Prezidentin xəbərdarlığından nəticə çıxarmayanlar: Ata tender keçirir, oğul qazanır
3-12-2021, 13:04
278

Prezidentin xəbərdarlığından nəticə çıxarmayanlar: Ata tender keçirir, oğul qazanır

Azərbaycanda tenderlərin, dövlət satınalmalarının korrupsiyanın ən geniş yayıldığı sahə olaraq qaldığı heç kimə sirr deyil. Artıq vəziyyət o yerə çatıb ki, məmurlar birbaşa öz ailə üzvlərinə şirkətlər açıb, açıq şəkildə tenderləri onlara qazandırmaqdan və bununla da külli miqdarda dövlət vəsaitlərini mənimsəməkdən belə çəkinmirlər.
"AzPolitika.info”-ya "Azergold” QSC-dəki tenderlərlə bağlı maraqlı məlumat daxil olub.
Həmin məlumatda "Azergold” QSC-nin sədri Zakir İbrahimovun öz oğlu Zaur İbrahimə dəyəri milyonlarla manatla ölçülən tenderlər qazandırmasından söz açılır.
Məlumatda deyilir ki, Zaur İbrahim hazırda atasının rəhbərlik etdiyi "Azergold” QSC-nin tenderlərini qeyri-qanuni yollarla əldə edən "AZCD Group” QSC-yə rəhbərlik edir: "O, Britaniyada ali təhsil aldıqdan sonra 2019-cu ildə Bakıya qayıdır və bibisinin həyat yoldaşının sədri olduğu Mənzil İnşaatı Dövlət Agentliyində (MİDA) işə başlayır…




Bundan sonra atası Zakir İbrahimov bir şirkət ("Buta Construction” QSC) təsis edərək, oğlunu ora faktiki rəhbər (formal direktor Azər adlı şəxs idi) təyin edir, "Azergold” QSC-nin tenderlərini müxtəlif üsullarla həmin şirkətə ötürür və bu mexanizmlə dövlət əmlakını ailəlikcə mənimsəyə başlayırlar. Bu yolla bir müddət külli miqdarda pul qazansalar da, Zaurun səriştəsizliyindən götürdükləri işləri sona çatdıra bilmirlər…”
Məlumatda deyilir ki, Zaurun şəxsi keyfiyyətləri götürülən işlərin keyfiyyətli şəkildə və vaxtında yerinə yetirilməsinə imkan verməyib. Buna baxmayaraq, "Azergold” Zaura aid şirkətlə işləməkdə davam edib: "Bu uğursuz layihə ilə yanaşı yenə Zaurun bibisinin yoldaşı ona birbaşa iş verməsə də, rəhbəri olduğu MİDA-nın tenderinin qalibi olmuş "Çinar İnşaat” MMC-yə təzyiq edərək 2 binanın 2 milyon manatlıq tikintisini "Buta Construction” QSC-yə verir. Təbii ki, bu iş də yarımçıq qalır, binaların tikintisi yarımçıq saxlanılır. Yenə də Zaurun atası və digər yaxın qohumları işə qarışır və ona "gözün üstündə qaşın var” deyən olmur.
Amma artıq tikinti bazarında qeyri-ciddi şirkət kimi tanındıqları üçün və atasının məsləhəti ilə "Buta Construction” QSC-nin adını dəyişərək "AZCD Group” QSC http://www.azcdgroup.com/ edirlər. Ofisin ünvanını dəyişirlər, amma əməllər dəyişmir. Şirkətin adı dəyişdikdən sonra 30.09.2021-ci il tarixdə "Azergold” QSC tərəfindən satınalma dəyəri 22 307 945,859 (iyirmi iki milyon üç yüz yeddi min qoqquz yüz qırx beş) manat olan Tülallar-Çovdar avtomobil yolunun inşası tenderini bir çox köklü, beynəlxalq və "AZCD Group” QSC-dən dəfələrlə böyük və təcrübəli şirkətlərlər iştirak etməsinə baxmayaraq, nə hikmətdirsə, yenə Zaur İbrahimin "AZCD Group” şirkəti qazanır.”
Beləliklə də, məlum olur ki, nəticədə sözügedən şirkət bir il ərzində"Azergold” QSC-nin ümumi dəyəri 30 milyon(!) manatdan çox olan 3 layihəsini "qazanıb”.
Məlumatda Z.İbrahimin kübar həyat tərzi keçirməsi, işçiləri tez-tez təhqir etməsi və s. bu kimi şəxsi keyfiyyətlərindən də bəhs olunur. Hətta bildirilir ki, onun xalasının əri Azərbaycandakı ən böyük nazirliklərdən birinə rəhbərlik edir və o da bu qohumluqdan hər yerdə ağız dolusu söhbət açmağı çox sevir…
Lakin burada əsas məsələ kiminsə şəxsi keyfiyyətlərindən, qohumluq əlaqələrindən daha çox dövlət orqanlarının, nazirliklərin, şirkətlərin, QSC-lərin və s. qurumların tenderlərinin açıq bazara, qohum-əqrəba biznesinə, nəhayət, dövlət vəsaitlərinin talanması mənbəyinə çevrilməsidir.
Xatırladaq ki, ölkə başçısının da dəfələrlə tenderlərin və dövlət satınalmalarının korporativ maraqlara xidmət etməsi və buradakı korrupsiya halları barədə açıqlamaları, tənqidləri olub. Lakin belə görünür ki, Azərbaycanda bu sahədə səliqə-səhman yaratmağa tələsən yoxdur və bu gedişlə hələ xeyli müddət büdcə vəsaitlərinin tender adı ilə talanması prosesi davam edəcək.

