Goranboy icra hakimiyyəti ilə 10 manatlıq şirkət arasında yüzminlik müqavilə
26-08-2020, 22:51
456

Goranboy icra hakimiyyəti ilə 10 manatlıq şirkət arasında yüzminlik müqavilə

Goranboy Rayon İcra Hakimiyyəti “Ərdağı” MMC ilə maliyyə dəyəri 153 787.6 AZN olan müqavilə imzalayıb.
Müqaviləyə əsasən şirkət Goranboy rayonunda abadlıq işləri aparmalıdır.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən “Ərdağı” MMC 10 dekabr 1992-ci ildə yaradılıb. Nizamnamə kapitalı 10.6 AZN olan şirkətin hüquqi ünvanı Gəncə şəhərində fəaliyyət göstərən asfalt zavodunda yerləşir. MMC-nin qanuni təmsilçisi isə Məmmədov Nazim Fuad oğludur.
Açıq mənbələrdə Nazim Məmmədov barəsində hər hansı məlumat yoxdur. Ərdağ MMC-yə gəlincə araşdırmalarımız zamanı bəlli olub ki, 10 manatlıq şirkət vaxtaşırı iri məbləğli tenderlərin qalibi olub.
Bu il iyun ayında şirkət Gəncə Şəhər İcra Hakimiyyəti ilə 3 174 710.26 AZN, iyul ayında isə Göygöl Rayon İcra Hakimiyyəti ilə 859 424.6 AZN dəyərində müqavilə imzalayıb.
Bəzi iddialara görə, şirkət Gəncədəki məmurlardan birinə məxsusdur. Nazim Məmmədov isə MMC-nin formal sahibidir.

Oxşar xəbərlər

Goranboy rayon icra hakimiyyəti ilə 10 manatlıq şirkət arasında YÜZMİNLİK MÜQAVİLƏ
İcra başçısının “tender əməliyyatları”: Yeni yaranan 10 manatlıq “möcüzəvi şirkətlər”
“Qaçqınkom”un 3.8 milyonluq ŞÜBHƏLİ TENDERİ...
600 minlik tenderdən imtina edib 1.8 milyonluğunu qazandı
İcra hakimiyyəti "1 manatlıq" şirkətə milyonluq tender verdi - İLGİNC
Bir manatlıq şirkətə milyonluq tender verildi
Şəmkirin başçısı bu təfəkkürlə düzələsi deyil...
Gəncə Şəhər İcra Hakimiyyəti həbslərlə bağlı məlumat yaydı
Şair Alxasov Qusar rayonunda qubalı bacılarla nə kimi işbirliyi görür?
Azərbaycanda görünməmiş “tender müəmmasi” – Şirkət 3 gün sonra niyə imtina etdi?
Talıbovun oğlunun holdinqi daha iki şirkət təsis edib?
Azərbaycanın ən uzun ömürlü icra başçıları: onlar kimdirlər? - SİYAHI
Azərbaycanın ən böyük ixracatçı şirkətlərinin milyonlarla vergi borcu var – Siyahı, məbləğ
Sabiq nazirin şirkəti 10 milyonluq tender uddu - 9 ayda ikinci dəfə
Sabiq deputatın qardaşı 40 min manatlıq tenderin qalibi oldu
Naftalan icra başçısı çətin durumda - Saxta arayış məsələsinə görə
Prezident Səhiyyə Nazirliyinə yeni səlahiyyət verdi - FƏRMAN
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
1 milyon borcu olan MMC-yə 2.7 milyonluq tender verilib - Sensasion faktlar
İmişlidə kənd sakinləri ilə icra hakimiyyəti arasında nə baş verir?
Ombudsman 82 min manata avtomobil aldı
Camaat canının hayına qalanda...
Rusiya və Türkiyə arasında mühüm müqavilə
İcra başçısı əhalinin siyahıyaalınmasıyla bağlı iclas keçirdi
Sahil Babayevin nazirliyində yoxlamalar başladı
Nazirliyin şöbə rəisi işdən çıxarıldı - Yoxlamalar başladı
Milli Məclisin yeni şöbəsindən gözləntilər: “Problemlər zamanında həllini tapacaq”
Elmar Vəliyevin adamlarının həbsinin bəzi detalları məlum oldu — Fotolar
Qubanın oliqarx icra başçısının həyat yoldaşına yeni vəzifə verildi
İlham Əliyev icra başçısını vəzifəsindən azad etdi