İlham Əliyev Əziz Sancarı qəbul etdi
2-12-2021, 18:30
70

İlham Əliyev Əziz Sancarı qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də ABŞ-ın Şimali Karolina Universitetinin biokimya və biofizika fakültəsinin professoru, Kimya üzrə Nobel mükafatı laureatı, DNT sahəsində mühüm kəşfləri ilə tanınan, ABŞ Milli Elmlər Akademiyasının üzvü, dünya şöhrətli alim Əziz Sancarı qəbul edib.
Əziz Sancar Vətən müharibəsində Qələbə münasibətilə Prezident İlham Əliyevi təbrik etdi və bu Qələbədən bütün türk dünyasının qürur hissi keçirdiyini dedi.
Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirdi.
Prezident İlham Əliyev Vətən müharibəsi zamanı Əziz Sancarın Azərbaycanın haqlı mövqeyini şəxsən dəstəkləməsini və təbrik etməsini yüksək qiymətləndirərək bunun ölkəmizin haqq səsinin dünyada ucaldılması işinə xidmət etdiyini vurğuladı.
Dövlətimizin başçısı müharibə dövründə ermənilərin Gəncəni raket atəşinə tutması nəticəsində valideynlərini itirmiş uşağa Əziz Sancarın yardım etməsini xatırladaraq, bunu böyük insanpərvərlik nümunəsi kimi qiymətləndirdi. Əziz Sancarı türk dünyasının önəmli şəxsiyyəti kimi dəyərləndirən Prezident İlham Əliyev onun ölkəmizə səfərə gəlməsindən məmnunluğunu bildirdi və Azərbaycan xalqının ona həm bir alim, həm də bir vətənpərvər insan kimi böyük hörmət və sevgi bəslədiyini xüsusi olaraq vurğuladı.

Oxşar xəbərlər

İlham Əliyev Oljas Süleymenovu qəbul etdi - FOTOLAR
Prezident Türk Şurasının Baş katibini qəbul etdi - FOTOLAR (YENİLƏNİB)
Prezident və birinci xanım Fəxri xiyabanda və Şəhidlər xiyabanında
İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
İlham Əliyev Şuşada Hulusi Akarı qəbul etdi - FOTO (YENİLƏNİB)
İlham Əliyev Bernard Lunini qəbul etdi
İlham Əliyev Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndə heyətini qəbul etdi
Prezident Əsəd Qeysəri qəbul etdi - YENİLƏNİB
Prezident İlham Əliyev Teymur Rəcəbovu təbrik edib
İlham Əliyev Mevlüt Karakayanı qəbul edib
Prezident və Birinci xanımdan Teymur Rəcəbova TƏBRİK
Abdullah Gül İlham Əliyevə təbrik məktubu göndərib
"Müzəffər öndərimiz İlham Əliyev Azərbaycanın gücünü bütün dünyaya sübut etdi"
İlham Əliyev Ərdoğana zəng etdi
Prezident Azərbaycan xalqını təbrik etdi
Prezident İlham Əliyevlə Nursultan Nazarbayev arasında telefon danışığı olub
İlham Əliyev “Boeing” Şirkətinin prezidentini qəbul etdi
İlham Əliyev və Ərdoğan sərhəddəki vəziyyəti müzakirə etdi
Şuşa işğaldan azad olunanda ermənilər Qarabağ arzularının xülyaya çevrildiyini anladılar...
Əli Kərimli Prezidenti təbrik edib: “İlham Əliyev xalqımıza güvənərək...”
Prezident Cəmil Əliyevi təltif etdi
“Bütün atılan addımlar bir məqsədi güdürdü ki...” – Ali Baş komandan
İlham Əliyevə Türk Dünyasının Ali nişanı təqdim edildi (FOTO-YENİLƏNİB)
"Qarabağda və Zəngəzurda əbədi yaşayacağıq" - İlham Əliyev
Prezident ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
İlham Əliyev Türkiyəyə və Ərdoğana təşəkkür etdi
İlham Əliyev Murad Kajlayevi təbrik etdi
"Azərbaycan Ordusuna yeni qələbələr arzulayıram" - Ali baş komandan
Ərdoğan İlham Əliyevə zəng etdi
Şahzadə İlham Əliyevi təbrik etdi