Daşkəsəndə Vətən Müharibəsi şəhidləri Elnur Bağırovun və Məhəmməd Abdullayevin anım günü qeyd olunub, xatirə bulağının açılışı keçirilib
6-12-2021, 15:25
47

Daşkəsəndə Vətən Müharibəsi şəhidləri Elnur Bağırovun və Məhəmməd Abdullayevin anım günü qeyd olunub, xatirə bulağının açılışı keçirilib

Dekabrın 6-da daşkəsənli Vətən Müharibəsi şəhidləri əsgər Bağırov Elnur Sahib oğlunun və əsgər Abdullayev Məhəmməd Vaqif oğlunun Daşkəsən Şəhidlər Xiyabanında keçirilən anım günündə Daşkəsən rayon İcra hakimiyyətinin əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəhidlərin ailə üzvləri, şəhid anaları, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Şəhidlərin xatirəsi yad edilib, məzarlarına gül-çiçək düzülüb, dualar oxunub.
Anım mərasimində çıxış edən Daşkəsən rayon İcra hakimiyyəti başçısının müavini Namiq Süleymanov Şəhidlərin ailələrinə rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyevin adından bir daha başsağlığı verərək onlara Allahdan səbir diləyib. O, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qüdrətindən, həmçinin Şəhidlərin həyat və döyüş yolundan söz açıb.
Daha sonra Daşkəsən rayonunun Xoşbulaq kəndində Vətən Müharibəsi şəhidi Məhəmməd Abdullayevin xatirəsinə tikilmiş bulaq kompleksinin açılışı keçirilib. Açılış lentini RİHB-nin müavini Namiq Süleymanovla Şəhidin valideynləri kəsiblər.
Şəhid Elnur Bağırovun anası Çiçək Bağırova, şəhid Məhəmməd Abdullayevin atası Vaqif Abdullayev, anası Aybəniz Abdullayeva göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki,  Vətən Müharibəsi şəhidi əsgər Bağırov Elnur Sahib oğlu 1993-cü il aprelin 16-da Daşkəsən şəhərində anadan olub. O, ixtisasca hərbçi, peşəkar snayperçi olub. Elnur Bağırov Vətən Müharibəsində şəxsi igidlik və şücaət göstərib. Elnur Bağırov Kəlbəcərin azadlığı uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. O 2020-ci il dekabrın 6-da Daşkəsən Şəhidlər Xiyabanında dəfn olunub. Prezident cənab İlham Əliyevin sərəncamları ilə şəhid Elnur Bağırov “Vətən uğrunda”, “İgidliyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
Vətən Müharibəsi şəhidi əsgər Abdullayev Məhəmməd Vaqif oğlu 1999-cu il aprelin 19-da Daşkəsən rayonunun Xoşbulaq kəndində anadan olub. Məhəmməd Abdullayev Vətən Müharibəsində şəxsi igidlik və şücaət göstərib. Məhəmməd Abdullayev Kəlbəcərin azadlığı uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. O 2020-ci il dekabrın 6-da Daşkəsən rayonunun Şəhidlər Xiyabanında dəfn olunub. Prezident cənab İlham Əliyevin sərəncamları ilə şəhid Məhəmməd Abdullayev hərbi hissə qarşısında vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda”, “Döyüşlərdə fərqlənməyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah Şəhidlərimizə rəhmət eləsin.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini

Oxşar xəbərlər

Daşkəsəndə Vətən Müharibəsi şəhidləri Pərviz Ələsgərov və Arzu Zeynalov anılıb
Daşkəsəndə Vətən Müharibəsi Şəhidləri anılıb, Alunitdağ qəsəbəsində və Əhmədli kəndində Şəhidlərin xatirəsinə inşa olunmuş bulaqların açılışı keçirilib
DAŞKƏSƏNLİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİ HƏSƏN ABDULLAYEVİN VƏ VİDADİ İSRAFİLOVUN ANIM GÜNÜ KEÇİRİLİB
Daşkəsənli Vətən Müharibəsi şəhidi Elnur Məmmədov anılıb
Daşkəsənli Vətən Müharibəsi şəhidləri Orxan Bəxtiyarov və Tural İsmayılov anılıb
Daşkəsəndə Vətən Müharibəsi şəhidləri Ramid Tağıyev və Asif Tağıyev anılıb, Yuxarı Daşkəsən qəsəbəsində Ramid Tağıyevin xatirəsinə inşa olunan bulağın açılışı keçirilib
Daşkəsəndə Vətən Müharibəsi Şəhidi Mübariz İbrahimovun anım günü keçirilib, Xoşbulaq kəndində Şəhidlərin xatirəsinə inşa olunmuş bulaqların açılışı olub
Daşkəsənin Xoşbulaq kəndində şəhid Eşqin Bağırov anılıb, Zağalı və Dəstəfur kəndlərində şəhid bulaqlarının açılışı keçirilib
Daşkəsəndə Vətən Müharibəsi Şəhidləri anılıb, Bayan kəndində və Gəncə şəhərində Şəhidlərin xatirəsinə inşa olunmuş bulaqların açılışı keçirilib
DAŞKƏSƏNDƏ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİNİN XATİRƏSİNƏ İNŞA EDİLƏN BULAĞININ AÇILIŞI OLUB
Daşkəsəndə Vətən Müharibəsi Şəhidi Rüfət Sadıqovun ad günü qeyd edilib
Daşkəsəndə Şəhid Sərxan Məmmədovun anım günü keçirilib,  bulaq-xatirə kompleksinin açılışı olub
Daşkəsəndə 8 Noyabr – Zəfər Günü qeyd edilib, ağacəkmə aksiyası keçirilib
Daşkəsəndə Anım Günü qeyd olunub
Daşkəsəndə 9 Noyabr - Bayraq Günü qeyd olunub, Vətən Müharibəsi şəhidi Möhlət Abbasovun anım mərasimi keçirilib
DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ƏHƏD ABIYEV VƏTƏN MÜHARİBƏSİ İŞTİRAKÇLARI, QAZİLƏRLƏ GÖRÜŞÜB
Daşkəsəndə Vətən müharibəsi şəhidi Elməddin Vəkilov dəfn edildi — FOTOLAR
Daşkəsəndə Vətən müharibəsi şəhidi Röyal Verdiyevin ad günü qeyd edilib
Daşkəsəndə Silahlı Qüvvələr Günü qeyd olunub
Daşkəsəndə şəhid ailələrinin üzvlərinə və Vətən müharibəsi iştirakçılarına medalları təqdim edilib
Ərdoğan şəhidlərin dəfn mərasimində iştirak etdi - FOTOLAR
Xudavəng məbədində şəhidlərin ruhuna dualar oxundu
İcra başçısının şəhid ayrıseçkiliyi... - Vaqif Həsənov şəhid ailələrini hiddətləndirdi
Bu gün Vətən müharibəsi şəhidi Xəqani Məmmədovun cənnətdəki ilk doğum günüdür
Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi
Heydər məscidində Vətən müharibəsi şəhidləri anılıb
Şəhidin ad günü məclisi polislər tərəfindən dağıdılıb?
Azərbaycan xalqı Şəhidlər xiyabanını ziyarət edir
Heydər məscidində şəhidlərin xatirəsi anıldı
Sentyabrın 27-də Azərbaycanda Anım Günü qeyd olunacaq