Səmanı fəth edən şəhid - VİDEO
3-12-2021, 13:35
63

Səmanı fəth edən şəhid - VİDEO

Mayor Həsənov Elmir Mircəlil oğlu Dövlət Sərhəd Xidmətinə məxsus hərbi helikopterin Xızı rayonu ərazisində yerləşən Qaraheybət aviasiya poliqonunda qəzaya uğraması nəticəsində həlak olan hərbçilərimizdəndir.
Baku TV-nin çəkiliş qrupu Cəlilabadın Göytəpə şəhərində şəhid mayorun ata ocağında olub, ailəsi və yaxınları ilə həmsöhbət olub. Şəhidin atası Mircəlil Həsənov deyir ki, onun hər üç oğlu hərbçidir. Qardaşları da Elmir Həsənov kimi xidmətlərini Dövlət Sərhəd Xidmətində davam etdirirlər.
Elmir Həsənovun xalası oğlu Qoşqar Məmmədov onun çox çalışqan və prinsipial insan olduğunu, eyni zamanda uşaqlıqdan məhz pilot olmaq arzusu ilə böyüdüyünü deyir. Eskadrilya komandiri olan şəhid mayor Elmir Həsənov 1988-ci il dekabrın 15-də Cəlilabadın Göytəpə şəhərində anadan olub. Aviasiya üzrə ali təhsil alan Elmir Həsənov 2015-ci ildən ömrünün son saniyəsinə qədər bu sahədə vətəninə xidmət edib.
44 günlük haqq savaşımızda qəhrəmancasına döyüşən E.Həsənov müharibədə iştirakına görə iki, ümumilikdə isə xidməti dövründə yeddi medalla təltif olunub.







Oxşar xəbərlər

DSX-nin helikopterinin qəzaya uğraması nəticəsində həlak olanlarla vida mərasimi keçirilir
Şəhidlərlə vida mərasimi saat 12-də keçiriləcək
Qəzaya uğrayan helikopterlərin "qara qutu"sunda hansı məlumatlar olur? - AÇIQLAMA
Hərbi helikopter qəzasında həlak olanların nəşləri Bakıya gətirildi - YENİLƏNİB
Şəhid mayorun qızı hər kəsi kövrəltdi: Atasının tabutda rəsmini çəkdi
Şəhid hərbçilərimiz dəfn olunur
Qəzada həlak olan hərbçilərin adları - SİYAHI
19 yaşlı qəhrəman: Qəsəbənin 30 ildən sonra ilk şəhidi (VİDEO)
Qazaxıstan səfirliyi Azərbaycana başsağlığı verdi
Şəhid hərbçilərimiz dəfn olundu - YENİLƏNİB
Şəhid Fizuli Cavadovla yazışmasını paylaşdı - FOTOLAR
Helikopter qəzasında şəhid olan zabitlərimizin xidmət zamanı görüntüləri - VİDEO
Füzuli uğrunda şəhid olan gizir
İndoneziya səfirliyi Azərbaycana başsağlığı verib
Şəhid olan polkovnik Vətən Müharibəsi iştirakçısı imiş - Bu video hər kəsi kövrəltdi
Yeni icra başçısı özünə köməkçi TƏYİN ETDİ
Mustafa Şentop Azərbaycana başsağlığı verdi
İlham Əliyev helikopter qəzası ilə bağlı başsağlığı verdi
Azərbaycanda hərbi helikopter QƏZAYA UĞRADI
Hamının yaddaşında gülüşü ilə qalan şəhidimiz - VİDEO
Zakir Həsənov Türkiyəyə başsağlığı verdi
Baş prokurorun birinci müavini hərbi helikopterin qəzaya uğradığı əraziyə getdi
"Tovuz rayon İcra Hakimiyyəti bizi eşitmir" - Şəhid ailəsindən NARAZILIQ
Xocavənddə şəhid olan hərbçimiz bu medallarla təltif edilmişdi - FOTO
Zakir Həsənov Türkiyəyə başsağlığı verdi
Prezident onları TƏLTİF ETDİ
Helikopter qəzasında həlak olan hərbçilərimizin FOTOLARI
Şəhid Xudayarın hərbi geyimi Vətən müharibəsi fondunda qorunacaq
Şəhidlərimizin cənazələri ailələrinə təhvil verilir - VİDEO
Helikopter qəzasında şəhid olan Fərid Nağıyev Beyləqanda dəfn edildi - FOTOLAR