“Soçi görüşünə ümid daha böyükdür, Brüsseldə isə...” - MÜSAHİBƏ
25-11-2021, 14:09
90

“Soçi görüşünə ümid daha böyükdür, Brüsseldə isə...” - MÜSAHİBƏ

Milli Məclisin deputatı Elman Nəsirovun Sfera.az-a müsahibəsi:


- Elman müəllim, noyabrın 26-da Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli görüş keçiriləcək. Gözləntiləriniz nədir?

- Əvvəla onu deyim ki, Soçi görüşü postmünaqişə dövrünün həllini gözləyən məsələlərinə həsr olunub və müsbət nəticələr gözlənilir. Görüşün ilk diqət çəkən məqamı Avropa İttifaqının təşəbbüsü ilə dekabrın 15-də Azərbaycan və Ermənistan siyasi liderlərinin görüşündən öncə keçirlməsidir. Bu görüşün keçiriləcəyi bəlli idi. İndi isə məlum olur ki, noyabrın 26-da Azərbaycan və Ermənistan siyasi liderləri Rusiya prezidentinin təşəbbüsü ilə Soçidə bir araya gələcəklər. İki görüşü müqayisə etsək, Soçi ilə Brüssel görüşünün ən böyük fərqi ondadır ki, Soçi görüşü yalnız postmünaqişə dövrünün həllini gözləyən məsələlərə həsr olunub və nəticələr gözlənilir. Brussel görüşü isə Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramında baş tutan sammitdə olacaq.

 
- Brussel görüşünün Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramında baş tutan sammitdə olması nəyi dəyişir ki?

- Fərq göz qabağındadır. Avropa İttifaqı da Azərbaycan və Ermənistan siyasi liderlərinin Brusseldə olması və sammitə qatılması imkanından faydalanmaq istəyir. Nəzərə alsaq ki, Rusiya prezidentinin vasitəsilə iki dəfə belə görüş keçirilib və bu sayca 3-cü görüşdür. Hər iki görüşdə də nəticələr olub. Həm 10 noyabr 2020-ci il, həm də 11 yanvar 2021-ci il bəyannamələri imzalanıb. Həmin sənədlərin icrası istiqamətində proseslər gedir. Bəli, müəyyən qüsurlar və nöqsanlar da var. Prinsip etibarilə, sənədlər imzalanıb və onlar icra olunur. Amma Brüssel görüşündə hesab edirəm ki, daha çox etimad mühitinin yaranması ilə bağlı məsələlər müzakirə olunacaq.
 

- Ekspertlər nədənsə Brüssel görüşündən fərqli olaraq Soçi görüşünə daha pozitiv yanaşır...
 

- Bilirsiniz, 2019-cu ildə Brusseldə Azərbaycan və Ermənistan liderlərinin ilk dəfə debatı keçirildi. Nəticə etibarilə belə görüşlər bu münaqişənin həllinə gətirib çıxarmadı. Ona görə mən də hesab edirəm ki, Soçi görüşünə ümid daha böyükdür. Digər tərəfdən, Ermənistan baş nazirinin son bəyanatları fonunda da bunu söyləmək olar.
 

Ermənistan baş naziri etiraf edib ki, əməkdaşlığın alternativi yoxdur və əməkdaşlıqolmalıdır, dəhlizlər açılmalıdır. Düzdür, o Zəngəzur dəhlizi ifadəsindən yayınır, ondan qaçır. Ancaq Zəngəzur dəhlizinin açılması labüddür. Çünki bu, Ermənistanın özü üçün hava, su kimi lazımdır.
 

- Elman müəllim, Paşinyan sanki Zəngəzur dəhlizinin açılmasından deyil, bu ifadəni dilə gətirməkdən ehtiyatlanır. Sizcə, bunun səbəbi nədir?
 

- Paşinyan əleyhdarları hazırda onu növbəti kapitulyasiya sənədinə imza atmaqda ittiham edir. Müxalifətin hazırda başlıca arqumenti "Paşinyan Qərbi Zəngəzuru Azərbaycana təhvil vermək istəyir” fikridir. Guya Azərbaycan Zəngəzur dəhlizindən keçidi təmin etməklə həm də Qərbi Zəngəzuru ələ keçirəcək.
Ermənistan müxalifəti bu gün bu kimi məsələlərlə manipulyasiya edərək Paşinyana təzyiq göstərir. Ona görə də Paşinyan indi Zəngəzur dəhlizi ifadəsindən qaçır. Amma alternativ yoxdur. Zəngəzur dəhlizi mütləq işə düşməlidir!

