Türkiyənin “TRT World” telekanalının təqdim etdiyi sənədli filmdə Fransa xüsusi xidmət orqanlarının İŞİD və PKK ilə gizli əlaqələri təkzibedilməz fakt və dəlillərlə ifşa olunur. “Zavod: Gizli Fransız əməliyyatı” adlı film yarım milyona yaxın sənəd üzərində iki il boyunca aparılan dərin araşdırmanın məhsuludur.
Filmi izləyəndə məlum olur ki, Fransanın nəhəng “Lafarge” sement şirkəti Fransa kəşfiyyatının İŞİD və digər terror təşkilatlarını maliyyələşdirməkdə əsas aləti və örtüyü olub. Belə olan halda ortaya belə bir məntiqi sual çıxır: terror təşkilatları ilə bu və ya digər formada əlaqədə olmaq, əməkdaşlıq etmək onların bəşəri cinayətlərinə şərik olmaq demək deyilmi?
Filmdə göstərilir ki, 2010-cu ildə Suriya bazarına daxil olan “Lafarge” fransız şirkəti Türkiyə və Suriyanı İraqla birləşdirən nəqliyyat yolunun üzərində zavod tikib. Hərbi əməliyyatlar səbəbindən Suriyadan bütün şirkətlər qaçdığı halda, Fransa rəhbərliyinin təkidi ilə şirkət Suriyada qalaraq fəaliyyətini davam etdirib, İŞİD və PKK terror təşkilatlarını maliyyələşdirib.
Digər mühüm bir fakt: Əl-Cəzirə telekanalının yaydığı sənədli reportaja görə, YPG/PKK terror təşkilatlarının nəzarətində olan Suriyanın Haseke vilayətinin Türkiyə ilə sərhədində yerləşən Amuda və Malikiyyə bölgələrində təxminən 113 kilometr uzunluğunda tunel qazılıb. Digər jurnalist araşdırmalarında göstərilir ki, həmin tunellərdə betonlama işləri məhz “Lafarge” şirkətinin istehsal etdiyi sement məhsulları ilə aparılıb. Bildirilir ki, şirkət istehsal etdiyi sementi məhz adı çəkilən terror təşkilatlarına onların mövqelərini möhkəmləndirmək üçün verib. Qeyd edək ki, “Lafarge” şirkətinin fəaliyyət göstərdiyi və onun təsir edə bildiyi bölgələr yerli əhalini öz yurdlarını tərk etməyə məcbur qalan bölgələr sırasında öndə gedir.
Fransada aparılan təhqiqata görə, şirkət vasitəsilə terror təşkilatlarına 16 milyon dollara yaxın maliyyə ötürülməsinə dair sübutlar tapılıb, lakin TRT-nin araşdırması bu rəqəmin daha yüksək olduğunu və bundan Fransa rəhbərliyinin xəbərdar olmasını üzə çıxarır. Faktlar təsdiq edir ki, bütün bunlar Fransanın indiki Prezidenti Emmanuel Makronun həmin dövrdə Fransanın xaricdəki sərmayələrinə məsul olan iqtisadiyyat naziri olduğu dövrdə baş verib.
Haqqında söhbət edilən sənədli filmdə əksini tapan məqamlar, əslində, Azərbaycan ictimaiyyətində təəccüb doğurmayıb. Çünki 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanın yaşayış məntəqələrini, dinc insanları atəşə tutan, terror aktları törədən Ermənistanı Fransanın açıq şəkildə himayə etməsi, ona humanitar yardım adı altında təyyarələrlə silah-sursat daşıması, terrorçuluğu maliyyələşdirməsi ortada idi. Beynəlxalq hüququn tələblərinə görə, Fransa Minsk Qrupunun həmsədri olaraq keçmiş Qarabağ münaqişəsinə aid bütün məqamlarda ən azı bitərəf qalmağa borclu olsa da, təcavüzkarı, işğalçı və terrorçu Ermənistanı açıq şəkildə dəstəkləmişdir. Fransanın Vətən müharibəsi dövründə suriyalı döyüşçüləri, terrorçu dəstələri Azərbaycana qarşı istifadə etməsi barədə də geniş informasiyalar vardı. Buna baxmayaraq, Fransa Azərbaycana böhtan ataraq guya suriyalı terrorçuların Azərbaycan tərəfindən döyüşməsi barədə dezinformasiyalar tirajlayırdı. Azərbaycan dövlətinin bu iddialara sübut tələblərinə qarşı Fransa nə müharibə dövründə, nə də sonra bir fakt belə ortaya qoya bilməyərək rüsvay oldu.
Onu da qeyd edək ki, “Lafarge”nin sementi ilə İŞİD ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinə qarşı güclü sığınacaqlar, bunkerlər, istehkamlar və tunellər inşa edib.
Məlumat üçün onu da qeyd edək ki, dünyanın 80 ölkəsində fəaliyyət göstərən “Lafarge Holcim” şirkətinin bir hissəsi olan "Holcim Azərbaycan" (keçmiş “Qaradağ Sement”) “Lafarge Holcim Group”un törəmə müəssisəsidir.
“Holcim (Azərbaycan)” ASC-də səhmdarların pay bölgüsü bu cürdür: “Azərbaycan İnvestisiya Şirkəti” (10%), “Holcim LTD” (69,4%), Avropa Yenidənqurma və İnkişaf Bankı (10%) və yerli investorlar (10,6%).
