Bakı Apellyasiya Məhkəməsində Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyev və polis əməkdaşlarına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov və dəstə üzvlərinin apellyasiya məhkəməsi başlayıb.
Hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri məhkəməyə 21 bənddən ibarət vəsatət təqdim ediblər. Hakimlər vəsatətlərə növbəti prosesdə baxmağı qərara alıb.
Proses dekabrın 15-də davam etdiriləcək.
Apellyasiya şikayətinə görə, təqsirləndirilən şəxslər ittihamlar üzrə Cinayət Məcəlləsinin təkcə 29,120.1-ci maddəsi ilə təqsirli bilinmələrini, digər maddələr üzrə onlara bəraət verilməsi istəyir.