Görüş yerini dəyişmək olarmış - nəzərlər Şimala yönəlib...
25-11-2021, 14:17
89

Görüş yerini dəyişmək olarmış - nəzərlər Şimala yönəlib...

Soçi görüşü ilə Brüssel görüşünün fərqi olduğu kimi, nəticələri də fərqli olacaq

Rusiya prezidenti Vladimir Putin Avropa İttifaqının görüş təşəbbüsünü önlədi və təşəbbüsü əldən vermədi. Beləliklə, Putin-Əliyev-Paşinyan görüşü noyabrın 26-da Soçi şəhərində keçiriləcək. Bu haqda Kreml məlumat yayıb. Danışıqlar Putinin təşəbbüsü ilə baş tutacaq. Üç ölkə liderinin 9 noyabr 2020-ci və 11 yanvar 2021-ci il tarixli razılaşmalarının reallaşmasının gedişinin nəzərdən keçirilməsi, həmçinin regionda sabitliyin möhkəmləndirilməsi və dinc həyatın qurulması istiqamətində gələcək addımların müəyyənləşdirilməsi planlaşdırılır. Ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və inkişafı məsələlərinə xüsusi diqqət yetiriləcək.
Həmçinin Putinin Əliyev və Paşinyanla ayrı-ayrı söhbətləri nəzərdə tutulub, mətbuat xidməti bildirib. Xatırladaq ki, belə görüş noyabrın 9-da planlaşdırılmışdı. Amma son anda Nikol Paşinyan görüşdən imtina edib.
Bəs Brüsseldə dekabrın 15-də planlaşdırılan görüşün aktuallığı qalırmı Soçi təmasından sonra?
Daha bir sual: Soçidə nələr razılaşdırılacaq? Hansı qərarlar veriləcək? Sülh sazişi imzalanacaq, yoxsa o istiqamətdə yeni addımlar atılacaq?
Paşinyan noyabrın 23-də onlayn mətbuat konfransı zamanı bəzi məsələlərə aydınlıq gətirib. Deyib ki, onun ölkəsi onilliklərdir ki, təcrid olunmuş vəziyyətdədir. Avropa, Rusiya və İranla dəmir yolu Ermənistan üçün böyük üstünlük olacaq. O bildirib ki, bunun İrəvan üçün sərfəli olmadığı barədə iddialar absurddur. 
Canlı yayın zamanı Ermənistanın baş naziri həmçinin noyabrın 26-da Soçidə keçiriləcək görüşdən də danışıb: “Görüşlərdə sərhədlərin delimitasiya və demarkasiya prosesinin haradan və necə başlanacağı ilə bağlı məsələlər müzakirə olunacaq”.
Bizim mövqeyimiz necədir? Nələrlə gedirik Soçiyə? 
Elman Nəsirov: “Erməni əsgəri daha əyilə-əyilə gəzmir, indi iməkləyir” »  Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və  müsahibələrin tək ünvanı
Elman Nəsirov 
Deputat Elman Nəsirov “Yeni Müsavat”a bildirdi ki, dekabrın 15-də Brüsseldə keçiriləcək görüşlə 26 noyabrda Soçidə keçiriləcək görüş arasında ciddi fərq var: “Birinci fərq onunla bağlıdır ki, Avropa İttifaqı heç də Azərbaycan Prezidenti və Ermənistan baş nazirini Brüsselə məhz postmünaqişə dövrünün həllini gözləyən məsələləri müzakirə etmək üçün dəvət etməyib. Avropa İttifaqının ”Şərq tərəfdaşlığı proqramı" sammiti keçiriləcək və həmin sammitə Azərbaycan və Ermənistan rəhbərləri dəvətlidir. Düşünüblər ki, hər iki dövlətin rəhbəri bir halda ki, Brüsselə gəliblər, onların görüşünü təşkil etmək lazımdır. Yəni birinci əhəmiyyətli məsələ “Şərq tərəfdaşlığı Proqramı” sammitidir. Amma Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Soçidə keçiriləcək görüşdə ikinci bir məsələ müzakirə olunmur, başqa hansısa sammit, tədbir nəzərdə tutulmur, İlham Əliyev və Nikol Paşinyan Soçiyə hansısa sammitdə iştirak üçün dəvət edilməyiblər. Soçidə müzakirə olunacaq yeganə məsələ postmünaqişə dövrünün məsələləri ilə bağlıdır. O nöqteyi-nəzərdən fərq göz qabağındadır.
Məsələnin digər tərəfi isə odur ki, Avropa İttifaqı Qarabağ münaqişəsinin həllinə bir töhfə verməyib. Azərbaycan dövlətinin prinsipial mövqeyi ondan ibarətdir ki, hansı tərəf münaqişənin həlli prosesinə bu və ya digər yardımçı ola bilirsə, yardımçı olmaq niyyətini ortaya qoyursa ondan imtina edilməsin. Avropa İttifaqı belə bir təşəbbüs ilə çıxış eləyib, çox gözəl. Əgər bu, mövqelərin yaxınlaşmasına xidmət edəcəksə, çox əla. Ona görə də Azərbaycan tərəfi bu görüşə razılıq verilib. Amma hesab edirəm ki, əsas həlledici məsələlər Soçi görüşündə həllini tapa bilər. Çünki Rusiyanın Ermənistana təsir rıçaqları çox genişdir. Rusiya həm bu prosesin birbaşa iştirakçısıdır, həm də iki dəfə bu cür görüşün keçirilməsi təşəbbüsünün müəllifidir və bu görüşlərin də nəticəsi olub. Yəni 10 noyabr sənədi və 11 yanvar sənədi imzalanıb. Bu dəfə üçüncü bir sənədin imzalanması ehtimalı artmış olar.
Ermənistanın baş naziri bəyan edib ki, Soçi danışıqlarında sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı nəticələr təsdiqlənməyəcək, biz yalnız və yalnız bu məsələlərin araşdırılması üçün birgə komissiya yarada bilərik. Hesab edirəm ki, Soçi danışıqlarında sərhədlərin delimitasiya və demarkasiya məsələlərinin ciddi müzakirəsi olacaq, Ermənistanla Azərbaycana arasında kommunikasiyaların, iqtisadi əlaqələrin bərpası ilə bağlı məsələlər müzakirə ediləcək. Bu kontekstdə Zəngəzur dəhlizinin açılması mövzusu yəqin ki, əsas müzakirə məsələsi olacaq. Ermənistan bu günə qədər də minaladığı ərazilərin xəritələrini dəqiq şəkildə Azərbaycana verməyib. Bu məsələ də yəqin müzakirə mövzusu olacaq. Böyük sülh sazişinin imzalanmasına gətirib çıxaracaq məsələlərin müzakirə ediləcəyi proqnozlaşdırılır. Bir sözlə, Soçi görüşündə həllini gözləyən çox ciddi məsələlərin müzakirə ediləcəyi, konkret addımlar atılacağı gözlənilir".
Deputat qeyd etdi ki, Rusiya prezidentinin Soçidə həm Azərbaycan Prezidenti, həm də Ermənistan baş naziri ilə ayrı-ayrılıqda da görüşü keçiriləcək. Bu da nəticə etibarilə mövqelərin yaxınlaşdırılmasında əhəmiyyətlidir.   

