ETSN-nin ƏRKÖYÜN İŞÇİSİ... - İşdən çıxarılsa da, yenə də İŞ BAŞINDADIR...
3-12-2021, 10:19
114

ETSN-nin ƏRKÖYÜN İŞÇİSİ... - İşdən çıxarılsa da, yenə də İŞ BAŞINDADIR...

Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxsləri barədə cinayət işi davam edir.

Kecən ay mediada xəbər verilmişdi ki, sahibkar Novruz Gülməmmədov Şamaxı Regional Meşə Təsərrüfat Birliyinin rəhbəri Əfqan Qəribov, Xanmusa və Sabir adlı meşəbəyilərdən Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət edib. O, şikayətində həmin şəxslərin sahibkarlıq fəaliyyətinə mane olduqları, Basqal meşələrini şəxsi təsərrüfatları kimi idarə etdikləri, sahibkarlardan qeyri-qanuni olaraq haqq yığdıqlarını bildirib.

Korrupsiyaya Qarşı Mübarizə İdarəsi isə məsələyə operativ yanaşaraq, cinayət işi başlayıb. Novruz Gülməmmədov idarəyə çağırılaraq ifadəsi alınıb. Məlumatda bildirilir ki, sahibkar idarədə adıçəkilən şəxslər barəsində əlavə faktlar təqdim edib. O, bildirib ki, Əfqan Qəribov Ekologiya və Təbii Sərvətlər Nazirliyində çalışan əmisi Cabbar Qəribova və nazirliyin departament rəhbəri Namiq Xıdırova güvənir. Şikayətçinin iddiasına görə, Əfqan Qəribov və işçilərinin qanunsuz əməllərinin arxasında məhz bu iki şəxs dayanır. Namiq Xıdırovun qardaşı oğlu Şamil Xıdırov isə idarədə baş meşəbəyidir.

Həmin faktlarla Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müracət etmiş daha bir şəkayətci Agcəbədi rayon Taxta körpü qəsəbəsində yaşayan Əsədov Adil Əsəd oglu Qaynarxett.az-a bildirib ki, Şamaxı rayonunun Dədə-günəş meşəbəyliyinin 2 saylı meşə dolayının 6 və 7-ci kvartalları, ona bitişik meşə ərazisi əsil soyqırıma məruz qalıb. Həmin ərazidən 300 kub odun cıxarılıb. Dədə-günəş meşəsinin 9 saylı meşə dolayısının 0.50 hektar böyütmə bagı və 35 hektar meyvə bagında olmuş 2500 dəmir borudan cəmi 30-u qalıb. Bütün bu materiallar idarə rəisinin və sahə rəsi Xanmusanın həyətlərinə daşınıb.

Şikayətci bildirir ki, meşəbəyi Şakir Bəşirovdan 14 min manat 300 kub "odun pulu"nu idarə rəisi Əfqan Qəribov alıb və 2 saylı meşə dolayının 6-7-ci kvartalları, ona bitişik ərazi soyqırıma məruz qalıb. Bu azmış kimi sahə rəisi Xanmusa da əlavə olaraq 600 manat alıb. Üstəlik Ekologiya işçisi İdraka da 700 manat verən Şakir öz ərizəsin yazaraq işdən çıxıb. Bu qanunsuzluq barədə o, Nazirliyə və Korrupsiyaya Qarşı Mübarizə idarəsinə yazılı izahat verib və bu qanunsuz işlərin başında birbaşa Departament rəhbəri Namiq Xıdırovun dayandıgıni bildirib.

"İsmayıllı, Şamaxı, Ağsu və Qobustan rayonlarının ərazisində 149 iaşə obyekti rəsmiləşdirmişdir 37 obyekti isə bilərəkdən siyahıya salmamışdılar. Ekologiya nazirliyinin auditinin təxmini hesablamasına görə Namiq Xıdırov Əfqan Qəribovun müavini Kamil adlı şəxsin və Xanmusanın iştirakı ilə Qarabağa kömək adıyla sahibkarlardan adambaşına 500-dən 2500 manat arası pul yığaraq mənimsəmişdir."

