Azərbaycan Həkimlər Birliyi bəyanat yaydı - "İtkilərimiz daha çox ola bilər"
26-08-2020, 12:37
117

Azərbaycan Həkimlər Birliyi bəyanat yaydı - "İtkilərimiz daha çox ola bilər"

Bu yaxınlarda yaradılmış, Azərbaycan Həkimlərinin İctimai Birliyi bəyanatla çıxış edib.
Bəyanatda deyilir:
"Respublikamızda COVID-19 pandemiyası ilə bağlı sərt karantin rejimi elan olduğu gündən görülən izolyasiya tədbirləri, zamanında modul tipli xəstəxanaların açılması və istifadəyə verilməsi virusun ölkəmizdə yayılmasının qarşısını ala bildi. Lakin hesab edirik ki, 5 aylıq karantindən insanlar yorulublar və hazırda ciddi yumşalmaya ehtiyac var. İqtisadiyyatımızın itkiləri, «evdə qal» karantinin insanların psixi-emosional durumuna vurduğu zərbə və nəticədə əhalinin immun sisteminin xeyli zəifləməsini nəzərə alsaq, situasiya bu şəkildə davam edərsə, ikinci dalğa baş verdikdə itkilərimiz daha böyük ola bilər.
Bu məqsədlə, aşağıdakı tədbirlərin həyata keçirilməsini zəriri hesab edirik:
1. Testlərin qiymətləri xeyli aşağı salınmalı (10-15 manat civarında), onların əlçatanlığı təmin edilməli və hər bir vətəndaşın özünü yoxlatmaq imkanı olmalıdır. Bu testi icra edən mərkəzlərin sayının artırılmasının təmin edilməsi məqsədəuyğundur. Bu, həm xəstələrin vaxtında aşkar olunmasına imkan verməklə bərabər, populyasiyada xəstələrin dəqiq sayını, kollektiv immunitetin yaranma faizini müəyyən etməyə və əks-epidemik tədbirlərə dəstək olmağa kömək edər.
2. Bakıdakı sıxlığı azaltmaq, insanların istirahət hüququnu qorumaq məqsədilə hərarət ölçülərək, rayonlara (regionlara) gediş-gəlişə izn verilməsi məqsədəuyğundur. Qonşu Gürcüstanda, Türkiyədə istirahət mərkəzləri işlədiyi halda, bizdə bu sahədə qadağaların davam etməsinin məntiqi əsası yoxdur.
3. İctimai nəqliyyatda sıxlığın aradan qaldırılması istiqamətində addımlar atılmalıdır. Məsələn, bu məqsədlə iş saatlarının başlama və bitmə vaxtlarının dəyişdirilməsi zəruri hesab edilə bilər. Eyni zamanda, metronun fəaliyyətinin bərpa edilməsi ilə bağlı olaraq dünya praktikası öyrənilməlidir.
4. Toyların bu şəkildə qadağan olunması bir neçə ildən sonra əhalinin demoqrafik göstəricilərində ciddi dəyişikliklər yaradacaq. Hava şəraitinin imkan verdiyi müddətdə açıq hava məkanlarında müəyyən edilmiş normativlər çərçivəsində toyların təşkili üzrə normativlər dəqiqləşdirilməlidir. Sonrakı mərhələdə yaxın qohumların iştirakı (50-100 nəfər) və karantin qaydalarına ciddi əməl etməklə toyların keçirilməsi üçün qapalı məkanlar üçün normativlər müəyyən edilməlidir. Yaxın qohumlar onsuz da daimi təmasdadırlar. Toyların, ad günlərinin və digər kütləvi tədbirlərin müəyyən edilmiş formatda və konkret təlimatlarla keçirilməsinə icazə verilsin. Toyların birillik ləngiməsi belə gələcəkdə demoqrafik problemlərə yol aça bilər. Bu məqsədlə toyların keçirilməsi üçün qapalı məkanlar üçün normativlər müəyyən edilməlidir. Məs., qapalı məkanın tutumu 300 nəfərlikdirsə, 3 dəfə azaldılır, masalar arasi məsafə ən azı 2 metr, üzbəüz əyləşənlər arası məsafə ən azı 2 metr olmalıdır. Masa əyləşənlər bir stul buraxmaqla əyləsməlidirlər. Dəhlizdə söhbət edənlər maska taxmalı və fiziki məsafəsi gözləməlidir. 12 yaşadək ulşaqların toyda iştirakı qadağan edilməlidir.
5. Bütün bu tədbirlərin həyata keçirilməsi müvafiq icra hakimiyyəti orqanlarının ciddi nəzarətində saxlanılmalıdır".

Oxşar xəbərlər

Gələn həftə rayonlara gediş-gəliş bərpa oluna bilər - AÇIQLAMA
Azərbaycana giriş-çıxış və yerli hava uçuşları DAYANDIRILDI
"Xüsusi karantin rejimi hələ bir müddət də davam etməlidir" - Deputat
"Bakcell" adı hallanan toyla bağlı MƏLUMAT YAYDI
Deputatdan təklif: “Mall”lar və şadlıq sarayları bu tarixlərdən açılmalıdır
Elçin Babayevlə yayılan məlumatlar həqiqəti əks etdirmir:BDU-dan AÇIQLAMA
Şadlıq sarayları açılsın! - Deputatdan təklif
“Yoluxmaların artması artıq ikinci dalğa deməkdir” – ADİL QEYBULLA
Bakı metrosu bu gündən BAĞLANIR
Azərbaycanda karantin rejimi bu tarixədək UZADILDI - RƏSMİ
Azərbaycanın və dünyanın pande-paradoksları…
“Payız karantininə indidən hazırlaşmalıyıq”
"Əhali ölkədə yumşaldılan xüsusi karantin qaydalarından arxayın olmamalıdır"
“Elə vəziyyət yaranar ki, səhiyyə sistemi də bu yükü daşıya bilməz” - Nəticə çıxarmalıyıq!
İcma qondarma "seçkilərlə" bağlı bəyanat yaydı
Siyəzən polisi kimsəsizlərə yardım edir, nəzarəti gücləndirir
"Koronavirus hər il olacaq" - Adil Qeybulla
Rayonlara gediş-gəliş bərpa edilir? - AÇIQLAMA
"Son günlərin statistikası pandemiyanın “ikinci dalğası”nın yetərincə real olacağını göstərir"
Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alır
“İcra başçılarının həbsləri vicdanını itirmiş digər məmurlara mesajdır”
Karantin rejimi uzadılacaq - Prezident açıqladı
Bağçadan ayrı düşən uşaqlar: - "Evdəki rahatlığa alışdıqdan sonra çətin olacaq"
Karantin sərtləşdirilsin, yoxsa? - Məşhurlar son günlərin ən vacib sualına cavab verir
Rayonlara gediş-gəlişlə bağlı deputatdan açıqlama: ““Kimliyindən asılı olmayaraq...”
Əhalinin dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunması həyata keçirilən sosial siyasətin mühüm tərkib hissəsidir
“Sadə xalqın üzərinə bu qədər getmək olmaz”
Sərt karantin günlərində azadlığa buraxılmış şəxslər evlərinə necə gedəcək? - AÇIQLAMA
"Azərbaycanda həyata keçirilən sosial dəstək tədbirləri nümunəvi xarakter daşıyır"
Müxalifət yeni mitinq formatından imtina edir