“Qızılağac”da qanunsuz quş ovlayan şəxslər saxlanıldı - VİDEO
26-08-2020, 14:42
168

“Qızılağac”da qanunsuz quş ovlayan şəxslər saxlanıldı - VİDEO

Dövlət əhəmiyyətli qoruq və parklara qanunsuz yollarla daxil olaraq ov etməyə çalışan şəxslərə qarşı Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri ilə birgə tədbirlər davam etdirilir.
Bu barədə Gündəlik Bakıya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, həyata keçirilən sonuncu belə tədbir zamanı Lənkəran şəhərində Su Nəqliyyatında Polis İdarəsinin inzibati ərazisinə daxil olan “Qızılağac” Milli Parkında qanunsuz olaraq quş ovlayan Lənkəran şəhər sakinləri Nail Cabbarov və onun qohumu İmamverdi Orucov saxlanılıblar.
Həmin şəxslərin üzərinə və əllərindəki bağlamalara baxış zamanı ümumilikdə 66 ədəd qanunsuz olaraq ovladıqları müxtəlif növ çöl quşu, ov silahları, ov alətləri və digər ləvazimatlar aşkar olunaraq maddi sübut kimi götürülüb.
Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxslərin ümmumiyyətlə, ovçuluq etmək üçün sənədləri yoxdur və onların ovladıqları quşların bəzilərinin adı “Qırmızı” kitaba düşən növlərdəndir.
Qeyd edək ki, Su Nəqliyyatında  Polis İdarəsi ovçuluq və balıqçılıqla məşğul olmaq istəyən şəxslərin diqqətinə bir daha çatdırır ki, Asan Xidmət Mərkəzlərində dövlət rüsumu ödəməklə kvotalar əldə edərək müəyyən edilən qaydalar çərçivəsində bu fəaliyyətlə məşğul ola bilərlər. Balıqçılar hansı növə aid balıqların tutulmasının qadağan olduğunu, ov etmək istəyən şəxslər isə vurulması qadağan edilən adı “Qırmızı” kitaba düşən quşlar barədə məlumatları Su Nəqliyyatında Polis İdarəsinə müraciət edərək əldə edə bilərlər.
Həmin şəxslərə xəbərdarlıq edilir ki, qeyri-qanuni balıqçılıq və ovçuluq fəaliyyəti ilə məşğul olan, qanunsuz olaraq ov alətlərindən istifadə edən, adı “Qırmızı” kitaba düşən quşları ovlayan şəxslərə qarşı Cinayət və İnzibati Xətalar Məcəllərində nəzərdə tutulan qaydada ciddi tədbirlər görüləcək.


Oxşar xəbərlər

Su Polisindən daha bir uğurlu əməliyyat - VİDEO
Quba və Qusarda ağacları kütləvi olaraq qıran dəstə üzvləri saxlanıldılar
Qanunsuz balıq ovlayan şəxslər cəzalandırıldılar
Qanunsuz ov edən şəxs saxlanıldı - VİDEO
Qanunsuz olaraq saxlanılan ov tüfəngi götürülüb
Lənkəranda heroin satan keçmiş məhkum tutuldu - FOTO
Bakıya narkotik vasitə gətirmək istəyən şəxslər tutuldu - FOTO/VİDEO
Maştağada silahlı şəxs tutuldu – Foto
Saxta arayış satan şirkət rəhbəri tutuldu - FOTO/VİDEO
Ağcabədidə narkotik vasitə yetişdirən şəxs saxlanıldı - FOTO
Lənkəran sakini külli miqdarda narkotiklə tutuldu
17 kiloqramdan çox narkotiki onlayn yolla satmaq istədilər
Nəsimi rayonunda silahlı şəxs saxlanıldı
İki qardaşdan 563 kiloqram narkotik götürüldü
15 kiloqramdan artıq narkotik qanunsuz dövriyyədən çıxarıldı - Foto, Video
Şirvan Milli Parkında ceyran ovlayanlar saxlanılıb
“Krıtı Malış Gəncəli” saxlanıldı - FOTO
Daha bir uşaq bağçasının sahibi və valideynlər cərimələndi - FOTO
Ağdaş sakininin üzərində və yaşadığı evdə narkotik aşkarlandı - FOTO
Silah gəzdirən şəxs saxlanıldı
Gəncədə iki top mərmisi tapıldı
İrandan Azərbaycana 10 milyon manatlıq narkotik gətirən şəxslər saxlanılıb
Qanunsuz ov edənlər cəzalandırıldı
Qubada cinayətkar dəstənin üzvləri ələ keçdi - FOTO
Yevlax sakininin plantasiyasında külli miqdarda narkotik aşkarlandı
DİN-dən ƏMƏLİYYAT: SAXLANILANLAR VAR
Xızıda sürücü polisləri silahla hədələdi
Bərdədə narkotacirlərə qarşı əməliyyat: 11 nəfər saxlanılıb - VİDEO
Narkotik vasitə satan Gürcüstan vətəndaşı Bakıda tutuldu - FOTO
Bakı polis əməliyyatı - Heroin alverçiləri yaxalandı