“Üçtərəfli görüşdən sonra imzalanan bəyanatda "Dağlıq Qarabağ" ifadəsi işlədilmir, nəticəni müsbət qiymətləndirmək lazımdır” - RƏY
27-11-2021, 13:42
90

“Üçtərəfli görüşdən sonra imzalanan bəyanatda "Dağlıq Qarabağ" ifadəsi işlədilmir, nəticəni müsbət qiymətləndirmək lazımdır” - RƏY

"Noyabrın 26-da Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Soçi şəhərində baş tutan üçtərəfli görüşün nəticələrini müsbət qiymətləndirmək olar. Görüşdə əsasən üç istiqamətdə müzakirələr aparıldı. Xüsusilə də Azərbaycan və Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası məsələsinin həlli üçün üçtərəfli birgə komissiyanın yaradılması işini yüksək qiymətləndirmək lazımdır".
 
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov ötən gün Rusiya, Azərbaycan və Ermənistan siyasi liderlərinin iştirakı ilə baş tutan Soçi görüşü barədə danışarkən deyib.
 

 
E.Nəsirov bildirib ki, sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı mexanizmlərin bu ilin sonuna qədər yaradılacağı və problemin həlli üçün konkret praktiki addımların atılacağı təqdirəlayiqdir: "Görüşdə, həmçinin humanitar xarakterli məsələlərə də yer ayrılıb və xüsusilə etimad mühitinin yaradılması ilə bağlı razılaşma əldə olunub. Bu, özündə müxtəlif qurumlar arasında birbaşa təmasların qurulmasını ehtiva edir. Eyni zamanda, xalq diplomatiyasının inkişaf etdirilməsi ilə məsələlər də öz əksini tapıb. Həllini tapmayan ən vacib məsələlərdən biri olan olan dəhlizlərin açılması mövzusunu Prezident İlham Əliyev 2020-ci il 10 noyabr bəyanatının icra olunmayan bəndlərindən danışarkən diqqətə çatdırdı. Bu, iki dövlət arasında nəqliyyat və kommunikasiya əlaqələrinin bərpası ilə bağlıdır. Təəssüf ki, ötən müddətdə Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından bu istiqamətdə ciddi nəticə əldə olunmayıb. Ona görə də bu məsələnin ciddi müzakirə olması və müəyyən razılaşmanın əldə olunması çox önəmlidir. Bir həftədən sonra Moskvada üçtərəfli komissiyanın müvafiq istiqamətlərdə isə başlayacağı bildirildi. Yəni görüş nəticəsində, indiyə qədər müzakirə olunan məsələlərin praktiki müstəviyə keçməsi barədə ilkin razılaşma əldə olundu. Nəzərə almaq lazımdır ki, görüşün nəticəsi kimi imzalanan üçtərəfli bəyanatın heç bir bəndində "Dağlıq Qarabağ" ifadəsi işlədilmir. Yəni, söhbət yalnız Azərbaycan və Ermənistan arasındakı münasibətlərin tənzimlənməsindən gedir"

Oxşar xəbərlər

Üçtərəfli görüşdən nə gözlənilir? – “Soçi görüşü gələcəkdə sülh müqaviləsinin imzalanması üçün münbit şərait yaradacaq”
“Buna qədər Zəngəzur dəhlizi haqda ancaq danışılırdı, ancaq indi...“ - Deputat
Peskovdan üçtərəfli görüşlə bağlı AÇIQLAMA
“Soçi görüşünə ümid daha böyükdür, Brüsseldə isə...” - MÜSAHİBƏ
Konkret nəticələr olacaq - Maksim Şevçenko Soçi görüşü barədə
Görüş yerini dəyişmək olarmış - nəzərlər Şimala yönəlib...
Bu gün İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan arasında üçtərəfli görüş olacaq
Üçtərəfli bəyanatın imzalanmasından 1 il ötür – “Qalib dövlət Azərbaycandır və şərtləri yalnız Azərbaycan diqtə edir”
İlham Əliyevlə Paşinyan Moskvada görüşə bilər - KİV anons etdi
"Zəngəzur dəhlizi"nin açılması Ermənistana hava-su kimi lazımdır" - RƏY
“Azərbaycanda saxlanılan erməni diversantların məsələsi Paşinyanın dilinin əzbərinə çevrilib” – Elman Nəsirov
Qarabağla bağlı üçtərəfli razılaşmalar ardıcıl olaraq reallaşdırılır - Putin
Rusiya XİN-dən Qarabağa dair YENİ AÇIQLAMA
Qorbaçov Qarabağdan danışdı: “Qalib və məğlub tərəf olmadan..."
"Yekun sülh müqaviləsi bağlamaq lazımdır” - Putin
Ermənistan sərhəddəki ərazilərimizdən geri çəkilir
Putin Türkiyəyə səfər edəcək
“Prezidentlərin Soçi görüşü mühüm əhəmiyyətə malikdir” - Hikmət Hacıyev
Çavuşoğlu bu gün Soçidə Lavrovla Qarabağı müzakirə edəcək
Rusiya XİN Soçi görüşündən gözləntiləri açıqladı
Moskvada üçtərəfli görüş: 10 noyabr Bəyanatı müzakirə olundu
XİN rəhbərlərinin Moskva görüşü başa çatdı - YENİLƏNİB
"Rəhbərlər görüşürsə, deməli, bəzi məsələlər həllini tapıb" - AÇIQLAMA
İlham Əliyevlə Paşinyanın görüşəcəyi tarix açıqlandı - Erməni KİV
"Ermənistan irəliləyişin qarşısını almağa cəhd edir" - Ceyhun Bayramov
"Münaqişədən sonrakı dövr sakit məcrada keçir" - Prezident
Ermənistan hökuməti azərbaycanlılar haqda: “Qaçqınlar doğma torpaqlarına qayıdacaqlar”
Erməni tərəfi üçtərəfli bəyanata əməl etmək istəmir
Rusiya Prezidenti: "Biz Brüssel görüşünə qədər nəticələrin əldə olunmasını istəyirik”
XİN: "Ermənistan Rusiya sülhməramlılarının fəaliyyətinə kölgə salmaq istəyir və üçtərəfli bəyanatı pozur"