Ceyhun Bayramov Entoni Blinkenlə görüşdü
2-12-2021, 18:18
78

Ceyhun Bayramov Entoni Blinkenlə görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclası çərçivəsində ABŞ Dövlət katibi Entoni Blinken ilə görüşüb.
Bu barədə XİN-dən məlumat verilib.
Görüşdə tərəflər, ikitərəfli əməkdaşlıq gündəliyi üzrə, o cümlədən iqtisadi, energetika, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər.
Görüş zamanı nazir Ceyhun Bayramov qarşı tərəfə 10 noyabr 2020-ci il üçtərəfli bəyanatının imzalanmasından sonra bölgədə mövcud olan vəziyyət, işğaldan azad olunmuş ərazilərdəki dağıntıların miqyası, mina təhlükəsi, sərhəd məntəqəsində gərginliyin səbəbləri, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidən quruculuq işləri barədə ətraflı məlumat verib.
Söhbət zamanı Azərbaycanın enerji sahəsində verdiyi töhfə, həm mühüm neft-qaz layihələrinin təşəbbüskarı və icraçısı olduğu, həm də Avropa Birliyinin enerji təhlükəsizliyində mühüm faktor kimi çıxış etdiyi qeyd olunub.
ABŞ rəsmisi beynəlxalq sülh və təhlükəsizlik məsələlərində Azərbaycan ilə əməkdaşlığı, o cümlədən Azərbaycanın Əfqanıstanda fəaliyyətini yüksək dəyərləndirib.
Mütəşəkkil cinayətkarlıq, terrorçuluq, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması, sülhə və təhlükəsizliyə təhdid və maneə törədən bir sıra hallarla mübarizədə Azərbaycanın rolu vurğulanıb.
Görüşdə tərəflər, habelə qarşılıqlı maraq doğuran regional və qlobal məsələləri müzakirə ediblər.

Oxşar xəbərlər

Ceyhun Bayramov ATƏT sədri ilə görüşdü
Ceyhun Bayramov Belçikanın yeni səfirini qəbul etdi
Ceyhun Bayramov BƏƏ-nin dövlət naziri ilə görüşdü - FOTO
Ceyhun Bayramov UNICEF-in Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri ilə görüşüb - FOTO
Ceyhun Bayramov Xankəndiyə qanunsuz səfər edən fransızlardan DANIŞDI - FOTO
Ceyhun Bayramov Polşa xarici işlər naziri ilə telefonla danışdı
“Azərbaycan delimitasiyaya başlamağa hazırdır” - Ceyhun Bayramov
Ermənistanla münasibətləri normallaşdırmağa hazırıq - Ceyhun Bayramov
Ceyhun Bayramov Özbəkistan səfiri ilə görüşdü
Ceyhun Bayramov İsrail səfiri ilə Qarabağ məsələsini müzakirə etdi
Ceyhun Bayramov Yeni Zelandiyanın yeni səfiri ilə görüşüb
Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü
Azərbaycan və Xorvatiya XİN başçıları arasında görüş oldu - YENİLƏNİB
Ceyhun Bayramov İvana Duarteni qəbul etdi - FOTO
XİN rəhbəri sərhəddəki vəziyyətdən danışdı
Ceyhun Bayramov İtaliya səfiri ilə sərhəddəki vəziyyətdən danışdı
Ceyhun Bayramov Pakistanda daha bir görüş keçirdi - FOTO
Ceyhun Bayramov italyan həmkarı ilə telefonla danışdı
“Ermənistan bu günədək mina xəritələrini Azərbaycana verməkdən imtina edir” - Nazir
Ceyhun Bayramov Britaniyanın nümayəndə heyəti ilə görüşdü
Ceyhun Bayramov Lavrovla görüşdü
Ceyhun Bayramov ATƏT-in baş katibi ilə görüşdü
"Sərhəd məsələsinin şişirdilməsi yolverilməzdir” - Ceyhun Bayramov
Ceyhun Bayramov Banqladeşin səfiri ilə görüşdü - FOTO
Ceyhun Bayramov Türkiyə xarici işlər nazirinin müavini işə görüşdü
Ceyhun Bayramov gürcüstanlı həmkarı ilə müzakirə apardı
Ceyhun Bayramov iranlı həmkarı ilə müzakirə apardı
Ceyhun Bayramov Əfqanıstan Prezidenti ilə görüşdü - Foto
Ceyhun Bayramov Çavuşoğlu ilə Əfqanıstandakı vəziyyəti müzakirə etdi
Azərbaycanla Pakistan arasında saziş imzalandı