“Xəstəxanada elektroşok olsaydı, 16 yaşlı qız sağ qalardı”
3-12-2021, 11:32
103

“Xəstəxanada elektroşok olsaydı, 16 yaşlı qız sağ qalardı”

Dekabrın 1-də Saatlı rayon sakini 16 yaşlı Aytac İsmayılova hamamda dəm qazından boğularaq vəfat edib.
Bu barədə onun yaxınları sosial şəbəkədə məlumat paylaşıb. Yaxınlarının iddiasına görə, o, xəstəxanaya sağ çatdırılsa da, həkimlər həyata qaytara bilməyib. Buna səbəb kimi isə qohumlar xəstəxanada elektroşok aparatının olmamasını əsas gətirirlər. 

“Qafqazinfo” qeyd edilən aparatın olmaması haqda sözügedən xəstəxana ilə əlaqə saxlayıb.
 
Saatlı Rayon Mərkəzi Xəstəxanasının ümumi şöbəsinin müdiri Nicat Mütəllimov sayta bildirib ki, Aytac İsmayılovanın dəm qazından zəhərlənməsi ilə bağlı valideynləri Təcili Tibbi Yardım Stansiyasına çağırış edib: “Təcili Tibbi Yardım Stansiyası xəstə evdə olarkən onun bioloji ölümünü təsdiq edib. Ancaq valideynləri bununla razılaşmayaraq, onu öz maşınları ilə yenidən xəstəxanaya gətiriblər. Həkim xəstəxananın həyətində bildirib ki, artıq hər hansı bir müdaxiləyə ehtiyac yoxdur. Çünki ölüm baş verib.
Qeyd edim ki, xəstəxananın təcili tibbi yardım bölməsində elektroşok aparatı var. Ancaq reanimasiya şöbəmizdə bu aparatdan yoxdur".
Xatırladaq ki, rayon sakini, 2005-ci il təvəllüdlü Aytac İsmayılova yaşadığı evin hamam otağında çimərkən su qızdırıcının dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Oxşar xəbərlər

Azərbaycanda 11-ci sinif şagirdi dəm qazından boğularaq ölüb - VİDEO
Saatlıda koronavirus xəstəsinə tibbi yardım göstərilmir - GİLEY
Kürdəmirdə iki uşaq anası dərmandan zəhərlənib
Azərbaycanda iki nəfər dəm qazından boğularaq öldü
Azərbaycanda şagirdin ölüm səbəbi açıqlandı - RƏSMİ
Bakıda qadın dəm qazından boğularaq öldü
Mingəçevirdə faciə: 34 yaşlı qadın dəm qazından boğuldu
Xəstəxanaya müayinəyə gələn şəxs öldü - Azərbaycanda
20 yaşlı qız dəm qazından zəhərləndi
Salyan MRX -da biabırçılıq - Salyan MRX-da doğuşdan sonra ölən ananın meyidini təhvil almaq üçün saatlarla həkim tapılmadı VİDEO
"Bu mənə və iş yoldaşlarıma edilən haqsızlıqdır..." - GİLEY
Binəqədidə gənc qız dəm qazından zəhərlənib
Samuxda 29 yaşlı qadın  dəm qazından zəhərləndi
Şamaxıda 3 nəfər dəm qazından zəhərlənib
Valideynləri koronavirusdan ölən yeniyetmə intihar etdi
Samuxun qəsəbə sakinlərinin xəstəxana narazılığı - VİDEO
Prezident və xanımı yeni xəstəxananın açılışında
Bakıda MÖCÜZƏ: İki dəfə kliniki ölüm keçirən 10 yaşlı qız həyata qayıtdı
Şəki Mərkəzi Xəstəxanasından ŞİKAYƏT: - "Yeganə həkim rüşvət alaraq bunu etdi"
Kürdəmirdə xəstələrin tək ümidi Allahdır... - GİLEY
Hərbçi oğullarını görməyə tələsən valideynlər faciəvi şəkildə öldü
45 yaşlı kişi morqda dirildi
"Xəstəxanalar doludur, həkimlər bizə baxa bilmir" - Qazidən ÇAĞIRIŞ
Xəstənin qohumu xəstəxanada dava saldı: Polis işə qarışdı
24 yaşlı qazi 8 aydır səhhətində irəliləyiş olmadığını deyir
"Baş həkim dedi ki, xəstəxanada vaksin yoxdur..." - GİLEY
İki yarıtmaz qurumun yaratdığı problemlər... - GİLEY
Gəncədə ailə faciəsi: Ana və uşaqları dəm qazından öldü
Azərbaycanda 20 yaşlı hamilə qadın intihar edib
Salyanda ər-arvad dəm qazından zəhərlənib, arvad ölüb