Azərbaycanda şöbə müdiri və qohumuna QƏSD: Avtomobillə vuruldular - ANBAAN VİDEO
29-11-2021, 14:23
169

Azərbaycanda şöbə müdiri və qohumuna QƏSD: Avtomobillə vuruldular - ANBAAN VİDEO

VAZ-2107 markalı avtomobilin sürücüsünün yolun əks istiqamətinə çıxaraq qəsdən səki ilə hərəkətdə olan piyadaların üzərinə sürdüyü və onları vuraraq xəsarət yetirdiyi bildirilib.
Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. 
Hadisənin İsmayıllı rayonunda baş verdiyi bildirilir.
Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, hadisə noyabrın 28-də saat 16:40 radələrində baş verib:

“İsmayıllı rayon sakini Fazil Ağamirzəyev idarə etdiyi VAZ-2107 markalı avtomobillə şəhər ərazisində hərəkətdə olarkən əvvəlcədən aralarında ədavət olan rayon sakini Elçin Abbasov və onun qohumu Rövşən Əzizovun yolun əks istiqamətindəki səkidə piyada hərəkətdə olduğunu görüb və nəqliyyat vasitəsini qəsdən onların üzərinə sürüb.
Nəticədə hər iki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib”.
M.Məsimov qeyd edib ki, faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (Qəsdən sağlamlığa az ağır zərər vurma-ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb, F.Ağamirzəyev təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.
Qeyd edək ki, E.Abbasov İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının terapiya şöbəsinin müdiridir.

Oxşar xəbərlər

“Prado” piyadanı vurub öldürdü, üç maşına çırpıldı – DİN-dən AÇIQLAMA + ANBAAN VİDEO
Şəkidə ağır qəza: Ölən var
Avtomobillə qəza törətdi, piyada xəstəxanada öldü
DİN polislərin qəzaya düşməsi ilə bağlı MƏLUMAT YAYDI - YENİLƏNİB
Minik və yük avtomobilləri toqquşdu, ata və oğul öldü
Ağstafada iki avtomobil toqquşdu - Ölən və yaralanan var
Bakıda dəhşətli qəza: Avtomobilin vurduğu piyada əks tərəfdən gələn maşına çırpıldı
Bakıda "Hyundai" piyadanı vuraraq ÖLDÜRDÜ
Göyçayda "Opel" piyadanı vuraraq ÖLDÜRDÜ
Bakıda mikroavtobus iki maşının üzərinə aşdı - Video
Bakıda QƏZA: Ölənlər var
Sarayda "Chevrolet" piyadanı vuraraq ÖLDÜRDÜ
Bakıda sabiq polis avtomobillə əsgəri vurub ÖLDÜRDÜ
Bakıda "Mercedes" piyadanı vuraraq ÖLDÜRDÜ
Ağdaşda avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ
Qəbələdə "VAZ" piyadanı vuraraq ÖLDÜRDÜ
Avtomobil yolu keçən piyadanı vuraraq öldürüb
Bakıda "Mercedes" Sumqayıt sakinini vurub ÖLDÜRDÜ
DİN-dən Təbriz Gülalıyevin düşdüyü qəza ilə bağlı açıqlama
Gəncədə təkəri çıxan maşın qəza törətdi
Şəkidə yaşadığı ünvanı tərk edən daha bir COVİD-19 xəstəsi barədə araşdırmalara başlanılıb
Mikroavtobus piyadanı vuraraq öldürdü
Sərxoş sürücü qəza törətdi, ölən və yaralananlar var
Şəkidə dayısı ilə oğurluq edən şəxs saxlanılıb - FOTO
Azərbaycanda dəhşətli qəzada maşın dərəyə yuvarlandı: Sürücünün başı qopdu
Azərbaycanda polis qəzaya düşüb öldü - DİN-dən AÇIQLAMA
Bakıda "Mercedes" piyadanı vuraraq ÖLDÜRDÜ
Bakıda maşın piyadanı vurub öldürdü
Abşeronda yolu keçən piyadanı maşın vuraraq öldürdü
Beyləqanda dəhşətli qəza: 3 nəfər öldü