-  Qeyd etdiniz ki, Zəngəzur dəhlizi mütləq işə düşməlidir. Ermənistanın Baş naziri Nikol Paşinyan isə öz "Facebook" səhifəsində canlı yayımda bildirib ki, 3 tərəfli görüşdə imzalanacaq sənəd delimitasiya və demarkasiyaya başlamaq üçün komissiyanın yaradılması ilə bağlı olacaq. Belə çıxır ki, bu sənəd sadəcə sərhədin delimitasiya və demarkasiyası ilə bağlı olacaq?

- Delimitasiya və demarkasiya həlledici məsələlər sırasındadır. Bu istiqamətdə razılaşma əldə edilmədən digər mühüm məsələlər, xüsusilə də böyük sülh sazişinin imzalanması qeyri-mümkündür. Ona görə də Paşinyan belə ifadələr işlədir. Paşinyan bilir ki, delimitasiya və demarkasiyanı etmək lazımdır. Bunsuz mümkün deyil. Amma eyni zamanda deyir ki, "elə fikir formalaşmasın ki, bizim artıq bu məsələlərlə bağlı konkret nəticəmiz var və onu imzalayacağıq, yox. Biz bu danışıqların gedişatında sadəcə bir komissiyanın yaradılması ilə bağlı razılaşma əldə edə bilərik. O komissiya ki iki dövlətin sərhədlərinin delimitasiya və demarkasiya məsələsini həll etsin.
 

Amma istənilən halda Paşinyan gec-tez 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il sənədlərini icra etməyə məcburdur. Onların bir çoxu da icra olunur. Qarşıda da əsas mühüm məsələlər Zəngəzur dəhlizi, sərhədlərin müəyyən edilməsi, minalanmış ərazilərin dəqiq döyüş xəritələrinin Azərbaycana verilməsi və etimad mühitinin iki dövlət arasında formalaşması ilə bağlıdır. Xüsusilə də müdafiə nazirləri arasında birbaşa əlaqələrin yaradılması ilə bağlı artıq razılaşma əldə edilib. Gələcəkdə digər nazirliklər arasında da müvafiq təmasların qurulması prosesi gedə bilər. Bütün bunlar isə özlüyündə sülh sazişi imzalamaq üçün münbit şəraiti təmin etmiş olar.

Oxşar xəbərlər

İlham Əliyevlə Paşinyanın görüşü ilə bağlı RƏSMİ AÇIQLAMA
Putin-Əliyev-Paşinyan görüşü ilə bağlı sensasion İDDİA - BU TARİXDƏ KEÇİRİLƏCƏK
Soçidə Putinlə Ərdoğanın görüşü başladı
Ərdoğanla Putinin görüşü gözlənilir
Çavuşoğlu bu gün Soçidə Lavrovla Qarabağı müzakirə edəcək
Tixanovskaya Putinə müraciət etdi
İlham Əliyevlə Paşinyan Moskvada görüşə bilər - KİV anons etdi
Azərbaycan və Rusiyanın dini liderləri arasında görüş başladı
Brüsseldə razılaşma olsa, yekun qərar Moskvada veriləcək - Açıqlama
XİN rəhbərlərinin Moskva görüşü başa çatdı - YENİLƏNİB
İlham Əliyev Moskvada səfərdədir
“Prezidentlərin Soçi görüşü mühüm əhəmiyyətə malikdir” - Hikmət Hacıyev
Azərbaycan, Ermənistan və Rusiya Baş nazir müavinlərinin görüşü gözlənilir
Paşinyan və ailəsi niyə dincəlmək üçün Soçiyə gedir?
Ərdoğanın Rusiyaya səfəri başladı - YENİLƏNİB
Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin görüşü başladı
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Cenevrədəki görüşü sabah baş tutacaq
Bir gediş qaldı... Sülh sazişinə
Brüssel masasında 3 məsələ: İlk görüşdə sülh olacaqmı?
Azərbaycan və Ermənistan təhlükəsizlik xidmətləri rəhbərlərinin görüşü keçiriləcək?
Avqust ayında Türkmənistan-Azərbaycan-Türkiyə zirvə görüşü keçiriləcək
Ərdoğan və Makronun görüşü başladı
İlham Əliyev və Paşinyan görüşəcək - Tarix açıqlandı
Paşinyan Putinlə görüşü yüksək qiymətləndirdi
Prezident Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul etdi
Moskvada Azərbaycan və Ermənistan arasında iki yeni sənəd İMZALANACAQ
NATO ölkələri Xarici İşlər nazirlərinin görüşü keçiriləcək
Azərbaycan və İran prezidentləri Aşqabadda görüşə bilər
Nazirlərin görüşünün vaxtı BİLİNDİ
NATO-nun zirvə görüşü başladı