulmasına görə təqsirkar şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Sənaye balıq ovu məşğul olmaq istəyən şəxslər 5 saylı “ASAN” Xidmət Mərkəzinə müraciət edərək müvafiq icazə sənədini əldə etməlidir. Üzən vasitələr müvafiq qaydada qeydiyyatdan keçirilməli, ovlanmış balıq və digər su bioresursları barədə məlumatları əks etdirən vətəgə jurnalında gündəlik balıq ovu barədə qeydiyyat aparılmalıdır.

Oxşar xəbərlər

Su Polisindən daha bir uğurlu əməliyyat - VİDEO
Qanunsuz balıq ovlayan şəxslər cəzalandırıldılar
Su Nəqliyyatında Polis İdarəsi: Möhürü vurulmadan dənizə çıxan balıqçılar sahilə qayıdanda cərimələnir
“Qızılağac”da qanunsuz quş ovlayan şəxslər saxlanıldı - VİDEO
Ölkədə balıq ehtiyatları azalıb
Narkotiklə tutulanların arasında işləməyən və oxumayanlar daha çoxdur
Quba və Qusarda ağacları kütləvi olaraq qıran dəstə üzvləri saxlanıldılar
DTX-nin həbs etdiyi general Əfqan Nağıyev buraxıldı
Qanunsuz ov edənlər cəzalandırıldı
Baş Nazir karantin rejimi ilə bağlı qərarda dəyişiklik etdi
DTX generalı belə saxlayıb - VİDEO
Bu sürücülər 400 manat cərimələnəcək
Mingəçevirdə civə satışı ilə məşğul olan şəxs tutulub - FOTO
Bakıda quldurlar taksi sürücüsünə hücum etdi
2923 sürücü məsuliyyətə cəlb edilib
Azərbaycanda 16 COVID-19 xəstəsi barəsində cinayət işi başlanılıb
Rusiyada həbsdə olan 2 nəfər Azərbaycana ekstradisiya olundu
Bakıya narkotik vasitə gətirmək istəyən şəxslər tutuldu - FOTO/VİDEO
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
Azərbaycanda təhlükəli terrorçu ilə bağlı yeni xəbər
Azərbaycanın məşhur balıq məhsulları şirkəti müflis elan edilir
Karantin qaydalarının pozulmasına görə yeni cərimələr təsdiqləndi - 10 min manata qədər...
2000-ə yaxın şəxs cərimələnib - Qadağan olunmuş yerlərdə siqaret çəkən və...
Bu müəssisələrlə bağlı cinayət işi başlandı - Rəsmi
Azərbaycanla Türkiyə arasında viza sazişi qüvvəyə mindi
Eldar Həsənov apellyasiya şikayəti verib
Rüşvətlə tutulan məmurun rəisi Ramiz Mehdiyevin qardaşı oğludur
Xüsusi karantin rejiminin pozulması ilə əlaqədar 16 nəfər həbs edilib
"Qaydalara biganəlik – həyatımıza təhlükədir!" - FHN çimərlikdən istifadə qaydalarını açıqladı
DGK-dan həbs olunan şöbə rəisi ilə bağlı RƏSMİ AÇIQLAMA