Azərbaycanda yeniyetmə dörd dəfə uşaq dünyaya gətirib
26-08-2020, 14:46
128

Azərbaycanda yeniyetmə dörd dəfə uşaq dünyaya gətirib

Azərbaycanda erkən, məcburi nikahların çoxu ölkənin cənub bölgələrində qeydə alınıb.
Bu barədə Azərbaycan İnsan Hüquqları Mərkəzinin rəhbəri Eldar Zeynalov Media.Az-a müsahibəsində deyib.
Onun sözlərinə görə, belə hadisələrin çoxu ictimaiyyətə açıqlanmır.
Hüquq müdafiəçisi bir il əvvəl Azərbaycanda 15 yaşlı qızın 60 yaşlı rus dili müəllimi tərəfindən təcavüz edilərək hamilə qaldığını xatırladıb.
O, qeyd edib ki, başqa bir hadisə isə təxminən iki il əvvəl Lerikdə baş verib. Orada yaşlı bir müəllim qızın sadəliyindən faydalanıb, nəticədə, azyaşlı hamilə qalıb. Valideynləri, sinif yoldaşları və ətrafdakılar qızın çəkisinin artdığını düşünüblər. Bir müddət sonra azyaşlı sinifdə doğuş edib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ildə Azərbaycanda 15 yaşdan 17 yaşa qədər qızların 2000-2500 doğuş etməsi faktı qeydə alınıb. Yeri gəlmişkən, bu rəqəmlər 10 il əvvəlkindən xeyli azdır.
“Üstəlik, bəziləri üçüncü və dördüncü dəfə uşaq dünyaya gətirirlər. 17 yaşlı bir qızın dördüncü dəfə doğuş etməsini təsəvvürünüzə gətirirsinizmi?! Belə çıxır ki, o, aktiv cinsi həyat yaşayır, bu kimi hallara diqqət yetirmək lazımdır. Uşağa təcavüz faktına görə isə heç kim məsuliyyət daşımır. Nə təcavüzkar, nə valideyn, nə dini nikah mərasimini keçirən molla, nə küçədə hamilə azyaşlı qızı görən və gözlərini yuman rayon polis işçisi, nə də körpəni dünyaya gətirən həkim... Bu siyahını davam etmək də olar!”, - deyə hüquq müdafiəçisi bildirib.
O, qeyd edib ki, dini nikaha kifayət qədər diqqət yetirilmir, bu mövzu praktik olaraq nəzarətsiz qalır:
“Bu məsələni araşdırmaq üçün idarələrarası işçi qrupu yaratmaq lazımdır. Buraya Qadın, Uşaq və Ailə Problemləri üzrə Dövlət Komitəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Qafqaz Müsəlmanları İdarəsinin, Daxili İşlər, Səhiyyə və Ədliyyə nazirliklərinin nümayəndələri daxil edilməlidir.
Zərərçəkənlər polis tərəfindən müdafiə olunduqlarını hiss etmirlər. Bu səbəbdən də hüquq-mühafizə orqanlarına müraciət etməkdən çəkinirlər. Proqramlar qəbul edə, maarifləndirici tədbirlər həyata keçirilə bilər, amma real statistika təəssüf doğurur”.

Oxşar xəbərlər

Azərbaycanda 16 yaşlı qızı qaçırıb fiziki qüsurlu şəxslə evləndirmək istədilər
Bakıda 15 yaşlı qız hamilə qaldı
“Atam dedi ki, özünü öldür” - İntihar edən qızın mesajları sosial şəbəkədə gündəm oldu...
Gözəllik qurbanları: “Pula görə istədikləri əməliyyatı edirlər” – Həkimdən həmkarlarına İRAD
70 yaşlı Hollivud ulduzu üçüncü dəfə ata oldu
Bakıda erkən nikaha məcbur edilən qız evdən qaçdı
Azərbaycanda görünməmiş hadisə: 64 yaşlı qadın əkiz uşaqlar dünyaya gətirdi
Azərbaycanda insanlar ən çox hansı xəstəliklərdən ölür? — Siyahı
Bakıda 4 yaşlı uşağı it parçalayaraq öldürdü - ŞOK
Azərbaycanda uşaq nəhəng şişlə doğuldu - FOTOLAR
“17 yaşda evliliyə müstəsna halda icazə var” - Aqil Abbas
Ombudsman Bərdədə 17 yaşlı qızın qaçırılmasını nəzarətə götürdü
Azərbaycanda koronavirusa yoluxma sayı azaldı - Ölən yoxdur
10 yaşlı qızı intim fotosunu göndərməyə məcbur etdi
Bakıda itkin düşən 5 yaşlı uşaq tapıldı
14 yaşlı qızını sevgilisi ilə cinsi əlaqəyə məcbur edən ana azadlığa buraxıldı
"Yoluxan uşaqların sayı heç də az deyil sadəcə...” – Valideynlər, diqqətli olun!
Özünütəcrid rejimini pozanlarla bağlı son günlərin ən pozitiv VİDEOSU
Karantin dövründə Azərbaycanda evlənənlərin və boşananların sayı açıqlandı
Şirvanda yanğın: İki uşaq həlak oldu
Koronavirusla bağlı ilk dəfə olaraq pozitiv statistika qeydə alınıb
Çində ibtidai məktəbə hücum: Çox sayda uşaq yaralandı
Ağstafada yeniyetmə qız intihara cəhd edib
Xəstəxanadan qaçan koronavirus xəstəsi öldü
Göyçayda yaşlı kişini qoç vurub öldürdü
17 yaşlı qızı qaçırdığı deyilən oğlan DANIŞDI: "Bir dəfə ailəli olub, boşanmışam..."
Almaniyada ana beş uşağını öldürüb
Şamaxıda 9 yaşlı uşaq göldə bataraq ölüb
Azərbaycanda son 6 ayda ev şəraitində 83 uşaq doğulub
Bakıda əməliyyat olunan 9 yaşlı uşaq xəstəxanada öldü