Oxşar xəbərlər

“AzerGold” şirkətində müdhiş korrupsiya faktı - İTTİHAM
İşıq sisteminin BABASI... - Yeyinti ittihamı
Səhiyyə Nazirliyinin KORRUPSİYA QOXULU TENDER İZDİVACI... - Yeni nazir də ARAŞ-dan ARALI DURA BİLMİR...
Nazir dəyişdi... TENDER NƏZİRİ DƏYİŞMƏDİ... - Nə mənası var, a gülüm?..
Azay Quliyev Əli Həsənovla İPLƏRİNİ QIRIR... - İLGİNC GƏLİŞMƏ
Qazaxda tenderlərin "çempionu" yenə qalib çıxdı - "AZƏRTRANSS" MMC-nin Qazaxda milyonluq tenderləri ...
Ziya Məmmədov da təftiş olunur: İstintaqa çağrıldı... - HƏBS OLUNACAQMI?
Azərbaycanda görünməmiş “tender müəmmasi” – Şirkət 3 gün sonra niyə imtina etdi?
Milyardların oğurlandığı tender oyunları: Dövlət büdcəsini belə talayırlar...
Nazim İbrahimovun ailə şirkətini kim idarə edir? - SƏNƏD
MƏDƏNİYYƏT NAZİRLİYİNDƏN “TENDER KRALI”na 3 MİLYON - Nazirlik “köhnə ənənələri” saxlayır...
Dövlət qurumlarının "tender oyunu": - "İT mütəxəssislərinin xaricə 2-ci köçü başlayacaq"
Zərdabın icra başçısından şübhəli gedişlər... - İTTİHAM
Zərdabı xımır-xımır XIRID EDİR... - İTTİHAM
Qəzənfər Ağayev yarım milyonu kimə həvalə edib? - Eldar Mahmudov da onu tutdurubmuş...
Masallıda ənənəvi tender hoqqabazlığı... - İLGİNC FAKTLAR
"Azərtranss” MMC indi də Tovuzdan boylandı... - İLGİNC MƏQAM
Yeni sinif açmaq üçün rüşvət... - Kəlbəcər məktəblərinin birində rüşvət yığılmasına dair video yayıldı
Göygöldə dövlət tenderlərini KİMLƏR UDUR? - SİYAHI
ATV-nin keçmiş sahibinin Londondakı şirkəti ləğv olundu
SON DƏQİQƏ! Fazil Məmmədov və Aydın Əliyev HƏBS OLUNUR – QARA MASKALILAR sabiqlərlə bağlı HƏRƏKƏTƏ KEÇDİ
Təhsil nazirliyində tender monopoliyası - Fərhan Əliyevin qaydaları...
"Ağyoxuş" qızıl yatağı istismara verildi - FOTO
Eldar Əzizov sevimli şirkətini yenə qalib etdi - 6 milyonluq tender
Şamaxıdan Beyləqana gəldi, indi də buraları dağıdır... - FAKTLAR
32 milyonluq tender 20 manat kapitalı olan şirkətə verilib
Gədəbəyin icra başçısının müəmmalı ortaqları... - İLGİNC
1 manatlıq şirkətlə 700 minlik müqavilə bağlandı - Yardımlı RİH-dən şübhəli tender
İcra başçısı həbs olunan rayonda yarım milyonluq “əsaslı təmir”
Sabirabadda dövlət tenderlərini KİMLƏR UDUR? - SİYAHI