Ramiz Mehdiyev və Hacıbala Abutalıbovun məhkəmədə dindirilməsi istənildi
29-11-2021, 18:08
107

Ramiz Mehdiyev və Hacıbala Abutalıbovun məhkəmədə dindirilməsi istənildi

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sabiq Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
"Report"un xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, R.Quliyevin səhhətində problem var və o, bu səbəbdən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin müalicə müəssisəsində saxlanılır.
Keçid
Optimal Friday
Daha sonra təqsirləndirilən şəxsin vəkilləri vəsatət qaldırıb. O, R.Quliyevin barəsində həbs qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığına buraxılmasını xahiş edib.
Eyni zamanda, vəkillər cinayət işi üzrə istintaqda dindirilməyən Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun və AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin məhkəməyə şahid qismində dindirilməsini istəyiblər.
Vəsatətlər təmin edilməyib.
Məhkəmə istintaqının başa çatdığı elan olunub. Prokuror çıxış etmək üçün məhkəmədən vaxt istəyib.
Növbəti prosesi dekabrın 9-na təyin edilib.
Qeyd edilənlər nəzərə alınmaqla, Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, cinayət işi üzrə Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi zərərçəkmiş qismində tanınıb.

Oxşar xəbərlər

Rasim Quliyevin məhkəməsi keçirildi
Həbs edilən sabiq icra başçısının məhkəməsi keçirildi
Rasim Quliyevin məhkəməsinin vaxtı məlum oldu
Rasim Quliyevin işi məhkəməyə göndərildi
Eldar Həsənov şüşə qəfəsdən çıxarıldı
Məhkəmə Eldar Həsənovun vəsatətini təmin etmədi
Həbs edilən icra başçıları: Nizaməddin Quliyevin və müavininin işi məhkəməyə göndərildi
Hacıbala Abutalıbova ağır itki üz verdi
Hacıbala Abutalıbov həbs oluna bilər - İDDİA
Zülfəli İsmayılovun şəriki Rasim Quliyev həbs olundu-Növbə Zülfəli İsmayılovdadır....
Sabiq aparat rəhbərinin həbs müddəti artırıldı
Hacıbala Abutalıbovun narahatlığının “quyruğu göründü”...
Hacıbala Abutalıbovun "sağ əli" HƏBS EDİLDİ
Rövşən Əkbərova qarşı 1 milyon 220 min manatlıq İDDİA QALDIRILDI
Həbs edilən sabiq icra başçısı məhkəmə qarşısına ÇIXARILIR
Həbsdə olan sabiq icra başçısının məhkəməsi başlayır
Rasim Quliyevin apellyasiya şikayəti təmin edilmədi
Həbs edilən Rasim Quliyevlə bağlı maraqlı məlumatlar...
Tutulan sabiq icra başçısı məhkəməyə gətirildi
Vilyam Hacıyevdə pnevmaniya aşkar edildi
Hacıbala Abutalıbov həbs oluna bilər
"7 ayda nə çəkdiyimi bir Allah bilir" - Ata Abdullayev
Koronavirusa yoluxan Mahir Quliyevin vəziyyəti necədir?
Casusluqda ittiham olunan ermənilər HƏBS EDİLDİ
Məhkəmə Ramiz Mehdiyevin əleyhinə qərar verdi
Sabiq icra başçısının həbs müddəti daha 2 ay uzadılıb
“Ramiz Mehdiyevin qanunsuz işlərindən biri ifşa olunub”
Həbs edilən icra başçısının məhkəməsində qadın müavini də dindiriləcək
Ağstafanın sabiq icra başçısı və müavininə HÖKM OXUNDU
Baş həkimin cinayət işi üzrə şahidlərdən biri vəfat etdi