Şikayətci Adil Əsədovun dediyinə görə "6 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi Akif Məmmədov Əfqan Qəribov ilə bir yerdə işləyiblər və yaxın dostdurlar. Əfqan Qəribovun bütün qanunsuz işlərini Akif Məmmədov ört-basdır edir. Yoxsa o bu qədər qanunsuzluqlara niyə göz yumsun?. Vəzifəsi təbiəti qorumaq olan bu şəxs nə məqsədlə reaksiya vermir, şıkayətləri qulağardına vurur? Sual da cavab da aydındır. Belə ki, onlar hamısı əlbirdir, arxalarıda olan da məhs nazirlikdə oturur. Başqa cür olsaydı belə qanunsuzluqlar olmazdı. Əlavə olaraq bildirirəm ki, bu yaxınlarda vəzifədən kənarlaşdırılmış Əfqan Qəribov heç nə olmamış kimi hər gün idarədə olur, işçilərədə deyir ki, "narahat olmayın, bu gün, sabah qayıdıram yerimə".

Sonda şikayətci Adil Əsədov bu qanunsuzluqlar barədə Prezident İlham Əliyevə və Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevə teleqram göndərdiyini dedi. O, bildirdi ki, prezident İlham Əliyev cənabı çıxışlarında məmurları sahibkarlığın inkişafına yardım etməyə çağırır, amma onlar bunun əksini görür. Yaxud dövlət rəhbərliyinin təşəbbüsü ilə demək olar ki, hər il müxtəlif bölgələrdə ağacəkmə kampaniyaları keçirilir, amma bu ağacları qorumağa məsul olan şəxslər meşələri məhv edirlər. Ona görə də şikayət etdim. Susmaq hamımıza ziyan gətirir. Yəqin ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi şıkayətimə operativ reaksiya verəcək.
//Qaynarxett.az//



Oxşar xəbərlər

Nazirliyin vəzifəli şəxsləri həbs oluna bilər - Cinayət işi başlanıldı
“Semaşko”da yoxlamalar aparılır? - Baş Prokrorluqdan açıqlama
ETSN-ə yeni Aparat rəhbəri təyin edilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Mingəçevir Regional idarəsi qanunsuzluğa göz yumur – FOTOFAKT
"Korrupsiyada təqsirli şəxslərin məsuliyyətə cəlb edilməsi təmin olunacaq" - Kamran Əliyev
Sökülən məşhur restoranlar keçmiş deputatın imiş - İLGİNC FAKT
5 nömrəli TSEK-də əməliyyat keçirilib - Nazirlik
"Cənnət Bağı"nın rəhbərinə cinayət işi açıldı
Qəbələdə ağacların kəsilməsinə görə cinayət işi açıldı
Bakıda saxta COVID-19 pasportu verən vəzifəli şəxslər İFŞA EDİLDİ
“Cənnət bağı”nda minlərlə ağac kəsilib - Cinayət işi başlandı
İsmayıllıda Əfqan Qəribov-Novruz-Xəlil Ramazanov triosu  və …
MTK direktoruna cinayət işi açıldı - RƏSMİ
BSU-nun şöbə müdirinə cinayət işi açıldı
Nazirliyin 26 əməkdaşı koronavirusa yoluxdu, 1 nəfər vəfat etdi
Quba və Qusarda ağacları kütləvi olaraq qıran dəstə üzvləri saxlanıldılar
Bakı-Astara yolundakı məşhur restoranlar sökülür - ŞOK SƏBƏB
Siyəzənin halına dəsmal götürüb AĞLAYAN LAZIMDIR... - Rayon xaraba günə qalıb...
“Neolit”in ərazisində ağacların məhv edilməsi faktı ilə bağlı cinayət işi başlanıb
Həbs edilən məmurla bağlı AÇIQLAMA- YENİLƏNİB
Masallı meşələrində ŞOK KORRUPSİYA... - FAKT AÇIQLANDI...
Baş Prokurorluqda yeni şöbə rəisi təyin olundu
Baş həkimdən 7 min manat rüşvət alan şəxs həbs edildi
Bakıda ağac kəsən vəzifəli şəxslərlə bağlı cinayət işi açıldı
Elman Rüstəmovun şirkəti “Azərsu”nu məhkəməyə verdi
DSX-nin rəis müavini və digər yüksək rütbəli hərbçiləri saxlanılıb
Ağadadaş Qaraşov Qarabağ Qazisinə qarşı... - GİLEY
Gəncə Şəhər İcra Hakimiyyəti həbslərlə bağlı məlumat yaydı
"Semaşko"da xəstələri pulsuz müalicə edirik” deyən həkimə cinayət işi AÇILDI
Bakıda məktəb direktoruna cinayət işi açıldı - Korrupsiya