Şəhid polkovnik təyyarəni düşmən mövqeyinə çırpıbmış
3-12-2021, 10:34
71

Şəhid polkovnik təyyarəni düşmən mövqeyinə çırpıbmış

Vətən müharibəsində böyük qəhrəmanlıq göstərən Hərbi Hava Qüvvələrimizin pilotu, polkovnik Zaur Nudirəliyevin döyüş zamanı hansı şəraitdə şəhid olduğu açıqlanıb.
Bu barədə onun döyüş yoldaşları danışıb.
İTV-nin hazırladığı “Savaş şahini Zaur Nudirəliyev” adlı sənədli filmdə çıxış edən şəhid pilotun döyüş yoldaşı polkovnik-leytenant Reyhun Fərmanov bildirib ki, Zaur Nudirəliyev təkcə düşmən mövqeyinə bombaları atmaqla kifayətlənməyib:
“Oktyabrın 4-ü təxminən saat 12:15 radələri olardı, düşmənin hava hücumundan müdafiə vasitələrinin qoşulması haqqında kəşfiyyat məlumatı alan kimi, mən onun çağırışını çağırdım ki, məhvetmə zonasına girməsin. Amma Zaur uçuşunu davam etdirdi, bizi dinləmədi. 
O qədər əzmli idi ki, çətin vəziyyətdə olan quru qoşunlarımızın qarşısı açılsın deyə, təyyarəsi ilə götürdüyü döyüş sursatlarını təyin olunmuş koordinata atdı. Güman edirəm ki, çıxış zamanı düşmənin hava hücumundan müdafiə vasitələri ilə onun təyyarəsini zədələdilər. Biz onun təyyarəsini düşmənin artilleriya mövqeyinin içərisində tapdıq. Təyyarəni sağ-salamat geri gətirə bilməyəcəyinə əmin olduqdan sonra, onu düşmənin artilleriya mövqeyinə çırparaq ermənilərə ciddi itkilər vermişdi”. 
Mayor Mircəlal Seyidov Zaur Nudirəliyevin şəhid olduğu gün onunla eyni vaxtda səmada olub:
“Şəhid olduğu gün bir yerdə uçuş həyata keçirdik. Öndə uçan təyyarədə o idi, arxada isə mən. Havada olarkən məni geri qaytardılar. Onda xəbər tutdum ki, Zaur Nudirəliyev şəhid olub”. 
Mayor Amil Babayev isə bildirib ki, Zaur Nudirəliyevin hətta katapultla təyyarəni tərk etmək imkanı olub: 
“Amma o, bunu etməyib. Təyyarəni düşmənin mövqeyinə çırpmışdı. Bu da insanın böyük ürək sahibi olduğunu sübut edir. Bundan böyük qəhrəmanlıq ola bilməz”.
Qeyd edək ki, 42 yaşlı Vətən Müharibəsi Qəhrəmanı Cəbrayıl-Füzuli və Ağdərə istiqamətlərində 12 uçuş həyata keçirdərək düşmənin dayaq məntəqələrini, canlı qüvvələrini məhv edib, həmçinin Azərbaycan Ordusunun qurudan ciddi üstünlüyə sahib olmasını təmin etmişdi.

Oxşar xəbərlər

Su-25 təyyarəsini son anda düşmənin çoxsaylı canlı qüvvəsinə çırpdı - Video
Azərbaycan ordusunun Mi-17 vertolyotu düşmən tankına zərbə endirir - VİDEO
Hava hücumundan müdafiə bölmələrimiz tapşırıqları yerinə yetiriblər - FOTOLAR
Bölmələrimiz döyüş atışları həyata keçirdi
Düşmənin havadakı "gözlərini" oyan pilotlarımız - ''Qarabağ Mücrüsü'' taktikası necə icra edilib? - VİDEO
Düşmənin məhv edilən döyüş texnikasının siyahısı AÇIQLANDI
HHM bölmələrinin döyüş atışları keçirilir - VİDEO
Düşmənin hava hücumundan müdafiə vasitələri belə MƏHV EDİLİB - VİDEO
Düşmənin SU-25 döyüş təyyarəsi necə məhv edildi? - General detalları açıqladı
Ukrayna ordusu Azərbaycan döyüşçülərinin təcrübəsini öyrənir
Azərbaycan və Türkiyənin döyüş təyyarələri əməliyyat uçuşları yerinə yetirir - VİDEO
Rəşad Atakişiyevə şəhid statusu verildi
Zakir Həsənov azad olunmuş ərazilərə getdi - FOTO
Azərbaycan qırıcıları havaya qaldırdı - VİDEO
Döyüş yoldaşlarını xilas etmək üçün özünü qumbaranın üstünə atdı - VİDEO
Düşmənin Su-25-ləri: - 5-i sıradan çıxıb, digərləri gecə uça bilmir
Düşmənin yeddi postunun alınmasında iştirak edən şəhid leytenant Zaur Hüseynov - VİDEO
Şəhid polkovnik-leytenant dəfn edildi - FOTO
Hava hücumundan müdafiə sistemləri Xankəndidən Zəngəzura köçürülür
Toyuna hazırlıq gedirdi, amma şəhid oldu - VİDEO
Ermənistan Hərbi Hava Qüvvələrinin silahlanmasında döyüşə yararlı cəmi 6 təyyarəsi qaldı - ARAŞDIRMA
"PUA-larımız ermənilərin döyüş texnikalarını məhv edir" - Vaqif Dərgahlı
Şəhid polkovnik-leytenant Fəxri Xiyabanda dəfn olunacaq
2000 manat təqaüd alacaq qəhrəmanların siyahısı
Mingəçevirə atılan ballistik raketin vurulma anı - TARİXİ KADRLAR
Ermənilərin məhv edilən döyüş texnikasının siyahısı: 200 tank, 5 silah-sursat anbarı və... - VİDEO
Ermənilər Zəngilana hücum etdi: Məhv edildilər...
"Düşmənin arxa postlarına keçib onları məhv etdik" - Kəşfiyyatçı qazi (VİDEO)
Xüsusi təyinatlı şəhidin vəsiyyəti: "Zeynəbimi axtararsız" - VİDEO
İsrail Suriyaya hava zərbələri endirdi - Ölən və yaralananlar var