NUH.az olaraq bildiririk ki, Azərbaycanda iri sement istehsalçılarından biri olan “Holcim Azərbaycan”la bağlı redaksiyamıza ilginc məlumatlar daxil olub.
Növbəti yazıda şirkətin rəhbər şəxslərinin guya hədələnməsi və digər məsələlərə aydınlıq gətirməyə çalışacağıq. //NUH.AZ//
“Holcim” rəhbərliyinin ŞÜBHƏLİ ƏLAQƏLƏRİ - İTTİHAM
29
noyabr
10:25

Qarabağ
OXŞAR XƏBƏRLƏR
İŞİD-in Afrikadakı lideri öldürüldü
Rusiyada İŞİD üzvləri saxlanılıb
“Azərbaycan inkişaf edir, iqtisadiyyatı böyüyür” - Fransa səfiri
Nazir Mikayıl Cabbarov Holcim ASC-də baş verənləri nəzarətə götürdü
Holcim ASC barədə cənab nazirə müraciət
Azərbaycan əsilli fransız aktyor koronavirusdan öldü
Qətərdə Fransa malları boykot edilir
Ərdoğan: “Bir kərə yüksələn bayraq bir daha enməz”
Ərdoğan: "750 İŞİD-çidən 195-i Türkiyə Silahlı Qüvvələri tərəfindən tutulub"
PKK-nın xüsusi təyinatlıları Qarabağa göndərildi - TƏFƏRRÜAT
Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 126 nəfər saxlanıldı
Türkiyədə 40 nəfərin ölümündə günahlandırılan terrorçu SAXLANILDI
İŞİD yenidən baş qaldırdı – 15 Suriya döyüşçüsü həlak oldu
12 İŞİD üzvü həbs olundu - Türkiyə MN
Vətən müharibəsinə həsr olunmuş sənədli film beynəlxalq mükafata namizəddir - VİDEO
“Fransa Cənubi Qafqazdakı yeni reallıqları həzm edə bilmir” - Mərkəz rəhbəri
Səfirlik qarşısında etiraz aksiyası keçirilib: “Fransa, ATƏT-dən rədd ol!” - Video
“Şuşa, sən azadsan!” sənədli filmi tezliklə təqdim olunacaq - VİDEO
Qatar relslər üzərində istirahət edən şəxslərin həyatına son qoydu
Makron Ərdoğana məktub göndərib
“Göyçə - itirilmiş Vətən” adlı sənədli film hazırlanıb - VİDEO
İraqda İŞİD tərəfdarı olan 340 nəfər edam olunacaq
Fransa XİN Senatın qərarına münasibət bildirib
İŞİD-in Əfqanıstandakı qolu "Taliban"la əlaqədədir?
Fransa Türkiyənin boykot çağırışına cavab verib - Parisdən GERİYƏ ADDIM
Ermənistan ASALA muzdlularını Qarabağda “dirildir”
Qadın zorakılığını bütün çılpaqlığı ilə ortaya qoyan FİLM + VİDEO
İŞİD Türkiyədə qan tökməyə hazırlaşırmış - “Məsul şəxs“ Qasım Güler yaxalandı
Akardan Fransa Senatının Qarabağla bağlı qətnaməsinə SƏRT REAKSİYA
Türkiyədə 7 İŞİD-çi saxlanıldı
- Tokayev Aİ-yə Qazaxıstan neftini almağı təklif edib
- “Qarabağ“lı Rüstəm Əhmədzadə “Zirə“yə keçdi
- Roza: “Məni çox adam istəyə bilər, hələ cavanam“
- “2018-ci ilin hadisələrinə hüquqi qiymət verilməlidir“ - Erməni deputat
- Türk ordusu daha 9 terrorçunu zərərsizləşdirdi
- "Rusiyanın ölü və yaralı hərbçilərinin sayı 115 minə çatıb" - Podolyak
- BMqT: "Müharibə başlayandan 12 minədək azərbaycanlı Ukraynadan təxliyə olunub"
- Bir avro 64 rubla çatdı
- Dolların məzənnəsi sabit qaldı
- Məşhur film ulduzu Ukraynadakı müharibədə ağır yaralandı
- İrəvanda Baş Prokurorluğun qarşısında etiraz aksiyası keçirilir - VİDEO
- Ali təhsilin ACINACAQLI VİLAYƏTİ... - İTTİHAM VAR!
- Azərbaycan nefti bahalaşdı
- Azərbaycanda ən yüksək balı onlar topladı - Fotolar
- Kuleba iranlı həmkarını Ukraynaya dəvət etdi
- Şirvanda mikroavtobusdan 10 min manat oğurlandı
- Misirdə akula turist qadını parçaladı - Video
- “Avtodetal”ın sahibi Əfqan Abdullayev həbs olundu… - Şirkətin bütün işçiləri məsuliyyətə cəlb oluna bilər...
- Mərhum müğənninin xatirə abidəsi qarət olundu
- Hacıqabulun 24 yaşlı sakini özünü güllələdi
- Mərdəkanda qadın evdən 10 min avro oğurladı
- AZAL-ın ölçüyəgəlməz İŞTAHASI... - BELƏ HARA GEDİRİK?
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb Ətraflı
- Bazar günü hava necə olacaq?