“Ermənistan Azərbaycandan layiqli cavabını alacaq” – Millət vəkili
26-08-2020, 11:39
251

“Ermənistan Azərbaycandan layiqli cavabını alacaq” – Millət vəkili

“Bir neçə gün bundan əvvəl Azərbaycan-Ermənistan cəbhə xəttində Ermənistan ordusunun zabiti Qurgen Alaverdyanın tutulması Azərbaycan ordusunun sayıqlığını və gücünü göstərən əsas faktorlardandır”.
Bu barədə avqustun 23-də Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun təxribat törətməyə cəhdi ilə bağlı Gündəlik Bakıya açıqlama verən millət vəkili Aydın Mirzəzadə bildirib.
Parlamentarinin sözlərinə əsasən, Tovuz hadisələrindən sonra kəşfiyyat qrupunun rəhbərinin tutulması Ermənistana çox böyük zərbədir: “Kəşfiyyat diversiya qrupunun rəhbərinin tutulması və ermənilərin itki verərək geri çəkilməsi onu göstərir ki, bir tərəfdən Ermənistan öz hərbi provakasiyalarından əl çəkmir və onlar Tovuz hadisələrinin başqa yerdə və başqa formada baş verməsində maraqlıdırlar. İkincisi, cəbhə xəttimiz qorunur və Ermənistan həmişə etdiyi provakasiyalarının cavabını “layiqi” şəkildə alır. Tovuz hadisələrindən sonra kəşfiyyat qrupunun rəhbərinin tutulması, hesab edirəm ki, Ermənistana çox böyük zərbədir. Ermənistan bu gün onun geri qaytarılması üçün Beynəlxalq Qırmızı Xaç Komitəsindən məsələyə qarışmasını xahiş edir.  Düşmən tərəfinin onu təcili geri qaytarılmasına təkid etməsi göstərir ki, Alaverdyan bəlkə də Ermənistan üçün çox vacib bir fiqurdur”. 
Azərbaycanın Beynəlxalq hüquq normalarına uyğun olaraq bu gün danışıqlarda iştirak etdiyini vurğulayan deputat vurğulayıb ki, Ermənistan özünün hərbi provakasiyalarına son qoymadığı və Azərbaycan torpaqlarını işğalda saxlamağa davam etdiyi müddətdə həmişə Azərbaycandan “layiqli” cavabını alacaq. 
“Tovuz hadisələri Azərbaycan ordusunun qüdrətini, Azərbaycan cəmiyyətinin mənəvi ruhunun və vətənpərvərliyinin yüksək olduğunu göstərdi. Heç də təsadüfi deyil ki, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan bu yaxınlarda verdiyi müsahibəsində Azərbaycanın Dağlıq Qarabağın müstəqilliyinə heç bir zaman razı olmayacağını bildirdi. Bunu artıq Ermənistan cəmiyyətində ən başıqanlı ultra millətçi nümayəndələri belə etiraf edirlər. Məqsədimiz ərazi bütövlüyünün təmin edilməsidir, siahlı qüvvələrimizi həmişə döyüşə hazır vəziyyətdə saxlamaqdır. Torpaqlarımız işğaldan azad edilməyənə qədər Azərbaycan bütün vasitələrlə Ermənistana təzyiq göstərəcəkdir”, - deyə millət vəkili vurğulayıb.

Oxşar xəbərlər

“Azərbaycan ordusu çox ayıq-sayıqlıq göstərdi” – Millət vəkili
Saxlanılan erməni diversiya qrupunun komandiri danışdı - VİDEO
Əsir götürülən komandirlə bağlı erməni açıqlaması
Əsir götürülən erməni komandirlə bağlı RƏSMİ AÇIQLAMA
Baş nazirdən Tovuzla bağlı SƏRƏNCAM
“Azərbaycan balanslaşdırılmış siyasət yürütmür” - Deputat
MN: Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində nisbi sakitlikdir
Tovuzda ermənilərin dağıtdığı evlər bərpa olunur
Türkiyə televiziyaları: Rusiya Ermənistanı müharibəyə hazırlayır - Video
“Sergey Şoyqu bu gün Azərbaycana gəlməzdən əvvəl Ermənistanın Müdafiə naziri ilə danışıb” - Politoloq
Bu gecə 10 erməni əsgəri yaralanıb: Birinin vəziyyəti ağırdır - Rəsmi
Prezidentin köməkçisi: “Ermənistana “İl-76” təyyarələri gəlməkdə davam edir”
Ermənistan atəşkəs rejimini 57 dəfə pozub
Leyla Abdullayeva: Ermənistan rəhbərliyinin sərgilədiyi mövqe öz xalqını aldatmaqdan başqa bir şey deyil
Deputatlar parlamentdə TƏBİB-i tənqid etdilər
Ermənistan atəşkəs rejimini 29 dəfə pozdu
Sərhəddə TƏXRİBAT: Düşmənin diversiya qrupları...
Ermənilər atəşkəs rejimini sutka ərzində 57 dəfə pozdu
Cəbhədən yeni xəbər
Müdafiə Nazirliyi Serj Sarqsyana cavab verib
Elçin Quliyev Tovuz döyüşlərindən danışdı
Erməni diversiya qrupu təxribat törətdi
Ermənistan silahlı qüvvələri atəşkəsi sutka ərzində 29 dəfə pozub
“Hər an müharibə başalaya bilər”
Sutka ərzində atəşkəs rejimi 37 dəfə pozulub
Ermənistan atəşkəs rejimini sutka ərzində 65 dəfə pozub
Ermənilər atəşkəs rejimini 30 dəfə pozdu
Akar:"Bu təlimlər bütün dünyaya bir mesajdır"
Gecə cəbhədə nə baş verib?
Azərbaycan Ordusunun aprel qələbəsindən 4 il ötür