Bakıya 115 yeni avtobus gətirilir
26-08-2020, 12:34
113

Bakıya 115 yeni avtobus gətirilir

Prezident İlham Əliyevin vətəndaşlara keyfiyyətli ictimai nəqliyyat xidmətlərinin göstərilməsi ilə bağlı tapşırığına uyğun olaraq paytaxta 115 ədəd yeni avtobus gətiriləcək.
Gündəlik Bakı bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, Türkiyənin BMC şirkətinin istehsalı olan avtobuslar müasir, komfortlu və ekoloji baxımdan təmiz nəqliyyat vasitələridir. Sıxılmış təbii qaz müəhərrikli (CNG) avtobusların 80 ədədi 12 metrlik, 35-i isə 9 metrlik avtobuslardır. İlkin olaraq 12 metrlik avtobusların çatdırılmasına başlanılacaq. Yaxın günlərdə başlanılacaq prosesin noyabrın sonunadək yekunlaşdırılması planlaşdırılır.
Avtobusların gətirilməsi ilə Bakı şəhərinin marşrut şəbəkəsi daha da müasirləşəcək ki, bu da sərnişindaşımaların daha rahat və təhlükəsiz təşkili baxımından əhəmiyyətlidir. Əhaliyə göstərilən ictimai nəqliyyat xidmətlərinin həm təhlükəsizlik, həm də keyfiyyət nöqteyi-nəzərindən qabaqcıl dünya standartlarına çatdırılması daim dövlətin diqqət mərkəzindədir. Cənab Prezidentin tapşırığı əsasında son 5 ildə 603 ədəd orta və iri tutumlu müasir sərnişindaşıyan avtobus alınaraq, Bakı şəhərinin marşrut şəbəkəsində istismara buraxılıb.
Avtobus parkının yenilənməsi ilə bağlı ötən müddətdə görülən tədbirlər pandemiya dövründə şəhər nəqliyyatının dayanıqlığını təmin edib. Dövlət başçısının müvafiq sərəncamına əsasən 2019-cu ildə alınan 300 ədəd avtobus sayəsində müntəzəm xətlərlə yanaşı 12 sayda ekspres xətt təşkil olunub və müntəzəm xətlər üzrə avtobusların sayı artırılıb ki, bu da pandemiya zamanı mühüm əhəmiyyət kəsb edir. Xüsusi ilə avtobus parkında 18 metrlik avtobusların olması səhər və axşam pik saatlarında sərnişin axının idarə olunması baxımından zəruri hesab olunur.
Yeni avtobusların alınması ilə ətraf kənd və qəsəbələr o cümlədən də Mərdəkan, Maştağa, Bilgəh, Buzovna, Zaqulba, Sabunçu, Zabrat, Qaraçuxur və Bakıxanov qəsəbələrinin birbaşa şəhər mərkəzi ilə əlaqələndirilməsi mümkün olub.
Avtobus parkının yenilənməsi çərçivəsində paytaxta elektirik mühərrikli avtobusların gətirilməsi də planlaşdırılır. Hazırda BMC və MAN şirkətləri ilə elektirik avtobuslarının gətirilməsi, onların çalışması üçün uyğun infrastrukturun qurulmasına dair müzakirələr aparılır.

Oxşar xəbərlər

Azərbaycanda nəqliyyatın ödənişində YENİLİK: İlk olaraq...
Bakı Nəqliyyat Agentliyinin “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılışı olub.
Bakıda tramvay və trolleybuslar bərpa olunacaq?
Bu gün xətlərə rekord sayda avtobus çıxarılıb
Sabahdan daha bir ekspres marşrut xətti fəaliyyətə başlayır
Sükan arxasında siqaret çəkən 55 avtobus sürücüsü cəzalandırılıb
Sərnişinlərə ŞAD XƏBƏR: yollarda gözləməkdən canınız qurtarır - AÇIQLAMA
Sabahdan Bakıda ictimai nəqliyyatın hərəkəti dayandırılır – BNA
Sabahdan Bakıda ictimai nəqliyyatın hərəkəti dayandırılır
Bakıda avtobus drenaj xəttinə düşdü, 1 nəfər xəsarət aldı
BNA, nə istəyirsiz: Yeni işsizlər ordusu və qiymə
Maskasız sərnişinlər marşrut avtobuslarına buraxılmayacaq - BNA
BNA həftə ərzində daşınan sərnişinlərin statistikasını açıqlayıb
Hazırda paytaxtın bu yollarında tıxac var
Bakıda mötəbər tədbir: 2 marşrutun istiqaməti dəyişdirildi
Şagirdlər ənənəvi ictimai nəqliyyatdan istifadə etməməlidirlər - Təhsil eksperti
"Bakı Kart"dan istifadə edənlərə ŞAD XƏBƏR: BU TARİXDƏN...
Sürücülərin nəzərinə: Bakının bu hissəsində... - FOTOLAR
Daha 10 min şəxs ödənişli ictimai işlərə cəlb olunub
Bu arşrut xətlərinin hərəkət sxemi dəyişdirilir
Bakıda iki avtobus toqquşdu: Ölən var
Bakının bəzi yollarında sıxlıq yaranıb - Foto
BNA: Bakı küçələrində sıxlıq müşahidə olunur
Parklanmaya görə cərimələr bərpa edilir - FOTO
Bakının bir çox yollarında sıxlıq yaranıb
İlham Əliyev Bakıya gətirilmiş yeni "London taksi"ləri ilə tanış oldu — Fotolar
Gediş haqqının artırılacağı xəbəri haqda – Rəsmi açıqlama
Sürücülərə 10 manat cərimə xəbərdarlığı
Bakı Nəqliyyat Agentliyi sürücüləri təhqir etdi
Türkiyədə terror: Polisləri daşıyan avtobus partladıldı