Oxşar xəbərlər

Bu gün Moskvada nələr müzakirə olunacaq?
Paşinyan Rusiyaya gedir
Paşinyanla Putinin görüşü başladı
Qorbaçov Qarabağdan danışdı: “Qalib və məğlub tərəf olmadan..."
İlham Əliyevlə Paşinyanın görüşü ilə bağlı RƏSMİ AÇIQLAMA
Putin Kremldə Paşinyanla görüşdü
Putin-Paşinyan görüşünün gündəliyi açıqlandı
“Soçi görüşünə ümid daha böyükdür, Brüsseldə isə...” - MÜSAHİBƏ
Putin-Əliyev-Paşinyan görüşü ilə bağlı sensasion İDDİA - BU TARİXDƏ KEÇİRİLƏCƏK
İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı olub
Putinlə Paşinyanın müzakirə edəcəyi məsələlər açıqlandı
Paşinyanla Putinin görüş tarixi açıqlandı
Putin təcili Təhlükəsizlik Şurasını TOPLADI – Rusiyada KRİTİK QARABAĞ MÜZAKİRƏSİ
Brüssel masasında 3 məsələ: İlk görüşdə sülh olacaqmı?
Rusiya, Azərbaycan və Ermənistan liderləri danışıqların nəticələri ilə bağlı bəyanatla çıxış ediblər - CANLI
İlham Əliyev, Putin və Paşinyan bu tarixdə Soçidə görüşəcək
Azərbaycan və Rusiya prezidentlərinin əsas müzakirə edəcəyi mövzular açıqlandı
Ərdoğanın Rusiyaya səfəri başladı - YENİLƏNİB
Ərdoğanla Putinin görüşü gözlənilir
Putin Paşinyana təpindi: Bütün müddəalara əməl olunmalıdır!
Paşinyanın təyyarəsi Moskvaya endi
Putinin özünütəcrid rejimi başa çatdı
Sülhməramlılar Gorusdan Dağlıq Qarabağa yola düşüb
Paşinyan Putinə zəng etdi
Paşinyan sabah Putinlə görüşəcək: Gündəmdə Qarabağ məsələsidir
İlham Əliyev Paşinyanla görüşmədi – Video
Peskovdan Paşinyanın Putinlə bağlı açıqlamasına Reaksiya
Ərdoğan Rusiyaya yola düşdü
Paşinyan Rusiyaya buna görə gedirmiş
Paşinyan Moskvadadır